“TamGənc" Tələbə Basketbol Liqasına yekun vurulub
“TamGənc” Tələbə Basketbol Liqasına yekun vurulub.
Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbolçuları arasında keçirilən final oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 82-77 hesablı qələbə qazanaraq "TamGənc" Tələbə Basketbol Liqasının çempionu olub.
3-cü yer uğrunda mübarizədə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üzərində 77-68 hesablı qələbə ilə liqanın bürünc mükafatına yiyələnib.
Qalib komanda elm və təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən təltif edilib.
Qeyd edək ki, tələbə liqasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin komandaları mübarizə aparıb.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
