Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilib

Noyabrın 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda birgə ictimai dinləmə keçirilib.   Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzunun vacibliyindən danışaraq, ailənin həm şəxsiyyət, həm də cəmiyyət üçün böyük əhəmiyyətə malik ümumbəşəri dəyər olduğunu qeyd edib. Komitə sədri Ailə Məcəlləsinin qəbul edilməsini bu sahədə önəmli addım adlandırıb, ailələrin sağlam mühitinin təşkili, ailə üzvlərinin hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini deyib.   Ölkəmizdə ailə institutunun qorunub saxlanılması üçün davamlı işlər görüldüyünü deyən komitə sədri, bununla yanaşı, bu sahədə bəzi problemlərin də olduğunu diqqətə çatdırıb, bununla əlaqədar təbliğat və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.   Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıb. Əhliman Əmiraslanov çıxışında ölkədə ana və uşaq ölümü ilə bağlı vəziyyətdən, bu problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Komitə sədri səhiyyə qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının yaxşılaşdırılması, mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.   Elm və təhsil nazirinin müavini Firudin Qurbanov uşaq və gənclərimizin ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini Elm və Təhsil Nazirliyinin  milli, mənəvi və ailə dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.   İctimai dinləmədə səhiyyə nazirinin müavini İlqar Qasımov Səhiyyə Nazirliyinin ana ölümü ilə və ölümlə nəticələnməyən ağırlaşmalarla bağlı fəaliyyəti barədə danışıb. İlqar Qasımov bildirib ki, regionlarda selektiv abortlarla bağlı maarifləndirmə işləri aparılır və görülən işlərin müsbət dinamikası müşahidə olunmaqdadır.   Əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli bildirib ki, təmsil etdiyi nazirlik ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini icmalar tərəfindən ailə adət və ənənələrinin qorunub saxlanılması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə maarifləndirmə işinin əhəmiyyətini qeyd edib.   İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova da öz növbəsində icbari tibbi sığorta çərçivəsində ana və uşaqlara göstərilən tibbi xidmətlər barədə fikirlərini bölüşüb.   İctimai dinləmə müzakirələrlə davam etdirilib. Müzakirələrdə ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadın və uşaqların sağlamlığının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

500-dən çox məktəbdə rəqəmsal qiymətləndirmə tətbiq ediləcək

2023–2024-cü tədris ilində ölkə üzrə 500-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunacaq.   Rəqəmsal məktəbdaxili qiymətləndirmə həyata keçirilən ümumi təhsil müəssisələrinin şəbəkəsi “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi məktəblərin qoşulması ilə genişlənir.   Ötən tədris ilində ölkə üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində V-VI siniflərdə təhsil alan şagirdlərdən 55 840 nəfəri rəqəmsal böyük summativ qiymətləndirmədə iştirak edib.   Qeyd edək ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021–2022-ci tədris ilindən başlanılıb.

Elm və təhsil nazirinin müavini Gürcüstanda səfərdə olub

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.    Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Tbilisi şəhərində yerləşən Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyublar.    Daha sonra Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari ilə görüş keçirilib. Görüş zamanı hər iki ölkədə Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, müəllimlər üçün ixtisasartırma təlimlərinin təşkili müzakirə olunub, bu təhsil müəssisələri üçün dərsliklərin mübadiləsi yüksək qiymətləndirilib. Eyni zamanda tələbə-müəllim mübadiləsinin zəruriliyi, universitetlərarası əməkdaşlıq məsələlərinə toxunulub.    Səfər çərçivəsində nazir müavini İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia ilə görüşüb. Sözügedən universitetdə Azərbaycan dili və ədəbiyyatı ixtisasının açılmasına dair müzakirə aparılıb və cari ilin may ayında açılışı həyata keçirilən Heydər Əliyev adına auditoriya ziyarət edilib.    Nazir müavini Həsən Həsənli həmçinin Gürcüstan Texniki Universitetinin rektoru David Gurgenidze ilə görüşüb. Sözügedən universitetdə açılması nəzərdə tutulan Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyət göstərəcəyi məkana baxış keçirilib.

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin nəzərinə!

29 noyabr saat 10:00-dan Respublika Fənn Olimpiadalarında (RFO) iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.    RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də  (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.   Buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə olunması ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət etmək mümkündür.   Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.   Qeyd edək ki, fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

Qarabağ Universiteti yaradılır

Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.   Sərəncama görə,  regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.   Həmçinin Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini, eləcə də Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Elm və Təhsil Nazirliyi "Effektiv kommunikasiya" mövzusunda seminar-təlim keçirib

Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin (ETN) təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda seminar-təlim keçirilib.    Seminar-təlimin keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumların əsas fəaliyyət istiqamətləri barədə geniş məlumatlandırma işini aparmaq, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, qurumlar və media arasında kommunikasiyanın düzgün təşkili kimi mövzularla bağlı bilik və bacarıqları təkmilləşdirməkdir.     Seminar-təlimdə nazirliyin qurum və layihələrinin, regional təhsil idarələrinin, ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları və media təmsilçiləri iştirak ediblər.   Açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirakçıları salamlayaraq seminar-təlimin əsas məqsədinin kommunikasiyanı möhkəmləndirmək, daha operativ informasiyanı təmin etmək olduğunu diqqətə çatdırıb.    Mətin Kərimli əlavə edib ki, həm media subyektləri, həm də Elm və Təhsil Nazirliyinin müxtəlif qurumları arasındakı mövcud şəbəkələşməni artırmaq da əsas məqsədlər sırasındadır.    Daha sonra Elm və Təhsil Nazirliyinin Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Xəlilova "Elm və Təhsil Nazirliyinin Fəaliyyət Planı: əsas strateji istiqamətlər", Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri", Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova "Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri" mövzularında təqdimatlar ediblər.    Seminar-təlim çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Peşə təhsili: uğurlar və yeni çağırışlar", Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2023-cü il ərzində fəaliyyət istiqamətləri" mövzusunda təqdimatlarla çıxışlar edib.    Seminar-təlimdə iştirak edən Dövlət Proqramı çərçivəsində ABŞ-nin Cənubi Florida Universitetində doktorantura təhsili alan Lalə Orucovanın təqdimatında "Hekayə necə yaradılır?" mövzusunda təlim keçirilib.   Seminar-təlim çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqamətləri

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamətlər üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar 146 – 2 nömrəsi vasitəsilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, 146 – 6 nömrəsi vasitəsilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 146 – 8 nömrəsi vasitəsilə isə Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə yarada, müraciətlərinə cavab əldə edə bilərlər.

“Parlaq gələcəyim” layihəsi çərçivəsində Şirvanda şagirdlərlə görüş keçirilib

“Parlaq gələcəyim” layihəsi çərçivəsində növbəti görüş Şirvan şəhəri 21 nömrəli tam orta məktəbdə keçirilib.   Görüş Elm və Təhsil Nazirliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), Azərbaycan – Çin Məzunlar Assosiasiyasının (ACCA) nümayəndələri və “2007–2015 Dövlət Proqramı” məzununun iştirakı ilə keçirilib.   Tədbirdə iştirak edən Şirvan – Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev açılış nitqində qonaqları salamlayıb, xaricdə təhsil istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.   “2007–2015 Dövlət Proqramı” çərçivəsində Macarıstanın “International Business School Budapest” Universitetindən məzun olmuş Günel Əliyeva insan resurslarının idarə edilməsi ixtisası barədə uşaqları məlumatlandırıb.   ASAP-ın beynəlxalq əlaqələr üzrə meneceri Ramiyyə Şahgəldiyeva və ACCA-nın sədri Ruhəngiz Həmidli isə şagirdlərə tələbə-məzun birlikləri, ölkə daxilində və xaricində keçirilən tədbirlər, təhsil aldıqları ixtisaslar, eləcə də xaricdə təhsil təcrübələrindən bəhs ediblər.    Daha sonra Elm və Təhsil Nazirliyinin nümayəndəsi Niftalı Qasımlı Hökumətlərarası Təqaüd Proqramları (HTP) və Dövlət Proqramları barədə danışıb, HTP çərçivəsində Macarıstana sənəd qəbulunun hazırda açıq olduğunu bildirib. Niftalı Qasımlı şagirdlərin suallarını da cavablandırıb.   Sonda tədbir iştirakçıları olan 200-ə yaxın şagirdlə interaktiv oyunlar keçirilib və qaliblər mükafatlandırılıb.   

HTP və DP çərçivəsində təhsillə bağlı sənəd qəbulu portal.edu.az vasitəsilə aparılır

Noyabr ayından portal.edu.az platformasında “Hökumətlərarası Təqaüd Proqramları və Dövlət Proqramları çərçivəsində xaricdə təhsil xidməti” aktiv edilib. Belə ki, sözügedən xidmət Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təqaüd hesabına təhsil almaq imkanı yaradır. Müraciətçilər müraciətlərinin statusu, nəticə, yeniliklər barədə məlumatı vaxt itirmədən və olduqları yeri tərk etmədən “Şəxsi kabinet” vasitəsilə əldə edə biləcəklər.   Hazırda Macarıstan və Çin Xalq Respublikasında təhsil almaq üçün müraciətlərin elektron qəbulu aparılır.  

Elm və təhsil naziri Şəki məktəblərində olub

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev şimal-qərb bölgəsinə səfəri çərçivəsində Şəki rayonunun bir sıra məktəblərində olub.    Şəki şəhəri 11 nömrəli və Baltalı kənd tam orta məktəblərinin şagird-müəllim kollektivi ilə görüşən elm və təhsil naziri tədris prosesini izləyib, məktəbdə yaradılmış şəraitlə tanış olub.    Valideynlərlə də görüşən nazir onların təkliflərini dinləyib.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı