Millət vəkilləri ilə görüş keçirilib
Dekabrın 28-də STEAM İnnovasiya Mərkəzində millət vəkilləri ilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, həmçinin nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
Görüş zamanı nazirliyin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov quruma daxil olan vətəndaş müraciətləri barədə təqdimat edib.
Görüşdə həmçinin nazirliyin yeni yaradılan agentlikləri və onların fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Sonra çıxış edən millət vəkilləri təmsil etdikləri regionlar üzrə vətəndaşların daha çox müraciət etdikləri mövzulardan danışıb, rəy və təkliflərini bildiriblər.
Agentlik rəhbərləri öz növbəsində millət vəkillərinin səsləndirdikləri fikir və istiqamətlər üzrə sualları cavablandırıblar.
Sonda bu cür görüşlərin daha sıx təşkili qərara alınıb.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
