Azərbaycan TALIS 2024-ün əsas mərhələsində iştirak edir
TALIS 2024-ün (Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu) əsas mərhələsinin təşkilinə başlanılıb. Sorğunun 2024-cü ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.
Ötən il sınaq mərhələsi həyata keçirilmiş sorğunun əsas mərhələsində ölkə üzrə 222 ümumi təhsil müəssisəsindən 4 000-ə yaxın müəllim və müəssisə direktorlarının iştirakı planlaşdırılıb.
Beynəlxalq sorğu 55-ə yaxın ölkədə keçirilməklə müəllim və məktəb direktorlarının peşəkar inkişafı, eləcə də onların təhsilə dair yanaşmalarını anlamaq, iş, tədris təcrübələrinin qiymətləndirilməsi kimi məsələləri tədqiq etmək məqsədilə təşkil olunur. TALIS İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 5 ildən bir keçirilir.
Qeyd edək ki, ölkəmiz TALIS sorğusunda ilk dəfə iştirak edir.
2 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri və Laos Xalq Demokratik Respublikasının Prezidenti Bakı Dövlət Universitetində tələbələrlə görüşüb
13.10.2026 - 23:10 -
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12
