Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Vətəndaşlar 146 – 9 xətti vasitəsilə Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə yarada, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na dair suallarına cavab ala bilərlər.
27/03/2024 10:16
Vətəndaş müraciətlərinin statistikası
Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 19 590 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 12 683-ü çağrı mərkəzləri, 660-ı sosial media, 2 395-i "WhatsApp" vasitəsilə, 907-si elektron, 873-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 072 müraciət qeydə alınıb. Müraciətlər şagirdlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, işə qəbul, xaricdə təhsil, təhsil haqqı və güzəştlər, müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.
18/03/2024 15:16
Qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat başlayır
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Təşkilat Komitəsi müsabiqəyə daxil olan layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulunu elan edir. Ekspert Bankının yaradılmasında məqsəd qrant müsabiqəsinə daxil olan layihələrin şəffaf, peşəkar və obyektiv qiymətləndirilməsini təmin etməkdir. Prosesə cəlb olunacaq mütəxəssislərin əməyi xidmət müqaviləsi əsasında ödəniləcək. Namizədlərə verilən tələblər: 1. Ali təhsil; 2. Təhsil sahəsində azı 5 (beş) il təcrübə; 3. Layihələrin tərtibatı, idarə olunması və ya qiymətləndirilməsi sahəsində azı 20 (iyirmi) layihə ilə iş təcrübəsi (beynəlxalq sertifikat və təcrübəyə malik olanlara üstünlük veriləcək); 4. İKT-dən istifadə bacarığı; 5. Komandada işləmək və əməkdaşlıq bacarığı; 6. Qiymətləndirmə və rəy yazmaq bacarığı. Müraciət üçün son tarix: 29 mart 2024-cü il Tələblərə cavab verən şəxslər müraciətlərini buradan göndərə bilərlər. Təqdim edilən məlumatlar əsasında uyğun namizədlər müəyyənləşdiriləcək və onlarla əlaqə saxlanılacaq.
15/03/2024 17:32
“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib
Martın 15-də 132-134 nömrəli təhsil kompleksində Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib. Açılış nitqi ilə çıxış edən təhsil kompleksinin direktoru Sara Xanlarova proqram üzvlərinə uğurlar arzulayıb. Daha sonra layihə rəhbəri, ”Bir könüllü” Tələbə Təşkilatının sədri Leyla Zeynalova tədbir iştirakçılarına proqramın məqsəd və hədəfləri barədə məlumat verib. Leyla Zeynalova bildirib ki, proqram 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılmasına xidmət edir. İlkin mərhələdə yalnız Bakı, Xırdalan və Sumqayıt ərazilərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edən proqrama bu günə qədər 1000-dən çox müraciət daxil olub. Müsahibə mərhələsinə 720 nəfər dəvət edilib və onlardan 350-si proqrama üzvlük haqqı qazanıb. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov proqramın əhəmiyyəti və məktəblilərin həyatındakı rolundan danışıb, iştirakçılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam etdirilib.
15/03/2024 17:00
“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir
Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzetin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinq müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyənlər “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin dizaynı ilə bağlı təkliflərini digital@media.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix 10 aprel 2024-cü ildir. Namizədlər müsabiqədə fərdi və yaxud ikinəfərlik qrup olaraq iştirak edə bilərlər. Birinci yeri qazanan şəxs və ya komanda qəzetin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək və təşəkkürnamə ilə təltif olunacaq. Qalibə həm də 1500 AZN dəyərində pul mükafatı təqdim ediləcək. Ətraflı məlumatla nazirliyin rəsmi internet saytının “Elanlar” bölməsində yerləşdirilmiş keçid vasitəsilə tanış ola bilərsiniz. "Azərbaycan müəllimi" qəzeti yenilənir - Rebrendinq müsabiqəsi
15/03/2024 10:03
Nazir müavini İdris İsayev Abşeronda vətəndaşları qəbul edib
Martın 14-də elm və təhsil nazirinin müavini İdris İsayev Abşeron rayonunda vətəndaşları qəbul edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub. Nazir müavini İdris İsayev qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
14/03/2024 14:39
VIII qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu davam edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Layihə sənədlərinin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir. Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz: Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi
13/03/2024 15:23
Qarabağ Universitetində daha iki vakansiya elan edilib
Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib. Tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərlər. Diqqətinizə çatdırırıq ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri təqdim edən şəxslərin müraciətlərinə baxılacaq. Qarabağ Universitetində vakansiya – mərkəz direktoru Qarabağ Universitetində vakansiya – ingilis dili müəllimi
13/03/2024 14:11
Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər Məsələləri üzrə Komitəsinin nümayəndə heyəti ilə görüş
Martın 12-də elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər Məsələləri üzrə Komitəsinin sədri Givi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Gürcüstan arasında ümumi təhsil, peşə təhsili, ali təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
12/03/2024 17:52
Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu elektron qaydada aparılır
Cari ildən Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu www.bq.edu.az internet saytı vasitəsilə aparılır. Hazırda sistemdə 240 valideyn (qanuni nümayəndə) üzrə elektron kabinet mövcuddur. Həmin valideynlər tərəfindən isə məktəbəqədər təhsil müəssisələrinə 380 növbə yaradılıb. Valideynlər 3 məktəbəqədər təhsil müəssisəsinədək seçim etməklə növbəyə yazıla bilərlər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər müəssisələrə olan növbələri silinəcək. Sorğu qəbul edildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi 20 müəssisə üzrə 201 qrupda aparılır.
12/03/2024 11:03
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı