• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Tələbə Liqasının bağlanış mərasimi

Mayın 3-də ölkədə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub.
 

III yer uğrunda mübarizədə Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub.
 

Liqanın ikinci altılığında mübarizə aparan komandalardan I yeri Bakı Dövlət Universiteti, II yeri Bakı Mühəndislik Universiteti, III yeri Bakı Ali Neft Məktəbinin komandası tutub.

Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
 

Tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər. 
 

Bədii hissədən sonra elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Tələbə Liqasından danışıb, liqanın ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliği, perspektivli idmançıların aşkarlanmasında xüsusi rol oynadığını vurğulayıb. Firudin Qurbanov həmçinin çıxışında idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsi və onların vətənpərvərlik hisslərinin tərbiyəsində əhəmiyyət daşıdığını qeyd edib. 
 

Daha sonra oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci altılığın qalib komandalarına kubok və hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya isə kubok təqdim edilib. 
 

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilib.


04.05.2024 - 11:00