41-ci Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar
27 aprel – 2 may tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilmiş 41-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edib. Məktəblilərimiz 1 gümüş, 2 bürünc olmaqla ümumilikdə 3 medal və 2 həvəsləndirici mükafat qazanıblar.
Olimpiadada Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Mirhəbib Əsgərov gümüş, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Ömər Qədimli və İbrahim Kərimli bürünc medal əldə ediblər.
Bundan əlavə, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Telman Məmmədov və Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.
Qeyd edək ki, 2007-ci ildən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 18 gümüş və 38 bürünc medal qazanıblar.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
