Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib
Elm və Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Aparat rəhbəri Mətin Kərimli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və ittifaq üzvləri iştirak ediblər.
Nazir müavini Firudin Qurbanov tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra Elm və Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsi və Təftiş Komissiyasının hesabatları dinlənilib. Hesabatlar üzvlər tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib.
Daha sonra yığıncaqda səsvermə keçirilib, Həmkarlar İttifaqı Komitəsi və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb. Elnur Əliyev ittifaq üzvləri tərəfindən Həmkarlar İttifaqı Komitəsinin sədri, Gülarə Xudiyeva isə sədr müavini seçilib.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
