Emin Əmrullayev Londonda UNESCO nümayəndəsi ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Londonda təşkil edilən Dünya Təhsil Forumu çərçivəsində UNESCO-nun Baş direktorunun yeni təyin olunmuş təhsil üzrə müavini Qun Şen ilə görüş keçirib. Görüş zamanı tərəflər təhsil sahəsində mövcud əməkdaşlıq, qlobal təşəbbüslərdə birgə iştirak istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə təhsildə innovativ yanaşmalar və dayanıqlı inkişaf məqsədləri istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı razılıq əldə olunub.
19/05/2026 18:31
Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru Elm və Təhsil Nazirliyində olub
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti ilə Elm və Təhsil Nazirliyində görüş keçirilib. Görüş zamanı universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib. Rektor qeyd edib ki, dövlət başçısı Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə, eyni zamanda Ukrayna–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə bu yüksək adla təltif olunub. Rektor Oleksiy Dniprov tərəfindən Fəxri doktor diplomu elm və təhsil nazirinin müavininə təqdim edilib. Görüş çərçivəsində həmçinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, iki ölkə arasında təhsil sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
19/05/2026 17:00
Elm və təhsil naziri Beynəlxalq Bakalavriat (IB) Təşkilatının baş direktoru ilə görüşüb
17–20 may 2026-cı il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Bakalavriat (IB) Təşkilatının baş direktoru Olli-Pekka Heinonen ilə ikitərəfli görüş keçirib. Görüş zamanı ümumi təhsildə məzmun və qiymətləndirmə islahatları ətrafında fikir mübadiləsi aparılıb, innovativ təhsil yanaşmaları və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub. Görüş iştirakçıları kompetensiyaəsaslı kurikulum yanaşmaları və şagirdyönümlü tədris modellərini də müzakirə ediblər. Həmçinin, müasir qiymətləndirmə yanaşmaları və şagird nailiyyətlərinin ölçülməsi sahəsində beynəlxalq təcrübə nəzərdən keçirilib.
19/05/2026 12:50
“Microsoft” ilə strateji tərəfdaşlıq genişlənir
Mayın 18-də elm və təhsil nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktoru Conatan Vudvord ilə görüşüb. Görüş zamanı Azərbaycanda rəqəmsal təhsil ekosisteminin gücləndirilməsi, ümumi və ali təhsil müəssisələrində “Microsoft” həllərinin tətbiqi, həmçinin “Rəqəmsal məktəb” təşəbbüsü çərçivəsində süni intellekt üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, cari ildə “Rəqəmsal məktəb” platformasında 40 min müəllim üçün “Microsoft Copilot” süni intellekt həlli istifadəyə verilib, eyni zamanda ümumi və ali təhsil müəssisələri üçün "Microsoft" məhsullarına çıxış imkanları genişləndirilib. Görüş çərçivəsində süni intellektin təhsildə tətbiqi, müəllimlərin bu sahədə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də elm və tədqiqat istiqamətində bulud texnologiyalarının istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
19/05/2026 11:20
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
19 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq. Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.
19/05/2026 10:00
Elm və təhsil naziri serbiyalı həmkarı ilə görüşüb
Mayın 18-də Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
18/05/2026 22:00
Emin Əmrullayev "Google" nümayəndəsi ilə təhsil texnologiyalarını müzakirə edib
Mayın 18-də Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin “Google for Education” üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub. Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil müəssisələrində bulud texnologiyalarının tətbiqi, müəllim və şagirdlər üçün innovativ onlayn alətlərdən istifadənin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb. Həmçinin "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Bildirilib ki, "Rəqəmsal məktəb"də tətbiq olunan “Google for Education” alətləri bir sıra təhsil müəssisələrində tədris imkanlarının genişləndirilməsinə töhfə verib.
18/05/2026 20:04
Emin Əmrullayev Londonda "Microsoft" nümayəndəsi ilə görüşüb
Mayın 18-də Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Microsoft" şirkətinin Qlobal Təhsil üzrə direktoru Dina Qobaşi arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı təhsil sahəsində rəqəmsal transformasiya, süni intellekt həllərinin tədris prosesinə inteqrasiyası, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafı və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər həmçinin "Microsoft" şirkətinin Azərbaycanda həyata keçirdiyi təşəbbüslərə də toxunublar. Şirkət tərəfindən "Rəqəmsal məktəb"də tətbiq edilən imkanların genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
18/05/2026 19:30
Elm və təhsil naziri misirli həmkarı ilə görüşüb
Mayın 18-də Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Misir Ərəb Respublikasının təhsil və texniki təhsil naziri Mohamed Abdel Latif ilə görüşüb. Görüş zamanı tərəflər təhsil sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
18/05/2026 16:55
Vətəndaş müraciətlərinin statistikası
Mayın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 30 509 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 4 765-i elektron qaydada, 1055-i yazılı formada, 18 094-üçağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 6 595 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb. Daxil olan müraciətlər əsasən birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, xarici diplomların tanınması, təhsil tələbə krediti və digər təhsil məsələləri ilə bağlı olub.
18/05/2026 16:38
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır! ❗Qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək. Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: ▶️ Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. ▶️ Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. ▶️ 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar. #ElmvəTəhsilNazirliyi #EduGovAz #MyGov #TSİİ #RəqəmsalTəhsil
ƏtraflıBu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək. Onların arasında Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olan gənclərimiz də var. Gəlin həmin təqaüdçülərimizi tanıyaq! #xaricdətəhsil #dövlətproqramı #dpeduaz
Ətraflı?Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb. Qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək. Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ
Ətraflı