Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 14-də “Trend” informasiya agentliyinin mətbuat mərkəzində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təşkilatçılığı ilə “Müasir müəllimin nüfuzu - bu gün və sabah” mövzusunda mətbuat konfransı keçirilib.

Cəmiyyət, ictimaiyyət və KİV-in müəllim nüfuzunun bərpasında roluna həsr edilən bu konfransda valideynlər, müəllimlər, müxtəlif sahələrin nüfuzlu elm xadimləri və alimlər iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova təhsilin, sağlamlığın, iqtisadiyyatın, mədəniyyətin, ümumilikdə bütün inkişaf sahələrinin yolgöstərəni olan, işinə məsuliyyətlə yanaşan, gənc nəslin formalaşmasında mühüm rol oynayan peşəkar müəllimlər və onların fəaliyyətindən danışıb, dövlətin onlara göstərdiyi qayğını xüsusi qeyd edib. T.Şərifova daha sonra ötən illərə nisbətən cəmiyyətdə müəllim nüfuzunun bir qədər aşağı düşdüyünü bildirərək bununla bağlı rəhbərlik etdiyi qurumun Bakıda və regionlardakı orta məktəblərdə 345 müəllim və valideyn arasında sosioloji sorğu keçirdiyini diqqətə çatdırıb. Mətbuat konfransında müasir müəllimin nüfuzuna dair keçirilən sosioloji sorğunun nəticələri slaydlar vasitəsilə iştirakçılara təqdim edilib və müvafiq təhlillər aparılıb. Daha sonra psixoloqlar tərəfindən  IX-XI sinifdə təhsil alan 300 şagird arasında müəllim olmaq istəyi ilə bağlı sorğu keçirildiyi bildirilib və onun nəticəsi açıqlanıb. Cəmiyyətdə müəllim nüfuzunun yüksəldilməsi, onun bərpası istiqamətində lazımi işlərin görülməsinin əhəmiyyətini qeyd edən T.Şərifova bununla bağlı müvafiq təkliflər verilməsinin zəruriliyindən danışıb, həmin təkliflərin aidiyyəti qurumlara göndəriləcəyini vurğulayıb. Tədbirdə AMEA-nın müxbir üzvləri Vaqif Abbasov, Südeyif İmamverdiyev, Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 177 saylı orta məktəbin direktoru Həqiqə Məmmədova və başqaları çıxış edərək ölkəmizdə müəllim nüfuzunun aşağı düşməsinin səbəbləri, onu yüksəltməyin yolları ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Mayın 15-də Təhsil Nazirliyində “Mədəd” təşkilatının İKT-nin təhsil sahəsi üzrə tətbiqinə dair təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində görülmüş mühüm işlərdən danışıb. Qeyd olunan Proqramın həyata keçirilməsi üçün 3 il ərzində dövlət büdcəsindən 30 milyon manat vəsaitin ayrıldığını diqqətə çatdıran nazir əlavə edib ki, vəsaitin 80,6%-i texniki avadanlıqların alınmasına, 15%-i elektron tədris vəsaitlərinin hazırlanmasına, 4%-i təlimlərin keçirilməsinə, 0,4%-i isə proqramın idarə edilməsinə sərf olunub. Daha sonra Misir Mərdanov məlumat verib ki, proqram çərçivəsində 3693 məktəbə 31677 kompüter, 1103 noutbuk və proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlıqları, 28661 kompüter masası, 23346 stul verilib, məktəblərdə 1722 kompüter sinfi yaradılıb, elektron tədris vəsaitləri hazırlanıb. Azərbaycan tarixi fənni üzrə 20 adda 37900, kimya fənni üzrə 8 adda 15160, biologiya fənni üzrə 12 adda 22740, fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron tədris vəsaitinin hazırlandığından söz açan təhsil naziri yerli və beynəlxalq təşkilatlar tərəfindən 20000 nəfər müəllimin treninqlərdən keçdiyini qeyd edib. Sonra Misir Mərdanov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verərək bir sıra statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki, qeyd olunan proqrama uyğun olaraq Məlumat və Resurs Mərkəzi yaradılıb, 20 məktəb “Elektron məktəb” layihəsinə qoşulub, 2005-ci ildə “Elektron məktəb”lərə verilmiş 226 dəst kompüter avadanlığı götürülərək moderinizasiya edilib və rayon təhsil şöbələrinə çatdırılıb, əvəzində isə həmin məktəblərə 300 yeni kompüter paylanıb. Daha sonra nazir Bakı və Sumqayıt şəhərlərindən “1 şagird 1 kompüter” pilot layihəsi çərçivəsində seçilən məktəblərə Təhsil Nazirliyi tərəfindən 236, İntel korporasiyası tərəfindən 100 ədəd netbukun hədiyyə edildiyini vurğulayıb. Qeyd olunub ki, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, 5800 nəfər inzibati-idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər texniki heyət təlimlərə cəlb olunub, təhsil sisteminin informasiyalaşdırılması üzrə hüquqi normativ sənədlər hazırlanıb. Misir Mərdanov bildirib ki, bu mühüm işlərin həyata keçirilməsi üçün 2008-ci ildə  8 milyon 353 min, 2009-cu ildə 14 milyon 980 min manat vəsait xərclənib. Tədbirdə Dövlət Proqramı çərçivəsində 2010-cu ildə nəzərdə tutulan məsələlərdən də danışılıb. Nazir xüsusi olaraq vurğulayıb ki, ilin sonunadək daha 400 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron məktəb” layihəsinə qoşulan məktəblərin, 23000 isə digər pedaqoji heyətin təlimlərə cəlb olunması, Bakı və Sumqayıt şəhərlərinin məktəblərinə 2005-ci ildə verilmiş kompüterlərin 1500-nün moderinizasiya edilərək bölgələrə göndərilməsi, eləcə də “Elektron məktəb” layihəsinə regionlardan daha 10 məktəbin əlavə olunması nəzərdə tutulur. Misir Mərdanov onu da qeyd edib ki, “1 şagird 1 kompüter” layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə əlavə 1500 netbukun verilməsi planlaşdırılır. Sonra təhsil naziri Misir Mərdanov “Mədəd” təşkilatının təhsildə İKT-nin tətbiqi üzrə mühüm işlərin həyata keçirilməsində xüsusi fəaliyyəti olduğunu qeyd edərək bu qurumla əməkdaşlığın davamlı olacağına inamını ifadə edib. Nazir görülən işlər barədə ətraflı məlumat vermək üçün sözü “Mədəd” təşkilatının rəhbəri Emil Məmmədova verib. Tədbirdə Emil Məmmədov və bu qurumun əməkdaşı Ülkər Babayeva təşkilatın tarixi, onun məqsədi, fəaliyyət istiqamətləri, son 5 ildə görülmüş işlər, həyata keçirilmiş layihələr barədə təqdimatla çıxış ediblər. Təqdimatda, həmçinin, təşkilatın gördüyü işlərdən biri kimi müəllimlərin İKT-nin tədrisdə tətbiqi istiqamətində hazırlanması üzrə təlimlərin ölkəmizin 36 bölgəsini əhatə etdiyi, 2500 məktəb, 90 təlim mərkəzində müvafiq iş aparıldığı, həmin müəllimlərdən 95 nəfərinin “Ən yaxşı müəllim” müsabiqəsində qalib olduğu nəzərə çatdırılıb. Sonda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Bakıdakı 220 saylı orta  məktəbin direktoru Almaz Əsgərova “Mədəd” təşkilatının xətti ilə görülən işlər barədə danışıblar.   

Avropa İttifaqı və Azərbaycan hökümətinin birgə həyata keçirdiyi, Britaniya Şurasının texniki dəstəyilə icra olunan “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində təhsil nazirinin müavini İsgəndər İsgəndərovun rəhbərliyi ilə 16-23 may tarixlərində Şotlandiyaya təcrübə səfəri təşkil edilib.

Səfərin məqsədi səriştəyə əsaslanan peşə təhsili və təlimi sisteminin formalaşdırılması və fəaliyyəti sahəsində Şotlandiyanın təcrübəsini öyrənməkdir. Səfər zamanı Şotlandiya İxtisas İdarəsi, Şotlandiya Parlamenti və bu ölkənin peşə təhsili kolleclərində görüşlərin keçirilməsi nəzərdə tutulub.

Mayın 17-də Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Artq üçüncü ildir ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirildiyini söyləyən təhsil nazirinin müavini Elmar Qasımov ilk öncə belə əhəmiyyətli tədbirin təşkil olunmasına görə təhsil naziri Misir Mərdanova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə təşəkkür edib. Nazir müavini bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirilməsi gənclərimizin hərtərəfli formalaşmasına və onların istedadının üzə çıxarılmasına əlverişli şərait yaradıb. Mədəni irsimizin qorunub saxlanması, inkişaf etdirilməsi və geniş təbliği baxımından ulu öndərimiz Heydər Əliyevin ideyalarının əvəzsiz rolu olduğunu vurğulayan Elmar Qasımov nəzərə çatdırıb ki, bu festivalın əsas məqsədi ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etməkdən ibarətdir. Sonra festivalda kollektiv və fərdi çıxışlarda müxtəlif nominasiyalar üzrə uğur qazanmış tələbələrə Təhsil Nazirliyi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov fərqlənən tələbələrin festivala hazırlanmasında zəhmət çəkmiş müəllimlərə Fəxri fərmanlar təqdim edib. Azərbaycan gəncliyinin istedadından məmnunluqla söz açan xalq artistləri Təranə Muradova və Yalçın Rzazadə tələbələrə ən xoş arzularını bildirib, onlara yaradılan belə imkanlardan layiqincə bəhrələnməyi tövsiyyə ediblər. Ali məktəb tələbələrinin  bədii yaradıcılıq festivalının təşkil olunmasında zəhməti keçən hər kəsə minnətdarlıqlarını ifadə edən gənclər belə yüksək səviyyəli tədbirə qatılmaqdan zövq aldıqlarını vurğulayıblar.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir. Müsabiqəyə 494 layihə təqdim olunub. “Elektron təhsil” Respublika müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə təşkil edilib. “Müasir məktəbdə elektron tədris resursları” istiqamətinin “Fənlərin tədrisində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 168, “İbtidai təhsil sistemində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 106, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə isə 177 layihə təqdim olunub. “Təhsildə internet texnologiyaları” istiqamətinin “Təhsildə internet resursları” nominasiyası üzrə 30, “Müəllimlərin bloqları” nominasiyası üzrə isə 13 layihə verilib. Məlumat üçün qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müsabiqəyə təqdim edilən layihələr üzrə iki mərhələdə keçirilən səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən olunan Münsiflər Heyəti aparacaq, 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar veriləcək.

Mayın 18-də Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilən “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” çərçivəsində təşkil olunan təlim kursunun açılış mərasimi keçirilib.

Tədbiri GRBS təlim şirkətinin Beynəlxalq peşəkar kvalifikasiyalar departamentinin direktoru Sübhan Qasımlı açaraq təlim kursunun vəzifələri və iştirak qaydaları haqqında məlumat verib. S.Qasımlı iştirakçıları GRBS şirkətinin beynəlxalq maliyyə hesabatları ilə bağlı nəşr etdiyi təlim vəsaiti ilə tanış edib. “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi”nin  təlimlər üzrə müşaviri Araz Paşayev layihənin və kursun vacibliyini, beynəlxalq əhəmiyyətini qeyd edərək iştirakçılara fəal, səmərəli təlim arzulayıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi”nin milli əlaqələndiricisi Fərzəli Qədirov, Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri Elvin Rüstəmov layihə haqqında geniş məlumat verib, layihənin məqsədi-benefisiarlar qismində seçilmiş təşkilatlarda institusional dəyişikliklərə nail olunması və ünvanlı təlimlərin təşkili, davamlı təlim sisteminin yaradılması vasitəsilə dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi barədə fikirlərini bildiriblər. Nəzərə çatdırılıb ki, layihə dörd komponentdən-ümumi mövzular üzrə potensial quruculuğu, sektorlar üzrə potensial quruculuğu, potensial quruculuğunu dəstəkləyən fəaliyyətlər və layihənin icrasından ibarətdir. Qeyd edək ki, layihə dövlət investisiyaları ilə fəaliyyət göstərən strukturların kadr potensialının gücləndirilməsinə yönəlib. Layihənin icraçı agentliyi kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi seçilib. Layihə 3 noyabr 2009-cu il tarixdən qüvvəyə minib. Layihənin ümumi dəyərini 10 milyon ABŞ dolları təşkil edir ki, bunun da 8 milyonu Dünya Bankı, 2 milyonu isə Azərbaycan Hökuməti tərəfindən ödənilib. Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə təlimdə Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «Azəryolservis» ASC, «Azərsu» ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Dövlət Dəmir Yolları QSC, «Azərenerji» ASC və digər dövlət qurumlarının mühasibləri və maliyyə mütəxəssisləri iştirak edəcəklər. Təlim kursu mütəxəssislərin beynəlxalq maliyyə hesabatları standartları üzrə beynəlxalq attestasiyadan keçmələrinə imkan yaradacaq və bu sahədə kadr potensialının gücləndirilməsinə, təşkilatların iş prinsiplərinin təkmilləşdırilməsinə təkan verəcəkdir.

2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərində 104037 şagird təhsil alır.

Müqayisə üçün qeyd edək ki, bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 22814 nəfər tələbə təhsil alır ki, onların da 20062 nəfərini bakalavriatlar, 2752 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində oxuyan 21878 tələbədən 21260-ı bakalavriat, 618-i isə magistrdir. Onlardan son kurslarda 6297 nəfər bakalavriat, 269 nəfər magistr təhsil alır.

Mayın 19-da Əl Oyunları Sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Təhsil, Zaman və Biz” adlı sərgi keçirilib.

İlk dəfə belə geniş şəkildə keçirilən sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin nailiyyətləri 44 müxtəlif bölmə üzrə nümayiş etdirilib. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Milli Məclisin sədr müavini Bahar Muradova, Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak ediblər. Qonaqları və sərgi iştirakçılarını salamlayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil islahatlarının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Son illərdə Heydər Əliyev Fondunun təhsil sahəsinin inkişafına verdiyi layiqli töhfələrdən söz açan N.Rzaquliyeva belə tədbirlərin gələcəyimiz olan uşaqların hərtərəfli inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildirib. Sonra məktəblilər mahnı və rəqslər ifa ediblər. Qonaqlar sərgidə nümayiş olunan işlərlə tanış olublar. Media nümayəndələrinin suallarını cavablandıran təhsil naziri Misir Mərdanov ilk təşəbbüs olan sərginin yaxşı təşkil olunduğunu bildirib. Nazir uyğun tədbirlərin davamlı xarakter almasının, daha çox təhsil ocaqlarını əhatə etməsinin mümkünlüyünü nəzərə çatdırıb.

Mayın 20-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Ali, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqədir Mənsur və Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darvişlə görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri öncə Misirlə Azərbaycan arasındakı hərtərəfli əlaqələrdən söz açaraq təhsil sahəsində mövcud olan geniş əməkdaşlıq istiqamətlərindən danışıb. Nazir bildirib ki, qədim tarixi köklərə malik olan Azərbaycan-Misir əlaqələri başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməkdədir. Misir Ərəb Respublikası ilə təhsil əlaqələrinin müxtəlif istiqamətlər üzrə aparıldığını qeyd edən nazir tələbə mübadiləsi məsələsinə də toxunub. Misir Mərdanov bildirib ki, hazırda ölkəmizin ali məktəblərində 29 nəfər Misir Ərəb Respublikasının vətəndaşı təhsil alır, onlardan 26-sı magistratura və aspirantura səviyyələrində dövlət xətti ilə oxuyur. Eyni zamanda nazir Misir tərəfinin 2010-2011-ci tədris ilində daha 11 vətəndaşının Azərbaycanda dövlət xətti üzrə təhsil alması təklifi ilə Təhsil Nazirliyinə müraciət etdiyini diqqətə çatdırıb. Misir Mərdanov məlumat verib ki, bu ölkənin ali məktəblərində 21 azərbaycanlı tələbə təhsil alır. Nazir ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqdan da söz açıb,  bir müddət öncə əldə edilən müvafiq razılaşmaya əsasən Azərbaycan Dövlət Neft Akademiyasının Misir Ərəb Respublikasında filialının açılması üzrə məsələyə də toxunub. Misir Mərdanov iki ölkə arasındakı əlaqələrdə təhsil sahəsinin böyük rolu olduğunu önə çəkərək Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavinin Azərbaycana səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini əminliklə vurğulayıb. Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Sabir Əbdülqədir Mənsur ölkələr arasındakı ikitərəfli təhsil əlaqələrinin səmərəliliyinin artırılması və daha da inkişaf etdirilməsi baxımından görülən işləri qeyd edib, tələbə mübadiləsinin genişləndirilməsi və bu istiqamətdə nəzərdə tutulan məsələlərdən danışıb. Ali təhsil nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Ali çıxış edərək, öncə Misir Ərəb Respublikasının ali təhsil nazirinin səmimi salamlarını çatdırıb. Məhəmməd Cabir Əbu Ali ötən gün Azərbaycanın ali məktəb rektorları ilə görüşdə müzakirə olunan istiqamətlərə diqqət çəkib, bu görüşün əməkdaşlıq üzrə yüksək əhəmiyyəti olduğunu vurğulayıb. Daha sonra qonaq Azərbaycan Dövlət Neft Akademiyasının Misirin Süveyş Kanalı Universitetinin nəzdində filialının açılmasının nəzərdə tutulduğundan, bununla bağlı görüləcək işlərdən söz açıb. Ali təhsil nazirinin birinci müavini Misir - Azərbaycan ali təhsil əlaqələrinin, tələbə mübadiləsinin inkişaf etdirilməsinin önəmli olduğunu bildirib. Çıxışının sonunda Məhəmməd Cabir Əbu Ali Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətini öz ölkəsinə rəsmi səfərə dəvət edib. Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darviş Təhsil Nazirliyi tərəfindən göstərilən dəstək üçün təşəkkürünü bildirib və mövcud əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu qeyd edib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər təhsil sahəsində əlaqələrin inkişafı üzrə digər məsələlər ətrafında da müzakirələr aparıblar.

Mayın 20-də təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb.

Əmrə əsasən “Son zəng” tədbiri 31 may 2010-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi  məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

23/05/2026

Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb. Görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
23/05/2026

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub. Universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23105-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
22/05/2026

Yüksək impakt faktorlu "Open Access" (açıq əlyetərli) jurnallarda məqalələrin ödənişsiz dərc imkanlarından yararlanmaq istəyən tədqiqatçılar üçün məlumatlandırıcı material təqdim olunur. Məqalələrin əlçatanlığının artırılması üzrə tövsiyələrlə tanış olmaq üçün keçid: https://www.cambridge.org/core/services/authors/promoting-your-published-paper Müqavilə meyarlarına uyğunluğunuzu yoxlamaq üçün keçid: cambridge.org/oa-waivers-and-discounts Müəssisənizin ROR qeydiyyatının olub-olmadığını yoxlamaq üçün keçid: https://ror.org/search Alimlərimizin limitsiz sayda ödənişsiz məqalə dərc imkanları ilə bağlı ən çox verilən suallar və cavabları üçün keçid: https://eatda.edu.az/melumatlar/alimlerimizin-limitsiz-sayda-odenissiz-meqale-derc-imkanlari-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari #EATDA #ETN #Cambridge

Ətraflı