Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Mayın 17-də Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Artq üçüncü ildir ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirildiyini söyləyən təhsil nazirinin müavini Elmar Qasımov ilk öncə belə əhəmiyyətli tədbirin təşkil olunmasına görə təhsil naziri Misir Mərdanova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə təşəkkür edib. Nazir müavini bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirilməsi gənclərimizin hərtərəfli formalaşmasına və onların istedadının üzə çıxarılmasına əlverişli şərait yaradıb. Mədəni irsimizin qorunub saxlanması, inkişaf etdirilməsi və geniş təbliği baxımından ulu öndərimiz Heydər Əliyevin ideyalarının əvəzsiz rolu olduğunu vurğulayan Elmar Qasımov nəzərə çatdırıb ki, bu festivalın əsas məqsədi ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etməkdən ibarətdir.
Sonra festivalda kollektiv və fərdi çıxışlarda müxtəlif nominasiyalar üzrə uğur qazanmış tələbələrə Təhsil Nazirliyi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov fərqlənən tələbələrin festivala hazırlanmasında zəhmət çəkmiş müəllimlərə Fəxri fərmanlar təqdim edib.
Azərbaycan gəncliyinin istedadından məmnunluqla söz açan xalq artistləri Təranə Muradova və Yalçın Rzazadə tələbələrə ən xoş arzularını bildirib, onlara yaradılan belə imkanlardan layiqincə bəhrələnməyi tövsiyyə ediblər.
Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının təşkil olunmasında zəhməti keçən hər kəsə minnətdarlıqlarını ifadə edən gənclər belə yüksək səviyyəli tədbirə qatılmaqdan zövq aldıqlarını vurğulayıblar.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
