Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir. Müsabiqəyə 494 layihə təqdim olunub.
“Elektron təhsil” Respublika müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə təşkil edilib. “Müasir məktəbdə elektron tədris resursları” istiqamətinin “Fənlərin tədrisində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 168, “İbtidai təhsil sistemində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 106, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə isə 177 layihə təqdim olunub.
“Təhsildə internet texnologiyaları” istiqamətinin “Təhsildə internet resursları” nominasiyası üzrə 30, “Müəllimlərin bloqları” nominasiyası üzrə isə 13 layihə verilib.
Məlumat üçün qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim edilən layihələr üzrə iki mərhələdə keçirilən səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən olunan Münsiflər Heyəti aparacaq, 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar veriləcək.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
