Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Mayın 19-da Əl Oyunları Sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Təhsil, Zaman və Biz” adlı sərgi keçirilib.
İlk dəfə belə geniş şəkildə keçirilən sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin nailiyyətləri 44 müxtəlif bölmə üzrə nümayiş etdirilib.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Milli Məclisin sədr müavini Bahar Muradova, Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak ediblər.
Qonaqları və sərgi iştirakçılarını salamlayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil islahatlarının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Son illərdə Heydər Əliyev Fondunun təhsil sahəsinin inkişafına verdiyi layiqli töhfələrdən söz açan N.Rzaquliyeva belə tədbirlərin gələcəyimiz olan uşaqların hərtərəfli inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Sonra məktəblilər mahnı və rəqslər ifa ediblər. Qonaqlar sərgidə nümayiş olunan işlərlə tanış olublar.
Media nümayəndələrinin suallarını cavablandıran təhsil naziri Misir Mərdanov ilk təşəbbüs olan sərginin yaxşı təşkil olunduğunu bildirib. Nazir uyğun tədbirlərin davamlı xarakter almasının, daha çox təhsil ocaqlarını əhatə etməsinin mümkünlüyünü nəzərə çatdırıb.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
