Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 10-da 1 nömrəli orta məktəbdə «Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında» mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfrans keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, respublikanın tanınmış alim və pedaqoqları, paytaxtın orta məktəb şagirdləri iştirak ediblər. Konfransı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cü illər)»nın icrası ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlərin həyata keçirildiyini söyləyib. Son illər məktəblilər arasında müxtəlif mövzularda bilik yarışlarının, olimpiadaların, inşa yazı, rəsm, plakat müsabiqələrinin, baxış-sərgilərin, idman yarışlarının təşkil edildiyini bildirən N.Rzaquliyeva cari dərs ilində də bu baxımdan səmərəli işlərin görüldüyünü nəzərə çatdırıb. «Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında» mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfrans haqqında ətraflı məlumat verən Nailə Rzaquliyeva onu da bildirib ki, 13 bölmə üzrə keçirilən konfransda şagirdlər ayrı-ayrı fənlər, o cümlədən Azərbaycan tarixinin müxtəlif dövrləri, respublikamızın beynəlxalq aləmdə mövqeyi, onun siyasi-iqtisadi, sosial-mədəni həyatı, görkəmli tarixi şəxsiyyətləri, ədəbiyyat, incəsənət xadimləri, cəmiyyət həyatında gənclərin rolu, dünya dövlətləri, ekoloji problemlər və digər məsələlərlə bağlı yaradıcılıq işlərinin təqdimatını edəcəklər. Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov müstəqil Azərbaycan dövlətinin banisi və  qurucusu ümummilli lider Heydər Əliyevin hər zaman təhsilə, gənclərə xüsusi diqqət və qayğı göstərməsindən söz açıb, ölkə başçısı cənab İlham Əliyevin də bu məsələlərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib. Nazir Azərbaycanda elmin, təhsilin inkişafı, istedadlı gənclərin aşkara çıxarılması istiqamətində görülən işlərin əhəmiyyətinə toxunaraq bildirib ki, «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)» çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizin orta ümumtəhsil məktəblərində kifayət qədər istedadlı uşaqların təhsil aldığını deyən təhsil naziri Misir Mərdanov onlarla aparılan işlərin davamlı olacağını qeyd edib. İstedadlı uşaqların yaradıcılıq potensialının daha da inkişaf etdirilməsində belə tədbirlərin müstəsna rolundan danışan nazir şagirdlərə müvəffəqiyyətlər arzulayıb, konfransın təşkilinə yardım edənlərə təşəkkürünü bildirib. Konfransda iştirak edən millət vəkili Məlahət İbrahimqızı son illər ölkə təhsilinin, elminin inkişafı yolunda müsbət nəticələrin əldə olunduğunu bildirib, dövlət siyasətində təhsil sahəsinin prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Sonra konfrans öz işini bölmələrdə davam etdirib. Paytaxtın 110 məktəbindən 180-ə qədər şagird 13 bölmə üzrə müxtəlif mövzularda məruzə və təqdimat ediblər. Bölmələr üzrə müəyyənləşdirilmiş ayrı-ayrı sinif otaqlarına baş çəkən nazir Misir Mərdanov məktəblilərin hazırlıq səviyyəsi ilə maraqlanıb, şagirdlərə ən xoş arzularını çatdırıb və uğurlar arzulayıb.

Aprelin 12-də “Ləndmark” otelinin “Rotunda” zalında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, hər iki nazirliyin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər işçiləri, millət vəkilləri, bir sıra dövlət qrumlarının təmsilçiləri iştirak ediblər. Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb, keçirilmiş müsabiqə barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, bu müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə qərarı ilə keçirilib. Texniki yaradıcılıq mərkəzlərində məşğul olan 8 yaşından 18 yaşadək uşaq və yeniyetmənin iştirak etdiyi müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyən E.Qasımov I mərhələnin bu ilin fevralında rayon və şəhərlər üzrə, II mərhələnin fevral-mart aylarında 9 zona üzrə 300 məktəblinin iştirakı ilə keçirildiyini bildirib. Nazir müavini aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnikanın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsində ölkənin 45 rayon və şəhərini təmsil edən 195 məktəblidən 45 nəfərin qalib adına layiq görüldüyünü nəzərə çatdırıb. Elmar Qasımov çıxışının sonunda müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib, qalibləri təbrik edib, onlara daha böyük uğurlar arzulayıb. Sonra qaliblərə mükafatlar-diplomlar və hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimindən sonra təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər sərgidə nümayiş etdirilən eksponatlara baxıblar. Sərgidə gördüklərindən məmnun olduğunu bildirən təhsil naziri Misir Mərdanov son illər məktəbdənkənar təhsil müəssisələrinin inkişafına ciddi fikir verildiyini söyləyib. Nazir qeyd edib ki, bu müəssisələr uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmək üçün çox vacibdir. Misir Mərdanov uşaqların məktəbdənkənar təhsil müəssisələrində müxtəlif sahələrlə məşğul ola bilməsinin əhəmiyyətini nəzərə çatdırıb və bunun onların hərtərəfli yetişməsinə, asudə vaxtlarının səmərəli təşkilinə kömək etdiyini bildirib.

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin məktəblilərdən ibarət komandası aprelin 4-dən 12-dək Yunanıstanın Saloniki şəhərində keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatında iştirak edib.

24 komandanın qatıldığı çempionatda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız I yeri tutub.  Şəxsi hesabda şahmatçılarımız aşagıdakı nəticələri göstəriblər:   I YER 1. Xələfova Nərmin -   Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Şahmat Məktəbinin yetirməsi (16-17 yaş qrupu üzrə) 2. Piriverdiyev Aqil -   Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Şahmat Məktəbinin yetirməsi (14-15 yaş qrupu üzrə) 3. Əsədli Vüqar       -  Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Şahmat Məktəbinin yetirməsi (8-9 yaş qrupu üzrə) II YER 4. Bağırova Xatın     -  Ucar Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi (12-13 yaş qrupu üzrə) 5. Kazımova Nərmin - Bakı Şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi (16-17 yaş qrupu üzrə) 6. Fətəliyeva Ülviyyə - Gəncə Şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi (14-15 yaş qrupu üzrə) Onu da qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini, beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov həmin yarışda hakim kimi təmsil olunub.

Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirən Misir Mərdanov öncə Azərbaycanın təhsil sistemi və görülən işlər barədə məlumat verib. Son 6 ildə ölkə Prezidentinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 mindən çox yeni məktəbin, tədris ocaqları üçün əlavə korpusların tikildiyini, əsaslı təmir olunduğunu nəzərə çatdıran nazir ölkəmizdə təhsil sahəsində əldə edilən nailiyyətləri ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirib. Təhsilimizin keçdiyi inkişaf yolu, qazanılan uğurlardan söz açan Misir Mərdanov ölkəmizin qarşılaşdığı problemlər, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20%-nin işğal olunması, azərbaycanlıların doğma torpaqlarından didərgin düşməsi, buradakı təhsil müəssisələrinin dağıdılması barədə də məlumat verib. Nazir təhsil müəssisələrinin İKT ilə təminatı sahəsində həyata keçirilən tədbirlərdən bəhs edərək 1000-dən çox orta məktəbin genişzolaqlı internet şəbəkəsinə qoşulduğunu bildirib. Misir Mərdanov qonaqlara ölkəmizdə fəaliyyət göstərən ali məktəblər, dünya təhsil sisteminə inteqrasiya yolunda aparılan islahatlar, Azərbaycanın Boloniya prosesinə qoşulması və bu istiqamətdə atılan addımlar haqqında söhbət açaraq qeyd edib ki, hazırda 10 mindən çox azərbaycanlı gənc dünyanın müxtəlif nüfuzlu universitetlərində, 7 minə yaxın əcnəbi tələbə isə ölkəmizin ali təhsil müəssisələrində təhsil alır. Nazir “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində gənclərimizin müxtəlif ixtisaslar üzrə dünya universitetlərində təhsil aldıqlarını da vurğulayıb. Hələ Sovet dönəmində ölkəmizin ali məktəblərinin bir çox dünya universitetləri ilə yaratdığı əlaqələrdən, müxtəlif ölkələrdən olan mütəxəssislərin burada çalışmasından bəhs edən Misir Mərdanov bildirib ki, Qambiya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin qurulması xalqların bir-birini yaxından tanımasına, təhsil və elm sahəsində yeni nailiyyətlər qazanılmasına səbəb ola bilər. Səmimi qəbul üçün təşəkkür edən Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh Azərbaycana səfərindən məmnun olduğunu bildirib. U.Cammeh Qambiya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin yaradılmasına böyük önəm verdiklərini açıqlayıb və son illərdə öz ölkəsində bu sahədə görülən işləri diqqətə çatdırıb. Ali təhsil sahəsində əməkdaşlığın qurulması istiqamətlərindən söz açan qonaq qambiyalı gənclərin Azərbaycanın universitetlərində, xüsusilə, Azərbaycan Dövlət Neft Akademiyasında, Milli Aviasiya Akademiyasında təhsil almasında maraqlı olduqlarını qeyd edib. U.Cammeh iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlığın təşəkkül tapacağına əmin olduğunu ifadə edib. Sonra Qambiya Respublikasının ali təhsil, tədqiqatlar, elm və texnologiyalar naziri Mamadu Tanqara öz ölkəsinin təhsil sistemi, yeni yaradılan universitetlər və digər məsələlərdən söz açıb. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının Qambiyadakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov da iştirak edib.

Aprelin 14-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Aprelin 14-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən söz açıb. Nazir Doğu Akdəniz Universitetinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əlaqələrinin yaradılması, birgə elmi konfransların keçirilməsi, ölkəmizin təhsil işçilərindən ibarət olan nümayəndə heyətinin qeyd olunan universitetlə tanışlıq üçün həmin ölkəyə səfər etməsinin önəmli olduğunu vurğulayıb. Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak öz növbəsində rəhbəri olduğu ali təhsil ocağı barədə nazirə məlumat verərək qeyd edib ki, hazırda burada 37 azərbaycanlı tələbə təhsil alır və 10-dək müəllim müxtəlif ixtisaslar üzrə çalışır. Sonra qonaq Doğu Akdəniz Universitetinin tarixi, mövcud olan ixtisaslar barədə danışıb, habelə, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Görüşdə Doğu Akdəniz Universiteti ilə ölkəmizdə fəaliyyət göstərən müvafiq kollec və bir neçə ali təhsil müəssisəsi arasında müxtəlif istiqamətdə əlaqələrin qurulması, azərbaycanlı tələbələrin həmin universitetdə təhsil alması və bu işin həyata keçirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

Aprelin 15-də təhsil naziri Misir Mərdanov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldi ilə görüşüb.

Səmimi qəbul üçün təşəkkür edən M.Baldi Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnunluğunu bildirib. Azərbaycanla İtaliya arasında yüksək əməkdaşlığın mövcud olduğunu nəzərə çatdıran səfir ölkələrarası təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətlərindən söz açıb. Təhsil naziri Misir Mərdanov öncə səfirə yeni işində uğurlar arzulayıb. Azərbaycan və İtaliya əlaqələrinin son illər genişləndirilməsi istiqamətində görülən işləri qeyd edən nazir təhsil sahəsi üzrə əməkdaşlığın daha səmərəli təşkilini önə çəkib. Nazir bildirib ki, hazırda “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində 4 azərbaycanlı gənc İtaliyada təhsil alır. İtaliyanın Avropanın ən qədim və böyük ölkələrindən biri olduğunu vurğulayan Misir Mərdanov bu ölkə ilə, eyni zamanda, peşə və incəsənət təhsili sahəsində əlaqələrin qurulması təklifini diqqətə çatdırıb. Nazir iki ölkənin təhsil müəssisələri arasında “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsi, paytaxtın bir neçə orta məktəbində xarici dil kimi italyan dilinin tədris olunması fikirlərini irəli sürüb. Misir Mərdanov yeni səfirin fəaliyyəti dövründə təhsil əlaqələrinin möhkəmləndirilməsi üzrə mühüm addımlar atılacağına ümidvar olduğunu vurğulayıb. Nazirin fikirləri ilə həmrəy olduğunu diqqətə çatdıran Mario Baldi  qeyd edilən məsələlərə münasibətini bildirib. Görüşdə ikitərəfli əlaqələrin gələcək perspektivləri, əməkdaşlığın səmərəli təşkil olunması baxımından cari ilin payızında Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyətinin İtaliyaya səfər etməsi, azərbaycanlı gənclərin bu ölkədə təhsili və digər məsələlər haqqında söhbət aparılıb.

Aprelin 16-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərinin təşkil ediləcəyi məktəblərin direktorları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov görüşdə bildirib ki, ölkəmizdə 3 ildir “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. Nazir “Ən yaxşı müəllim” müsabiqəsi üzrə sənədləri ekspertizadan keçmiş müəllimlərin II mərhələdə müəyyən olunmuş qaydaya görə Bakı şəhərinin seçilmiş məktəblərində sınaq dərsi deyəcəklərini qeyd edib. Həmin məqsədlə Bakı şəhərində 26 məktəbin seçildiyini nəzərə çatdıran Misir Mərdanov məlumat verib ki, bu il müsabiqəyə 460 nəfər sənəd verib, onlardan 203 nəfəri müsabiqənin II və III mərhələsində iştirak etmək hüququ qazanıb. Nazir əlavə edib ki, fənlər üzrə təsnifata görə iştirakçılardan 47-si ibtidai sinif, 40-ı ingilis dili, 19-u tarix, 17-si Azərbaycan dili və ədəbiyyat, 16-sı riyaziyyat, 12-si coğrafiya, 10-u biologiya, 8-i fizika, 7-si informatika, 7-si rus bölməsində rus dili, 6-sı kimya, 5-i fiziki tərbiyə, 4-ü alman dili, hər birindən 1 nəfər olmaqla fransız dili, Azərbaycan bölməsində rus dili, əmək hazırlığı, təsviri incəsənət, musiqi müəllimləridir. Təhsil naziri sınaq dərslərinin 20-23 aprel tarixlərində keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Misir Mərdanov hər bir fənn üzrə sınaq dərslərinin keçirilmə tarixi və yeri barədə söz açaraq, məktəb direktorlarına sınaq dərslərinin keçirilməsinə hərtərəfli şərait yaradılması və bu işin mütəşəkkil təşkil olunmasına dair tapşırıqlar verib.

Aprelin 19-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçıları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq müəllimləri müsabiqənin növbəti mərhələlərində iştirak etmək hüququ qazanmaları münasibətilə təbrik edib və onlara qarşıdakı mərhələlərdə uğurlar arzulayıb. “Ən yaxşı müəllim” müsabiqəsinə 460 nəfərin sənəd verdiyini, onlardan 203 müəllimin II və III mərhələdə iştirak üçün seçildiyini qeyd edən nazir onu da əlavə edib ki, bu il də iştirakçılar arasında say etibarı ilə üstünlük ibtidai sinif və ingilis dili müəllimlərinə məxsusdur. Müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimin üzə çıxarılması olduğunu vurğulayan Misir Mərdanov iştirakçıların 20-23 aprel tarixlərində Bakı şəhərinin müəyyən edilmiş məktəblərində sınaq dərsi keçəcəklərini nəzərə çatdırıb. Nazir iştirakçı müəllimlər üçün həmin məktəblərdə lazımi şəraitin yaradılması barədə müvafiq şəxslərə tapşırıqlar verildiyini bildirib. Sınaq dərsləri deyəcək müəllimlərin Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş ekspert qrupları tərəfindən dinlənilərək, müəyyən edilmiş meyarlar üzrə qiymətləndiriləcəyini qeyd edən Misir Mərdanov hər ekspert qrupuna obyektivliyi təmin etmək üçün 3 mütəxəssisin daxil edildiyini diqqətə çatdırıb. Təhsil naziri sınaq dərslərində toplanılan balın həmin gün elan olunacağını, iştirakçı müəllimlərin III mərhələdə fəaliyyətlərinin əsas istiqamətləri, uğurları, rəy və təkliflərinin əksini tapdığı 10 dəqiqəlik təqdimatla çıxış edəcəklərini vurğulayıb. Daha sonra nazir “Ən yaxşı müəllim” müsabiqəsinin iştirakçılarına tövsiyə və tapşırıqlarını verib. Sonda iştirakçı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Aprelin 19-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərini qiymətləndirəcək ekspertlərlə görüş keçirilib.

Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim”  müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, novatorluğu, uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək və cəmiyyətdə müəllimin nüfuzunun yüksəlməsinə nail olmaqdır. Nazir bu müsabiqədə iştirak etmək üçün sənəd verən müəllimlərin sayının ilbəil artdığını vurğulayıb. Sonra Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsi üzrə sınaq dərslərinin keçirilməsi üçün Bakı şəhərində 26 təhsil müəssisəsinin müəyyənləşdirildiyini, artıq bu istiqamətdə bir sıra işlərin reallaşdırıldığını diqqətə çatdırıb. İştirakçıların sayından asılı olaraq bəzi fənlər üzrə bir neçə ekspert komissiyası yaradıldığını qeyd edən nazir bu komissiyaların əksəriyyətinin tərkibinin 3 nəfərdən ibarət olduğunu bildirib. Nazir əlavə edib ki, sınaq dərsləri ötən il olduğu kimi, bu il də 12 meyarla və onların hər biri maksimim 10 balla qiymətləndiriləcək. Sınaq dərslərində iştirak edəcək ekspertlərə obyektivliyin təmin olunması, ədalətlilik prinsipinin qorunması və işə məsuliyyətlə yanaşılmasının mühüm şərt olduğunu xatırladan Misir Mərdanov, eyni zamanda, onlara öz tapşırıq və tövsiyələrini də verib.

Aprelin 20-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirilib.

Müsabiqənin təntənəli açılış mərasimində təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev iştirak edib. Təhsil naziri Misir Mərdanov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edib. Nazir məktəblilərin bu müsabiqələrə böyük maraq və həvəs göstərməsini əlamətdar bir hal kimi dəyərləndirib və ilk mərhələdə yarım milyona yaxın şagirdin iştirakı, onlardan 97 nəfərin respublika mərhələsinə vəsiqə qazandığı barədə məlumat verib. Nazir bildirib ki, müsabiqədə ölkəmizin ayrı-ayrı rayon və şəhərlərinin, eləcə də Bakının ümumtəhsil məktəblərinin, Təhsil Nazirliyinin tabeliyində olan, ali məktəblərin nəzdində fəaliyyət göstərən lisey və gimnaziyaların, özəl orta məktəblərin və peşə liseylərinin yuxarı sinif şagirdləri iştirak edib.  Misir Mərdanov inşa yazmaq üçün iştirakçılara 3 saat vaxt verildiyini, yazıların bir neçə gün ərzində mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra qaliblərin müəyyənləşəcəyini bildirib. Nazir müsabiqəyə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində yekun vurulacağını, bu münasibətlə “Gülüstan” sarayında keçiriləcək təntənəli mərasimdə qaliblərə mükafat və hədiyyələrin təqdim olunacağını və ən yaxşı işlərin toplu şəklində nəşr ediləcəyini də diqqətə çatdırıb. Çıxışının sonunda Misir Mərdanov müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Sonra müsabiqənin respublika mərhələsinin mövzusu elan edilib və məktəblilər “Ulu öndər Heydər Əliyevi düşünərkən…” adlı inşa yazmağa başlayıblar.

23/05/2026

Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb. Görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
23/05/2026

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub. Universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23105-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
22/05/2026

Yüksək impakt faktorlu "Open Access" (açıq əlyetərli) jurnallarda məqalələrin ödənişsiz dərc imkanlarından yararlanmaq istəyən tədqiqatçılar üçün məlumatlandırıcı material təqdim olunur. Məqalələrin əlçatanlığının artırılması üzrə tövsiyələrlə tanış olmaq üçün keçid: https://www.cambridge.org/core/services/authors/promoting-your-published-paper Müqavilə meyarlarına uyğunluğunuzu yoxlamaq üçün keçid: cambridge.org/oa-waivers-and-discounts Müəssisənizin ROR qeydiyyatının olub-olmadığını yoxlamaq üçün keçid: https://ror.org/search Alimlərimizin limitsiz sayda ödənişsiz məqalə dərc imkanları ilə bağlı ən çox verilən suallar və cavabları üçün keçid: https://eatda.edu.az/melumatlar/alimlerimizin-limitsiz-sayda-odenissiz-meqale-derc-imkanlari-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari #EATDA #ETN #Cambridge

Ətraflı