Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 19-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçıları ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq müəllimləri müsabiqənin növbəti mərhələlərində iştirak etmək hüququ qazanmaları münasibətilə təbrik edib və onlara qarşıdakı mərhələlərdə uğurlar arzulayıb. “Ən yaxşı müəllim” müsabiqəsinə 460 nəfərin sənəd verdiyini, onlardan 203 müəllimin II və III mərhələdə iştirak üçün seçildiyini qeyd edən nazir onu da əlavə edib ki, bu il də iştirakçılar arasında say etibarı ilə üstünlük ibtidai sinif və ingilis dili müəllimlərinə məxsusdur. Müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimin üzə çıxarılması olduğunu vurğulayan Misir Mərdanov iştirakçıların 20-23 aprel tarixlərində Bakı şəhərinin müəyyən edilmiş məktəblərində sınaq dərsi keçəcəklərini nəzərə çatdırıb. Nazir iştirakçı müəllimlər üçün həmin məktəblərdə lazımi şəraitin yaradılması barədə müvafiq şəxslərə tapşırıqlar verildiyini bildirib. Sınaq dərsləri deyəcək müəllimlərin Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş ekspert qrupları tərəfindən dinlənilərək, müəyyən edilmiş meyarlar üzrə qiymətləndiriləcəyini qeyd edən Misir Mərdanov hər ekspert qrupuna obyektivliyi təmin etmək üçün 3 mütəxəssisin daxil edildiyini diqqətə çatdırıb. Təhsil naziri sınaq dərslərində toplanılan balın həmin gün elan olunacağını, iştirakçı müəllimlərin III mərhələdə fəaliyyətlərinin əsas istiqamətləri, uğurları, rəy və təkliflərinin əksini tapdığı 10 dəqiqəlik təqdimatla çıxış edəcəklərini vurğulayıb.
Daha sonra nazir “Ən yaxşı müəllim” müsabiqəsinin iştirakçılarına tövsiyə və tapşırıqlarını verib.
Sonda iştirakçı müəllimləri maraqlandıran suallar cavablandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
