Аprеlin 28-də Zərifə Əliyеvа аdına оrtа məкtəbdə görкəmli оftаlmоlоqun аnаdаn оlmаsının 86-cı ildönümünə həsr оlunmuş tədbir кеçirilib.
Öncə Fəхri хiyаbаnı ziyаrət еdən tədbir iştirakçıları daha sоnrа акаdеmiк Zərifə Əliyеvа аdınа məкtəblə tаnış оlublаr. «Хаtirələrdə yаşаyаn» аdlı tədbirdə təhsil nаziri Misir Mərdаnоv, rаbitə və infоrmаsiyа tехnоlоgiyаlаrı nаziri Əli Аbbаsоv, Dövlət Pеdаqоji Коllеcin dirекtоru, YАP Qаdınlаr Şurаsının sədri Nurlаnа хаnım Əliyеvа, millət vəкilləri və digər qоnаqlаr iştirак еdiblər. Məкtəbin dirекtоru Məhəbbət Vəliyеvа tədbiri giriş sözü ilə аçaraq sоn bir ildə tədris ocağında görülən işlər, qаzаnılan nаiliyyətlər və nəzərdə tutulan məsələlər hаqqındа gеniş məlumаt vеrib. O, qeyd edib ki, görkəmli akаdеmikin аdını dаşıyаn məкtəbdə təhsil аlаn şаgirdlər Zərifə хаnımın həyаt və fəаliyyətini dərindən öyrənir, оnun hаqqındа müvafiq araşdırmalar аpаrırlar. «Tədris prоsеsində müаsir pеdаqоji tехnоlоgiyаlаr: zənginliк və müхtəlifliк, məqsədyönlülüк və еffекtivliк» mövzusundа nümunəvi dərslərin intеrnеtdə nümаyişi maraqla qarşılanıb və məкtəbin sаytının аçılışındаn sоnrа şаgirdlərin ifаsındа «Zərifə Əliyеvа – аnа, qаdın və аlim» mövzusundа təqdimаt кеçirilib. Zərifə xanım Əliyеvаnın аdını dаşıyаn оrtа məкtəbin fəаliyyətini müsbət qiymətləndirən təhsil nаziri Misir Mərdаnоv bütün sаhələrə, о cümlədən də təhsilə göstərilən dövlət qаyğısından söz açıb, bu məкtəbdə çаlışаn müəllimlərin və təhsil аlаn şаgirdlərin məsuliyyətinin dаhа böyüк olduğunu vurğulayıb. Nazir bildirib ki, onlаrın qаzаndıqlаrı uğurlаr digər təhsil müəssisələrinə nümunə оlmаlı, bu təhsil ocağı hər cəhətdən müasir dövrün tələblərinə cavab verməlidir. Misir Mərdаnоv çıхışındа müəllim nüfuzunun аrtırılmаsının vаcibliyini və bu işdə vаlidеynlərin fəаllığının əhəmiyyətini хüsusi qеyd еdib. Кеçirilən nümunəvi dərslərin intеrnеt vаsitəsilə nümаyiş еtdirilməsindən məmnun qаlаn nаzir həlli vаcib оlаn digər məsələlərə də diqqət çəкib, müvafiq tövsiyələrini vеrib. Misir Mərdanov əmin оlduğunu bildirib кi, акаdеmiк Zərifə Əliyеvа аdınа оrtа məкtəbin yеtirmələri bundan sonra dаhа böyüк uğurlаrа imzа аtаcаqlаr. Sоndа tədbir iştirakçıları nümunəvi dərslər кеçirilən оtаqlаrа bаş çəкib, məкtəbin həyətində ümummilli lidеr Hеydər Əliyеvin və Zərifə хаnım Əliyеvаnın хаtirəsini əbədiləşdirməк məqsədilə 2 çinаr аğаcı əкiblər.
08/07/2015 16:52
Аprеlin 27-də Gəncə Şəhər İcrа Hаkimiyyətinin аkt zаlındа Gəncə Dövlət Univеrsitеtinin 70 illik yubilеyinə həsr оlunmuş tədbir keçirilib.
İlk öncə ulu öndər Hеydər Əliyеvin Gəncə Şəhər İcrа Hаkimiyyətinin qаrşısındа ucаldılmış büstü önünə gül dəstələri qоyulub və Аzərbаycаn Rеspublikasının Dövlət Himni səsləndirilib. Yubiley tədbirində təhsil nаziri Misir Mərdаnоv, nаzirliyin şöbə müdirləri, аli məktəb rеktоrlаrı, Gürcüstаndan gəlmiş аli məktəb müəllimləri, millət vəkilləri və digər qоnаqlаr iştirаk еdiblər. Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcrа Hаkimiyyətinin bаşçısı Еldаr Əzizоv univеrsitеtin 70 illik yubilеyi münаsibətilə təhsil оcаğının bütün əməkdаşlаrını təbrik еdib, ölkəmizin ali məktəbləri arasında Gəncə Dövlət Universitetinin özünəməxsus yerinin olduğunu bildirib. Görülmüş işlərdən və qаzаnılmış uğurlаrdаn dаnışan Gəncə Dövlət Univеrsitеtinin rеktоru Еlmаn Məmmədоv hаzırdа univеrsitеtdə 8 fаkültə və 10 şöbənin fəаliyyət göstərdiyini nəzərə çаtdırıb. Azərbaycan Respublikasının təhsil nаziri Misir Mərdаnоv Gəncə Dövlət Univеrsitеtinin еlmi tədqiqаtlаrın təşkili və tətbiqi istiqаmətində gеniş təcrübə qаzаndığını bildirib. Nazir univеrsitеtin 70 illik yubilеyi ilə əlаqədаr Аzərbаycаndа təhsilin inkişаfındаkı хitmətlərinə görə ölkə Prеzidеnti cənab İlhаm Əliyеvin Sərаncаmı ilə Gəncə Dövlət Univеrsitеtinin əməkdаşlаrınа vеrilən mükаfаtlаrı təqdim еdib və kollektivə gələcək işlərində uğurlаr аrzulаyıb. Yubilеyə gəlmiş digər qоnаqlаr dа Gəncə Dövlət Univеrsitеtinin səmərəli fəaliyyətindən söz açıb, öz hədiyyələrini tədris ocağının kollektivinə təqdim ediblər. Daha sоnrа yubileyə qatılmış qоnаqlаrlа birlikdə Nizаmi Gəncəvinin və Cаvаdхаnın məqbərələrini ziyаrət еdən təhsil naziri Misir Mərdаnоv M.C.Pаşаyеv аdınа 39 və C.Cаbbаrlı аdınа 6 saylı оrtа məktəblərdə də оlub. Günün ikinci yаrısındа Gəncə Dövlət Univеrsitеtində “dəyirmi mаsа” kеçirilib. Təhsil nаziri univеrsitеtin 13 əməkdаşını Аzərbаycаnın Qаbаqcıl Təhsil İşçisi döş nişаnı ilə təltif еdib. Yubiley tədbiri M.C Pаşаyеv muzеyində Cəncə Dövlət Univеrsitеtinin 70 illik yubilеyinə həsr оlunmuş kоnsеrt proqramı ilə başa çatıb.
08/07/2015 16:52
Aprelin 25-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.
Müsabiqənin yekun mərhələsinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçılarını salamlayan Misir Mərdanov ümummili lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin artıq bir ənənəyə çevrildiyini qeyd edərək şagirdlərin bu tədbirlərdə böyük maraq və həvəslə iştirak etməsini əlamətdar hal kimi dəyərləndirib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə haqqında məlumat verən təhsil naziri diqqətə çatdırıb ki, hər il olduğu kimi bu il də rayon ( şəhər) mərhələsində minlərlə VII-XI sinif şagirdi iştirak edib. Hər bir rayon və şəhərdən yalnız bir nəfərin yekun mərhələyə vəsiqə qazandığını qeyd edən nazir ümumilikdə 89 şagirdin buna nail olduğunu, iştirakçıların hər birinə xüsusi nümunədə hazırlanmış dəftər, qələm və üzərində ulu öndər Heydər Əliyevin şəkli olan döş nişanı verildiyini bildirib. İnşa müsabiqəsinin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini söyləyən Misir Mərdanov qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini və ən yaxşı işlərin toplu şəklində nəşr olunacağını bildirib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edildi və şagirdlər “Ulu öndər Heydər Əliyevi düşünərkən …” adlı inşa yazmağa başladılar.
08/07/2015 16:52
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “Düşüncələrin, prinsiplərin, həyat tərzinin dəyişdirilməsi” adlı 3 cildlik kitab nəşr olunub.
Kitab Şərqi Avropa və Mərkəzi Asiyada keçid dövrünü yaşayan ölkələrdə ailə və uşaqların sosial müdafiəsi sahəsində yaranan problemlərin aradan qaldırılması ilə məşğul olan məsul şəxslərə və mütəxəssislərə vacib məlumatların çatdırılmasına xidmət edir. Uşaqların müdafiəsinin gücləndirilməsi sahəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və ailələr üçün “Qeytkipinq” xidmətləri, uşaqların müdafiəsi xidmətləri üzrə standartların təkmilləşdirilməsi və De-institutlaşma, uşaqlar üçün xidmətlərin transformasiyası məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi üzrə təlimatlar da kitabda yer alıb. Hər üç cild Dövlət Proqramına ayrılan vəsait hesabına ingilis dilindən tərcümə olunub. Kitab əlaqədar dövlət qurumlarına, bu sahədə çalışan QHT-lərə, 55 dövlət uşaq müəssisəsinə paylanılıb.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlığa dair müqaviləyə uyğun olaraq 2009-2010-cu tədris ilində Azərbaycan vətəndaşlarının Türkiyənin ali məktəblərinin bakalavr pilləsində dövlət xətti ilə təhsil alması məqsədilə 48 yer ayrılıb.
Türkiyə tərəfi Təhsil Nazirliyinin sifarişini qəbul edərək Azərbaycan gənclərinin təhsil almaları üçün 24 prioritet ixtisas üzrə (tibb, təyyarə mühəndisliyi, kompüter mühəndisliyi, beynəlxalq əlaqələr, turizm və otelçilik, ispan dili, italyan dili, yapon dili, maliyyə, molekulyar biologiya, genetika və s.) Türkiyənin 12 ən nüfuzlu universitetində yer ayırıb. Bu ali məktəblər arasında Ankara, İstanbul, Boğaziçi, Orta Doğu Texniki, Hacəttəpə, Qazi, İstanbul Texniki, Mərmərə kimi universitetlərin adlarını xüsusi qeyd etmək olar. Eyni zamanda iki ölkənin müvafiq qurumları arasında mövcud olan razılaşmaya əsasən Türkiyənin ali məktəblərinin magistratura pilləsində Azərbaycan Respublikası üçün müvafiq prioritet ixtisaslar üzrə yüksək səviyyəli kadrların hazırlanması məqsədilə Türkiyə tərəfi 12 təqaüd ayırıb. Bakalavr pilləsini Azərbaycanda bitirən və təhsillərini Türkiyədə davam etdirmək arzusunda olan gənclər də müvafiq qaydalara uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanlarda iştirak etməlidirlər. Türkiyə ali məktəbələrində təhsil almaq hüququ qazanmış Azərbaycan vətəndaşlarının təhsili, qeydiyyatı və yataqxana ilə təmin olunması pulsuzdur. Bununla yanaşı, həmin tələbələrə həm Türkiyə, həm də Azərbaycan hökuməti tərəfindən aylıq təqaüd verilir və ildə bir dəfə yay tətili müddətində təyyarə ilə gediş-gəliş xərcləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ödənilir.
08/07/2015 16:52
Respublikamıza lazım olan kadr potensialının gücləndirilməsi məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müxtəlif sahələr üzrə 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub.
Dövlət Proqramının icrasına başlanmasından ötən dövr ərzində azərbaycanlı gənclər Fransa, Türkiyə, Rusiya, Cənubi Koreya, Almaniya, ABŞ və digər ölkələrin ali məktəblərində dövlət hesabına təhsil almaq hüququ qazanıb. 2007-ci ildə Təhsil Nazirliyinin KNOUS təşkilatı ilə imzaladığı müqavilə çərçivəsində 13, 2008-ci ildə isə 27 tələbə Fransa ali məktəblərinə göndərilib və gələcəkdə onların sayının artırılması nəzərdə tutulub. Beləliklə, bu gün Fransanın ali məktəblərində 40 nəfər azərbaycanlı tələbə Dövlət Proqramı çərçivəsində təhsil alır. Onu da qeyd edək ki, növbəti tədris ilində Fransanın ali məktəblərinə göndəriləcək azərbaycanlı tələbələri müəyyənləşdirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub. Ötən il Rusiya ali məktəblərinə müstəqil şəkildə qəbul olunan 8 azərbaycanlı gəncin adı da Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısına daxil edilib. Onlardan 4-ü aspirantura, 2-si mütəxəssis və 2-si bakalavr pilləsində təhsil alır. Beləliklə, bu ölkədə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin sayı 27 nəfərə çatıb. 2007-ci ildə əksəriyyəti tibb, xüsusilə də diplomdan sonrakı tibb ixtisasları olmaqla Dövlət Proqramı çərçivəsində Türkyəyə göndərilən 9 tələbə ilə yanaşı, 2008-ci ildə daha 15 azərbaycanlı gənc qardaş ölkənin ən nüfuzlu ali məktəblərində mühəndislik, idarəetmə, tibb və s. ixtisaslar üzrə təhsil almaq imkanı əldə edib. Ötən il Cənubi Koreyada təhsil almaq üçün elan olunmuş müsabiqənin nəticələrinə uyğun olaraq 3 nəfər azərbaycanlı gənc KAİST universitetində oxumaq hüququ qazanıb. Hazırda bu ölkədə 8 gəncimiz Dövlət Proqramı çərçivəsində təhsilini davam etdirir. Növbəti tədris ilində daha 10 nəfər azərbaycanlı gəncin bu ölkədə təhsil almağa göndərilməsi nəzərdə tutulub. Hazırda Koreyanın KAİST universitetində təhsil alacaq gənclərin seçilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub. Dövlət Proqramının icrasının ilk ilində Almaniya ali məktəblərinin tələbəsi adına layiq görülən gənclərin sayı 5 nəfər olub. 2008-ci ildə isə Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı çərçivəsində Almaniyaya 12 nəfər azərbaycanlı göndərilib. Bununla yanaşı, Alamaniyanın ali məktəblərinə ötən il müstəqil şəkildə 9 nəfər tələbə müxtəlif ixtisaslar üzrə qəbul olunub. Beləliklə, 2007-ci ildən bu günə qədər beynəlxalq münasibətlər, tibb, mühəndislik, iqtisadiyyat ixtisasları üzrə 26 gənc bu ölkədə təhsillərini uğurla davam etdirir. Növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsil alması üçün bu ilin mart ayında DAAD-ın Almaniyadan gəlmiş ekspertləri tərəfindən ilkin seçim aparılıb. Müvafiq prosedurlar yekunlaşdıqdan sonra qaliblərin siyahısı elan olunacaq. Hazırda dövlət hesabına ABŞ-da 10 nəfər azərbaycanlı gənc təhsil alır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fulbright proqramı ilə əməkdaşlıq nəticəsində növbəti tədris ili üçün keçirilmiş müsabiqədə uğur qazanmış 7 nəfərin də yaxın zamanlarda ABŞ ali məktəblərinin magistraturasında təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bunlarla yanaşı, Kanadada 1, Avstraliyada 3, Avstriyada 1, Böyük Britaniyada 30, Yeni Zellandiyada 1, İsveçdə 3, Belçikada 1, İsveçrədə 2, Yaponiyada 1, Niderlandda 8, Çexiyada 1 azərbaycanlı tələbə təhsil alır. Dövlət Proqramının icrasına başlandığı müddətdə ilk dəfə növbəti tədris ili üçün Niderland Krallığı Maastrixt İdarəçilik Məktəbinin Menecment , MBA (Biznesin İdarəçiliyi üzrə Magistr) ixtisaslarının magistratura pilləsində təhsil alacaq azərbaycanlı gənclərin seçimi məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub. Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində hal-hazırda 187 nəfər azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır. Artıq Dövlət Proqramına uyğun olaraq xaricdə təhsil alan 7 nəfər azərbaycanlı gənc müxtəlif ölkələrin ali məktəblərini uğurla başa vurub.
08/07/2015 16:52
Aprelin 22-də Təhsil Nazirliyində “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasim iştirakçılarını salamlayan təhsil nazirinin müavini İradə Hüseynova bildirib ki, müsabiqə ötən ilin 16-17 dekabr tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Odlar Yurdu Universitetinin bazasında keçirilmiş ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı çərçivəsində təşkil edilib. Nazir müavini konfransın 16 bölməsində 320 tələbənin məruzə ilə çıxış etdiyini və tələbələrin məruzələrində əks olunmuş elmi-tədqiqat işilərinin bölmə sədrləri və ekspertlər tərəfindən 100 ballıq sistem üzrə qiymətləndirildiyini nəzərə çatdırıb. İ.Hüseynova həmin qiymətlər əsasında təşkilat komitəsi tərəfindən orta balların müəyyənləşdirildiyini, konfrans iştirakçılarının reytinq cədvəlinin tərtib olunduğunu və hər bölmənin qalibi ilə yanaşı, reytinq cədvəlinin 2-ci və 3-cü pillələrində qərarlaşan tələbələrin də yüksək bilik və hazırlıq səviyyəsi ilə fərqləndiyini qeyd edib. Qeyd edək ki, müsabiqə cari ilin fevral-mart aylarında keçirilib. Müsabiqəyə konfrans iştirakçılarının reytinq cədvəlində ilk üç yerə sahib olan tələbələr buraxılıb. Həmin tələbələr arasından müsabiqə qaliblərini seçmək məqsədilə Təhsil Nazirliyinin yaratdığı münsiflər heyəti müsabiqəyə buraxılmış hər bir tələbə ilə müsahibə aparıb və 16 qalib müəyyənləşdirilib.Qaliblərin adları təhsil nazirinin 9 aprel 2009-cu il tarixli 397 nömrəli əmri ilə elan olunub. Təhsil Nazirliyinin hər il keçirdiyi “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin ali məktəb tələbələrinin elmə olan marağını daha da artırdığını vurğulayan Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, ADPU-nun dekanı, professor Mirzəli Murquzov və Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, dosent Məmməd Əliyev ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili istiqamətində əldə olunan uğurlardan söz açdılar, bu sahənin işinin yaxşılaşdırılmasına dair təkliflərini bildirdilər. Sonda “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərinə Təhsil Nazirliyinin diplomları təqdim olundu, onlara təhsildə və gələcək elmi axtarış yollarında uğurlar arzulandı. Müsabiqədə uğur qazanmış tələbələrin ali məktəb rəhbərləri tərəfindən rəğbətləndirilməsi məsələsinin vacibliyi önə çəkildi. Qeyd edildi ki, konfrans iştirakçılarının reytinq cədvəli əsasında ali məktəb rəhbərləri tələbə elmi-tədqiqat işinin təşkili sahəsində mövcud olan nailiyyətləri və nöqsanları da müəyyənləşdirə biləcəklər .
08/07/2015 16:52
Aprelin 18-də İsmayıllı rayonunda Xəlilli, Culyan kənd orta, və Ağbulaq kənd əsas məktəblərinin açılış mərasimi olub.
Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından danışan nazir, həmçinin son illər İsmayıllı rayonunda təhsil sahəsinqə qazanılan nailiyyətləri müsbət qiymətləndirib. Sonra rayon mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib ki, son beş ildə rayonda 12 yeni məktəb binası tikilib, 23 məktəb Təhsil Nazirliyinin hesabına əsaslı təmir edilib və builki məzunların 242-si müxtəlif ali məktəblərə qəbul olunub. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov tədris ili ərzində rayonun iki müəlliminə ölkə Prezidenti tərəfindən “Əməkdar müəllim” adının verilməsini, İsmayıllının pilot rayonlarından biri seçildiyini, burada məktəblərin təchizatının xeyli yaxşılaşmasını, şagirdlərin dərslik və dərs vəsaitləri ilə təminatının qənaətbəxş olmasını qeyd edib və keçirilən sınaq imtahanlarının nəticələri barədə məlumat verib. Misir Mərdanov eyni zamanda İsmayıllı rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən də danışıb. Açılış mərasimində millət vəkilləri Ərəstun Cavadov, Novruzəli Aslanov, Təhsil Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil işçiləri, müəllim və valideynlər də iştirak ediblər.
08/07/2015 16:52
Aprelin 17-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.
Nazir qonaqları səmimi salamladıqdan sonra missiyanın ölkəmizdə olduğu müddətdə Təhsil Nazirliyində keçirdiyi görüşlərin, apardığı müzakirələrin əhəmiyyətli olacağını vurğulayıb. Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak ölkəmizdə təhsilin inkişafında böyük rol oynayacaq Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin səmərəliliyindən söz açıb və kadrların müasir dünyanın tələbləri səviyyəsində yetişdirilməsinin vacibliyini qeyd edib. Sonra çıxış edən Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno səfərin qısa müddətli olmasına baxmayaraq, səmərəli keçdiyini bildirib. Layihə İdarəetmə Qrupunun, komponent və alt komponent koordinatorlarının işindən razılığını ifadə edən cənab Moreno Azərbaycanda təhsil sektorunun statistikası üzrə hazırlanan hesabatı da olduqca maraqlı və uğurlu sənəd kimi qiymətləndirib. Eyni zamanda qonaq əlavə təhsil sahəsində xeyli irəliləyiş əldə olunmasını, məktəbəqədər təhsil sahəsində uğurlu addımlar atılmasını, qiymətləndirmə və təhsilin idarəolunmasının məlumat sistemləri üzrə aparılan islahatları yüksək dəyərləndirib. Misir Mərdanov qonaqlara ölkəmizdə təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində aparılan işlər, bununla bağlı yaradılan yeni qurum barədə məlumat verib. Nazir bildirib ki, ölkənin təhsil sistemi ilə bağlı bütün resurslar həmin qurumda yerləşəcək, burada DATA sistemi yaradılacaq. Bu ilin sonunadək 500 məktəbin geniş zolaqlı internet şəbəkəsinə qoşulacağını vurğulayan nazir hələlik bu məsələnin 200 məktəbdə öz həllini tapmasından da söz açıb.Misir Mərdanov eləcə də məktəbəqədər və əlavə təhsil sahəsi üzrə mövcud olan problemlərə də toxunub. Sonda nazir birgə əməkdaşlıqdan razılığını ifadə edərək Dünya Bankının nüməyəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
08/07/2015 16:52
Aprelin 16-da Təhsil Nazirliyində Litva Respublikasına səfər etmiş nümayəndə heyətinin təqdimat-məruzəsi dinlənilib
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq bildirib ki, nümayəndə heyəti Litva Respublikasının məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirilməsi islahatları üzrə təcrübəsi ilə yaxından tanış olub. Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin Litva Respublikasının təhsil sisteminin öyrənilməsi ilə bağlı 30 mart-6 aprel 2009-cu il tarixlərində həmin ölkəyə olan tədris səfərinin hesabatı” mövzusunda təqdimat-məruzə edib.O öz təqdimatında Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (2009-2014-cü illər) “Məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirilməsi islahatlarının qiymətləndirilməsi” alt komponenti çərçivəsində Litva Respublikasının təcrübəsinin öyrənilməsindən söz açıb, bu ölkənin təhsil sistemi,ümumtəhsil məktəbləri, məktəb şəbəkəsinin optimallaşdırılmasının strateji prinsipləri haqqında məlumat verib. O.Kərimov eləcə də Litva Respublikasının Şilut rayonu üzrə məktəb şəbəkəsinin optimallaşdırılması təcrübəsindən və bu barədə görülmüş işlərdən bəhs edib. Görüşdə iştirak edən Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno məktəblərin rasionallaşdırılması tədbirlərinə uyğun olaraq öz təkliflərini irəli sürüb, rasionallaşdırma nəticəsində qənaət edilmiş vəsaitin xərclənmə istiqamətlərindən söz açıb. Sonda iştirakçılar məruzə ətrafında müzakirələr aparıblar.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı