Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublikamıza lazım olan kadr potensialının gücləndirilməsi məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müxtəlif sahələr üzrə 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub.

Dövlət Proqramının icrasına başlanmasından ötən dövr ərzində azərbaycanlı gənclər Fransa, Türkiyə, Rusiya, Cənubi Koreya, Almaniya, ABŞ və digər ölkələrin ali məktəblərində dövlət hesabına təhsil almaq hüququ qazanıb.
2007-ci ildə Təhsil Nazirliyinin KNOUS təşkilatı ilə imzaladığı müqavilə çərçivəsində 13, 2008-ci ildə isə 27 tələbə Fransa ali məktəblərinə göndərilib və gələcəkdə onların sayının artırılması nəzərdə tutulub. Beləliklə, bu gün Fransanın ali məktəblərində 40 nəfər azərbaycanlı tələbə Dövlət Proqramı çərçivəsində təhsil alır. Onu da qeyd edək ki, növbəti tədris ilində Fransanın ali məktəblərinə göndəriləcək azərbaycanlı tələbələri müəyyənləşdirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub.
Ötən il Rusiya ali məktəblərinə müstəqil şəkildə qəbul olunan 8 azərbaycanlı gəncin adı da Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısına daxil edilib. Onlardan 4-ü aspirantura, 2-si mütəxəssis və 2-si bakalavr pilləsində təhsil alır. Beləliklə, bu ölkədə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin sayı 27 nəfərə çatıb.
2007-ci ildə əksəriyyəti tibb, xüsusilə də diplomdan sonrakı tibb ixtisasları olmaqla Dövlət Proqramı çərçivəsində Türkyəyə göndərilən 9 tələbə ilə yanaşı, 2008-ci ildə daha 15 azərbaycanlı gənc qardaş ölkənin ən nüfuzlu ali məktəblərində mühəndislik, idarəetmə, tibb və s. ixtisaslar üzrə təhsil almaq imkanı əldə edib.
Ötən il Cənubi Koreyada təhsil almaq üçün elan olunmuş müsabiqənin nəticələrinə uyğun olaraq 3 nəfər azərbaycanlı gənc KAİST universitetində oxumaq hüququ qazanıb. Hazırda bu ölkədə 8 gəncimiz Dövlət Proqramı çərçivəsində təhsilini davam etdirir. Növbəti tədris ilində daha 10 nəfər azərbaycanlı gəncin bu ölkədə təhsil almağa göndərilməsi nəzərdə tutulub. Hazırda Koreyanın KAİST universitetində təhsil alacaq gənclərin seçilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub.
Dövlət Proqramının icrasının ilk ilində Almaniya ali məktəblərinin tələbəsi adına layiq görülən gənclərin sayı 5 nəfər olub. 2008-ci ildə isə Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı çərçivəsində Almaniyaya 12 nəfər azərbaycanlı göndərilib. Bununla yanaşı, Alamaniyanın ali məktəblərinə ötən il müstəqil şəkildə 9 nəfər tələbə müxtəlif ixtisaslar üzrə qəbul olunub. Beləliklə, 2007-ci ildən bu günə qədər beynəlxalq münasibətlər, tibb, mühəndislik, iqtisadiyyat ixtisasları üzrə 26 gənc bu ölkədə təhsillərini uğurla davam etdirir. Növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsil alması üçün bu ilin mart ayında DAAD-ın Almaniyadan gəlmiş ekspertləri tərəfindən ilkin seçim aparılıb. Müvafiq prosedurlar yekunlaşdıqdan sonra qaliblərin siyahısı elan olunacaq.
Hazırda dövlət hesabına ABŞ-da 10 nəfər azərbaycanlı gənc təhsil alır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fulbright proqramı ilə əməkdaşlıq nəticəsində növbəti tədris ili üçün keçirilmiş müsabiqədə uğur qazanmış 7 nəfərin də yaxın zamanlarda ABŞ ali məktəblərinin magistraturasında təhsil almağa göndərilməsi nəzərdə tutulub.
Bunlarla yanaşı, Kanadada 1, Avstraliyada 3, Avstriyada 1, Böyük Britaniyada 30, Yeni Zellandiyada 1, İsveçdə 3, Belçikada 1, İsveçrədə 2, Yaponiyada 1, Niderlandda 8, Çexiyada 1 azərbaycanlı tələbə təhsil alır.
Dövlət Proqramının icrasına başlandığı müddətdə ilk dəfə növbəti tədris ili üçün Niderland Krallığı Maastrixt İdarəçilik Məktəbinin Menecment , MBA (Biznesin İdarəçiliyi üzrə Magistr) ixtisaslarının magistratura pilləsində təhsil alacaq azərbaycanlı gənclərin seçimi məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub.
Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində hal-hazırda 187 nəfər azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır. Artıq Dövlət Proqramına uyğun olaraq xaricdə təhsil alan 7 nəfər azərbaycanlı gənc müxtəlif ölkələrin ali məktəblərini uğurla başa vurub.


10 il əvvəl