Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 15-də təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb

Nazir qonağı səmimi salamlayıb və bu təşkilatın ölkəmizdə apardığı layihələrdən razılığını ifadə edib. Xanım Nikol lə Os de Lalüvye ölkəmizdə ingilis dilinin tədrisi layihəsi üzrə həyata keçirilən tədbirlər və ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Qonaq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində aparılan işlərə dəstək göstərməyə hazır olduqlarını bildirib və müvafiq təkliflərlə çıxış edib. Xanım Lalüvye vurğulayıb ki, “British Council” pilot olaraq azərbaycanlı gənclərin həmin proqram çərçivəsində Böyük Britaniyanın ali məktəblərinin magistratura pilləsində təhsil almasını həyata keçirmək niyyətindədir. Bununla bağlı müvafiq təcrübəyə yiyələndiklərini önə çəkən qonaq ilkin olaraq 20 tələbənin seçilməsinin məqsədəmüvafiqliyini qeyd edib.  Qonağın fikirlərini yüksək dəyərləndirən Misir Mərdanov seçim prosesinin “British Council” tərəfindən keçirilməsinin daha məqsədə uyğun olduğunu vurğulayıb və verilən təkliflərin yaxın zamanda nazirliyə təqdim edilməsinin vacibliyini bildirib. Görüşdə Azərbaycan hökuməti ilə razılaşdırıldıqdan sonra müvafiq təkliflər əsasında memorandum imzalanması, birgə seçim prosedurlarının hazırlanması və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan bir sıra digər məsələlər üzrə faydalı müzakirələr aparılıb.

Təhsil Nazirliyi aprel ayının 4-dən 10-dək “Təhsil” Respublika İdman Mərkəzi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbində IX-X əsrlərdə yaşamış görkəmli Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr olunmuş şahmat üzrə respublika çempionatı keçirib.

Çempionatda ümumilikdə ölkəmizin 46 şəhər və rayonundan 110 oğlan və 44 qız şahmatçı iştirak edib. 9 turdan ibarət olan və İsveçrə sistemi üzrə keçirilən yarışda iştirakçılar üç yaş qrupunda mübarizə aparıblar.Hər yaş qrupunda oğlanlar və qızlar arasından ayrı-ayrılıqda 4 qalib müəyyənləşdirilib.Həmçinin, bütün yaş qrupları üzrə fərdi qarşılaşmaların ümumi nəticələrinə görə iştirakçı şəhər və rayonların komandaları müvafiq yerlərə layiq görülüb.Onlardan paytaxtı təmsil edən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin,Gəncə şəhərinin,Neftçala rayonunun və Bakı şəhərinin I komandaları daha yüksək nəticələrə nail olublar. Qaliblər Təhsil Nazirliyi tərəfindən müvafiq diplom və qiymətli hədiyyələrlə təltif edilib.

Aprelin 14-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirədə “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsini keçirən fənn komissiyalarının üzvləri, bu mərhələ üzrə təyin olunmuş məktəblərin direktorları və direktor müavinləri iştirak edib.

Müşavirəni giriş sözü ilə açan nazir dövlət başçısının 4 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirildiyini qeyd edib. Ötən il olduğu kimi, bu il də müsabiqələrlə əlaqədar Təhsil Nazirliyində Təşkilat Komitəsinin yaradıldığını bildirən Misir Mərdanov iştirak üçün 450 nəfərin ərizəsinin həmin komitəyə daxil olduğunu nəzərə çatdırıb. Nazir əlavə edib ki, müvafiq ekspertiza 4 nəfərin sənədinin müəyyən şərtlərə uyğun gəlmədiyini aşkarlayıb. Misir Mərdanov sənədləri qəbul olunmuş müəllimlərin göstəricilərinin müvafiq əmsallar tətbiq edilməklə 16 parametr üzrə qiymətləndirildiyini və 10 ballıq sistemə uyğunlaşdırıldığını, habelə 217 nəfərin növbəti mərhələyə buraxıldığını bildirib. Müşavirədə Misir Mərdanov II mərhələdə iştirak edən müəllimlərin sınaq dərsləri keçməsi üçün hər fənn üzrə ayrı-ayrı məktəblərin, ümumilikdə bu məqsədlə Bakı şəhərində 35 orta təhsil müəssisəsinin müəyyənləşdirildiyini vurğulayıb. Nazir dinləniləcək dərslərin qiymətləndirilməsi meyarlarını, fənn komissiyalarının tərkibinə ötən il keçirilmiş müsabiqə qaliblərindən 31 nəfərin daxil ediləcəyini və II mərhələyə keçən müəllimlərlə görüş təşkil olunacağını iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda nazir bu işdə obyektivliyin və ədalətliliyin təmin olunmasının, məsul şəxslərin işə daha ciddi yanaşmasının xüsusilə əhəmiyyətli olduğundan söz açıb.  Tədbirdə o da məlum olub ki, iştirakçılar arasında ibtidai sinif müəllimlərinin sayı 46 nəfərdir. Digər fənlər üzrə müəllimlərin sayı– ingilis dili 44, tarix 27, riyaziyyat 19, Azərbaycan dili və ədəbiyyat 18, biologiya 15, fizika və kimya fənlərinin hər biri 10, coğrafiya 8, informatika 6, rus dili 4, alman və fransız dilləri, musiqi, fiziki tərbiyə və iqtisadiyyatın əsasları üzrə hər biri 2 nəfərdən ibarətdir. Müsabiqədə 40 rayon və şəhərin, Təhsil Nazirliyinin nəzdindəki lisey və gimnaziyaların, universitetlərin nəzdindəki məktəblərin və 1 özəl məktəbin müəllimləri təmsil olunurlar. Sonda ən yaxşı müəllim müsabiqəsinin II mərhələsi üzrə sınaq dərslərinin aprelin 20-dən etibarən dinlənilməsinə başlanılacağı qeyd olunub.

Aprelin 13-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizə gəlmiş missiyası ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir Təhsil Sektorunun İnkişafı üzrə I layihə çərçivəsində fəaliyyət istiqamətləri və bu layihənin müddətinin uzadılması məsələsindən söz açıb. Nazir ilkin layihədə qeyd olunan tapşırıqların həyata keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər, müəllim və peşə hazırlığı, yeni kurikuluma keçid və bununla bağlı dərslik komplektlərinin hazırlanması, qiymətləndirmə üzrə aparılan işlər barədə qonağa məlumat verib. Eyni zamanda nazir 2009-2010-cu tədris ili üzrə orta məktəblərin II sinifləri üçün dərsliklərin hazırlanması istiqamətində müvafiq iş aparıldığını, mayın sonunadək nəzərdə tutulan komplektlərin hazır olacağını bildirib. Nazir, həmçinin əlavə təhsil, adambaşına maliyyələşdirmə və rasionallaşdırma üzrə tədbirlərin də diqqət mərkəzində olduğunu qeyd edib. Missiyanın rəhbəri, Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno nazirə görülən işlərlə bağlı ətraflı məlumat verdiyi üçün təşəkkür edib.X.Moreno II layihədə nəzərdə tutulan məsələlər üzrə nazirliyin müvafiq şöbələrində görüşlər keçirdiklərini və səmərəli müzakirələr apardıqlarını qeyd edib. Qonaq, həmçinin təhsil statistikası üzrə nazirliyin onlara təqdim etdiyi hesabatdan razılığını ifadə edib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə II layihədə nəzərdə tutulan digər məsələlər ətrafında müzakirələr aparılıb.

Aprelin 10-da “Park İNN” otelində Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, HP və Microsoft şirkətlərinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Xalq kompüteri” layihəsinin icrasına başlanması münasibətilə təntənəli mərasim keçirilib.

Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinin lisenziyalı proqramlarla təchiz olunmuş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə Azərbaycan hökümətinin informasiya cəmiyyətinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Təşkilatçıların qərarına əsasən, ilkin mərhələdə 4 aylıq pilot layihə icra ediləcəkdir. Bu müddət ərzində müəllimlər layihə çərçivəsində güzəştli şərtlərlə ilk ayda 500, növbəti ayda isə 3 min kompüter əldə edə biləcəklər. Gələcəkdə layihənin daha da təkmilləşdirilərək digər sosial qruplar üçün (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) həyata keçirilməsi də nəzərdə tutulur. Təhsil naziri Misir Mərdanov bu layihənin insanların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etməsi baxımından və informasiya cəmiyyətinə keçid mərhələsində mühüm rol oynayacağını bildirib. Nazir qeyd edib ki, təhsil sahəsində İKT-nin tətbiqi üzrə həyata keçirilən dövlət siyasətinin davamı olan bu layihə “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı( 2008-2012-ci illər)”nın əsas hissəsini təşkil edir. Hazırda ölkədə 170 minə yaxın müəllim olduğunu deyən təhsil naziri ilkin mərhələdə məhz müəllimlərə layihədə iştirak etmək hüququ verilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.  Çıxışının sonunda təhsil naziri layihənin Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərən və bu vacib addımın atılmasında xidmətləri olan qurumlara ölkənin təhsil ictimaiyyəti adından təşəkkürünü bildirib. Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov həyata keçirilən təhsil islahatları sırasında son illər informasiyalaşdırmanın xüsusi önəm daşıdığını vurğulayaraq bu layihənin uğurla icra olunmasını arzulayıb və bütün iştirakçıları ilk mərhələnin başlanması münasibəti ilə təbrik edib.  Mərasimdə layihənin əhəmiyyəti, həyata keçirilməsi istiqamətində görülmüş işlər, icra mexanizmi və s. haqqında ətraflı məlumat verilib. Sonra “Xalq kompüteri” layihəsinin icrasına başlanmasına dair dördtərəfli niyyət protokolu imzalanıb.

Sentyabrın 8-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Sarayının qarşısına gələrək, ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla anıblar. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun, Milli Məclis üzvlərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın, paytaxtın rayon icra hakimiyyəti başçılarının, müxtəlif dövlət qurumları təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin və ümumtəhsil müəssisələri rəhbərlərinin qatıldıqları konfransda ulu öndər, qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük önəm verdiyi, ümummilli liderimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə daim diqqət və qayğı göstərdiyi qeyd olunub. Bakının ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, paytaxtın təhsil müəssisələri artıq yeni tədris ilinə hazırdır. Belə ki, Bakı şəhərinin ümumtəhsil məktəblərində 330 mindən artıq şagirdi və onların təlim-tərbiyəsi ilə məşğul olan 34 minə yaxın müəllimi qarşılamaq üçün bütün zəruri tədbirlər həyata keçirilib. Konfransda cəmiyyətin tərəqqisində təhsilin mühüm rolu bir daha vurğulanıb, yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulanıb.

Sentyabrın 9-da Bakıdakı 276 nömrəli orta məktəbdə təhsil sistemində yeni qiymətləndirmə qaydalarının tətbiqinə həsr olunan iclas keçirilib.

İclasda təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq şöbə və struktur rəhbərləri, paytaxtın orta ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. Tədbiri təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışıb. Təhsil naziri müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini söyləyərək, məktəb direktorlarına bir sıra tövsiyələrini verib. Sonra Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva «Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları» mövzusunda geniş məruzə-təqdimatla çıxış edib. Təranə Hacıyeva bildirib ki, ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı 20 qayda nəzərdə tutulub. Məruzəçi çıxışında məktəbdaxili qiymətləndirmədən, şagird nailiyyətlərinin qiymətləndirilməsindən (monitorinqi), kurikulum üzrə qiymətləndirmədən (təhsil idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu ölçmək üçün aparılan qiymətləndirmə) və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən (əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları) ətraflı söz açıb, həmçinin digər qaydaları şərh edib. İclası təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması məsələsinə münasibətini bildirib, bununla bağlı müvafiq təkliflərini nəzərə çatdırıb.

Beynəlxalq Miqrasiya Təşkilatı ( BMqT) ilə Təhsil Nazirliyinin reallaşdırdığı “Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili” layihəsi çərçivəsində birinci konfrans keçirilib.

Konfransın məqsədi layihəyə qoşulan ümumtəhsil məktəb rəhbərlərinin və digər partnyorların insan alverinə qarşı mübarizə üzrə biliklərini artırmaq, təhsil vasitəsi ilə insan alverinə qarşı mübarizə üçün milli çərçivə haqqında ümumi razılığa gəlmək, layihənin həyata keçirilməsi istiqamətində müvafiq beynəlxalq təcrübənin öyrənilməsi olub. Beynəlxalq mütəxəssis İlya Dementiyev insan alverinə qarşı mübarizə üzrə Rusiya Federasiyasının Kalininqrad vilayətinin təcrübəsi ilə konfrans iştirakçılarını tanış edib. Çıxış və təqdimatlardan sonra ətraflı müzakirələr keçirilib. Konfransda Təhsil və Daxili İşlər nazirliklərinin əməkdaşları, QHT nümayəndələri, Milli idarəetmə komitəsinin üzvləri, layihənin koordinatoru və meneceri, layihə iştirakçıları olan Bakının 94, 149, 193, 158, 257, Xırdalan şəhər 3 və Sumqayıt şəhər 3 saylı məktəblərin rəhbərləri iştirak ediblər.

Aprelin 8-də Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin təşəbbüsü ilə 12 saylı Bakı Peşə Liseyində “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafi Üzrə Dövlət Proqramının (2007 - 2012- ci illər) ” tələblərinə uyğun olaraq texniki- peşə təhsilinin məzmununun təkmilləşdirilməsi üzrə seminar keçirilib.

Yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə təşkil olunan bu seminarda Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin əməkdaşları, texniki peşə təhsili müəssisələrinin rəhbərləri, istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri iştirak edib. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin direktoru Rəsul Əsgərov mövcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, qarşıda duran məsələlər haqqında məruzə ilə çıxış ediblər. Sonra seminar iştirakçıları peşə təhsilinin mövcud durumuna bir daha nəzər salaraq, faydalı məsələləri qəbul etməklə geniş müzakirələr aparıblar. Seminarda təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyacları nəzərə alınmaqla qiymətləndirilməli olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək də planlaşdırıldı.

Aprelin 7-də “Ekselsior” otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası” layihəsinin açılış mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan hökumətinə mövcud peşə təhsili və təlimi sistemində islahatlar aparılması işində dəstək göstərəcək bu layihənin məqsədi ölkəmizin qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi, texniki- peşə təhsili məzunları üçün iş imkanlarının artırılmasından ibarətdir. Mərasimi açan təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə texniki-peşə təhsili sahəsinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atıldığını qeyd edib. Dünyanın müxtəlif ölkələrinin qabaqcıl təcrübəsindən, təhsil sistemində peşə təhsili müəssisələrinin nüfuzundan söz açan nazir həyata keçirilmiş bir çox tədbirlər, eləcə də bu layihənin uğurlu icrasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin birinci katibi cənab Stiven Stork və “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye bu layihənin ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsində önəmli rolundan və müxtəlif sahələr üzrə əlaqələrin qurulmasında maraqlı olduqlarından bəhs ediblər. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov “Peşə təhsili və təlimin perspektivləri və Azərbaycanın təhsil sistemi sahəsində islahatlarla əlaqəsi” adlı məruzəsində son zamanlar peşə təhsili sahəsinə artırılan diqqət və qayğıdan, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Eyni zamanda “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası layihəsi” ilə bağlı görülmüş işlərdən danışıb. Mərasimdə layihənin rəhbəri Nils Kristensen “Peşə təhsili, təlimin müasirləşdirilməsi layihəsi, məqsədlər, layihənin icrası və gözlənilən nəticələr” mövzusunda məlumat verib, həmçinin bir sıra qurumların əməkdaşları qeyd olunan istiqamətdə çıxış edərək layihənin texniki-peşə təhsili sahəsinin inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı