• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbir keçirilib

Oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbir keçirilib.

 

Tədbirə evsahibliyi edən ADA Universitetinin prorektoru, deputat Fariz İsmayılzadə açılış nitqi ilə çıxış edərək tədbirin gündəliyindəki məsələlərin əhəmiyyətinə toxunub. Fariz İsmayılzadə universitetlərin iqlim dəyişiklikləri ilə bağlı xüsusi şəbəkəsinin formalaşdırılmasının zəruriliyini qeyd edib. 

 

Daha sonra COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək gənclərin COP29 çərçivəsində ən önəmli seqment olaraq təyin edildiyini və bu missiyada təhsilin rolunun önəmli olduğunu bildirib. Nazirin sözlərinə görə, gənclər fəaliyyət üçün ən güclü səslərdən biridir. Təhsilin gücləndirilməsi və potensialın yaradılması iqlimlə bağlı fəaliyyətin həyata keçirilməsində mühüm rol oynaya bilər. Azərbaycandakı ali təhsil müəssisələri arasında əməkdaşlığı və sinerjini gücləndirməklə milli tədqiqat icması yarada bilərik. 

 

Muxtar Babayev diqqətə çatdırıb ki, məktəbdən universitetə ​​qədər daha güclü iqlim təhsili sistemi yaratmaqla gənclərə ehtiyac duyduqları yaşıl bacarıqları əldə etməyə kömək edə bilərik. Bütün səviyyələrdə iqlim təhsilinə sərmayə qoymaqla, biz hazırkı və gələcək nəsillərin iqlim fəaliyyətinə sərmayə qoyuruq.

 

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ekoloji şüur və mədəniyyətin formalaşdırılması bütün təhsil pillələrində prioritet olmalıdır. Ekoloji mədəniyyət və dünyagörüşünü formalaşdırmaq üçün bütün təhsil pillələri, xüsusilə də məktəbəqədər təhsildə ciddi addımlar atılmalıdır. Nazir müavini bu prosesdə ali təhsilin rolunu xüsusi vurğulayıb. Firudin Qurbanov əlavə edib ki, burada ənənəvi texnologiyalarla yanaşı, müasir texnologiyaların imkanlarından da istifadə zəruridir. Buna görə də ali təhsildə ekoloji təhsilin trayektoriyasına yenidən baxılmalıdır. 

 

COP29 üzrə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyə Çempionu Nigar Arpadarai çıxışı zamanı COP29-un təşəbbüslərindən birinin İqlim Dəyişikliyi üzrə Azərbaycan Universitetləri arasında Şəbəkənin yaradılması olduğu barədə məlumat verib. Onun sözlərinə görə, enerji infrastrukturu, kənd təsərrüfatı artıq yeni kadrlar, bacarıqlar tələb edəcək. COP rəhbərliyi 14 təşəbbüslə çıxış edib. Onlardan biri də insan inkişafı ilə bağlıdır. Universitetlərin bu sahədə rolu çox mühümdür.

 

London İqlim Fəaliyyəti Həftəsinin səfiri Malini Mehra da öz növbəsində qeyd edib ki, təhsil norma və dəyərləri formalaşdırır. Ətraf mühitin mühafizəsi mədəniyyətin bir parçası olmalıdır. Belə bir mədəniyyəti formalaşdırmaq üçün universitetlər mühüm rola malikdir. 

 

Çıxışlardan sonra müxtəlif mövzularda panel sessiyalar və "dəyirmi masa"lar keçirilib.

 

 


03.10.2024 - 15:30