Nazirliyin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib
Dekabrın 21-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib.
Təlimdə peşə təhsil müəssisələri, həmçinin ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti iştirak edib.
Təlimin keçirilməsində məqsəd təhsil işçiləri və mütəxəssislərinin narkomaniyanın qarşısının alınması və ona qarşı mübarizə yolları haqqında məlumatlılığının artırılması, eləcə də maarifləndirmə işlərinin daha da gücləndirilməsi olub.
Təlimçilər Hüquq və İnsan Haqları İnstitutunun Hüquq və kadrlar şöbəsinin müdiri İsaməddin Xamoyev və eyniadlı qurumun Hüquqi təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı olub.
Təlim zamanı dünyada və ölkəmizdə narkomaniya ilə bağlı mövcud vəziyyət müzakirə edilib.
Qeyd edək ki, təlim “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019- 2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
