"2022-2028 Dövlət Proqramı" məzunları ilə şəbəkələşmə görüşü baş tutub
Dekabrın 19-da Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd 2024-cü il üzrə yeni məzunlar və işəgötürən qurumları bir araya gətirərək şəbəkələşmələrinin həyata keçirilməsi olub.
Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Dövlət Neft Fondunun nümayəndələri, 30-a yaxın nüfuzlu dövlət və özəl sektor qurumunun nümayəndələri, 150-dən çox Dövlət Proqramı məzunu iştirak edib.
Tədbirin rəsmi açılışı Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın salamlama nitqi ilə başlayıb.
Görüşdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Rövşən Cavadov çıxış edərək məzunları təbrik edib və gələcək karyera imkanlarında onlara uğurlar arzulayıblar.
Daha sonra tədbir məzun və işəgötürən qurumlar arasında şəbəkələşmə oyunu ilə davam edib.
Tədbir əyləncə proqramı ilə başa çatıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
