Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib
Dekabrın 20-də Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər təhsil müəssisələrində çalışan gənc tərbiyəçi-müəllimlərin iştirakı ilə Təhsil Forumu keçirilib.
Forumda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.
Agentliyin direktoru Eşqi Bağırov çıxışında məktəbəqədər təhsil sahəsində qarşıda duran əsas və nəticəyönümlü hədəflər barədə danışıb. Məktəbəqədər təhsilin əhatəliliyinin təmin olunması məqsədilə son illər həyata keçirilən yeni modellər və gələcək planlar barəsində məlumat verib.
Eşqi Bağırov müasir təhsil siyasəti və tələblərinə uyğun olaraq məktəbəqədər təhsil fəaliyyətinin formalaşdırmasında, dəyişən təhsil tələblərinə uyğun yeniliklərin tətbiq edilməsində tərbiyəçi-müəllimlərin rolunu xüsusi vurğulayıb.
Daha sonra forum Agentliyin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulovanın moderatorluğu ilə panel müzakirələrlə davam edib.
Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd məktəbəqədər təhsilin inkşafına töhfə vermək, gənc tərbiyəçi-müəllimlərin peşəkar inkişafını dəstəkləmək, onlar arasında şəbəkələşməni gücləndirmək və müsbət təcrübənin ötürülməsini təmin etməkdir.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
