"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib
Elm və Təhsil Nazirliyi (ETN) və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə elm və ali təhsil üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin təşkilinə dair "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli elm, ali və orta ixtisas təhsil müəssisələrində çalışan əməkdaşlar üçün təlimlərin əhəmiyyəti, eləcə də daxili kommunikasiyanın qurulması və böhran kommunikasiyasının düzgün təşkilinin önəmini vurğulayıb.
EATDA-nın direktoru Ülkər Səttarova elm və təhsil müəssisələrinin media ilə iş və ictimaiyyətlə əlaqələr sahəsində prioritet istiqamətləri barədə danışıb və iştirakçıların suallarını cavablandırıb.
Təlimdə ictimaiyyətlə əlaqələr üzrə ekspertlər Vəli Əlibəyov və Emin Hüseynzadə iştirakçılara daxili kommunikasiyanın təşkili, effektiv mesaj hazırlamaq, əks əlaqənin təşkili, eləcə də hədəf kütləsi üçün təsirli hekayənin hazırlanması mövzusunda məlumat veriblər.
Növbəti sessiyalarda media və kommunikasiya üzrə ekspert Vüqar Zifəroğlu KİV ilə münasibətlər, media üçün kontentin hazırlanması, media vasitəsilə xidməti məlumatların çatdırılması formaları, vizual kommunikasiyalar üzrə ekspert Fərid Rzazadə vizual elementlərin hekayəyə daxil edilməsi, rəqəmsal media üzrə ekspert Şəfəq Mehrəliyeva isə kommunikasiya planın hazırlanması mövzularında təlim keçiblər.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
