Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı təhsildə elektron tədris resurslarının tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Hər il təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Müasir məktəbdə elektron tədris resursları”, “Təhsildə İnternet texnologiyaları” və “Milli elektron tədris resurslarının yaradılması” istiqamətləri üzrə “Elektron Təhsil” Respublika müsabiqəsi keçirilsin.
2. “Elektron Təhsil” Respublika müsabiqəsi haqqında “Əsasnamə” (bundan sonra- Əsasnamə) və müsabiqənin Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (1, 2 saylı əlavələr).
3. Təşkilat Komitəsi müsabiqənin keçirilmə vaxtını, mərhələlərin müəyyən edilməsini və Əsasnamədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsin.
5. “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi ilə bağlı 2014-cü il üçün xərclər smetası təsdiq edilsin (3 saylı əlavə).
6. İnformasiya şöbəsi (E.Əliyev) müsabiqə ilə bağlı məlumatların “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini C. Bayramova həvalə edilsin.
Əsas: Nazir müavini C. Bayramovun 15 aprel 2014-cü il tarixli, 1638(t) nömrəli məktubu.
Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının təhsil naziri
25 avqust 2014-cü il
№ 916
Əlavələr: