2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlandı.
2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlandı. 22.05.2014-cü il, saat 09:00-dan etibarən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlanılmış və 08.08.2014-cü il, saat 23:59-dək davam edəcəkdir. Ötən illərdən fərqli olaraq, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün həyata keçiriləcək müsabiqəyə sənəd qəbulu “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 saylı Fərmanı”na uyğun olaraq və eyni zamanda Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı nəticəsində tam elektron qaydada həyata keçiriləcəkdir. Nəticədə, sənədlərin təqdim olunması məqsədilə Təhsil Nazirliyinə gəlməyə və sənədlərin poçt vasitəsilə göndərilməsinə ehtiyac qalmayacaqdır. Əvvəlcədən, 19.02.2014-cü il tarixində 2014-2015-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədrinin 11 nömrəli 10.02.2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı” və “prioritet ixtisas istiqamətləri” haqda ətraflı məlumat ictimaiyyətin diqqətinə çatdırılmışdır. Dövlət Proqramı çərçivəsində xaricdə təhsillə bağlı tez-tez verilən suallar, müsabiqənin şərtləri, tələb olunan sənədlər, elektron ərizə və digər məlumatlarla xaricdetehsil.edu.gov.az internet səhifəsindən tanış ola bilərsiniz. Elektron ərizənin doldurulması ilə bağlı təlimatı aşağıdakı keçiddən əldə etmək mümkündür: xaricdetehsil.edu.gov.az/uploads/telimat-erize.pdf Təhsil Nazirliyi bütün namizədlərə müvəffəqiyyətlər arzulayır!
08/07/2015 16:52
Müəllim peşə standartlarının hazirlanması
MÜƏLLİM PEŞƏ STANDARTLARININ HAZIRLANMASI MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi ümumtəhsil məktəblərinin müəllimləri üçün yeni peşə standartlarının hazırlanmasından ibarətdir. Yeni standartlar peşə fəaliyyətinin bütün mərhələlərində təcrübəli və yeni müəllimlərə tətbiq olunacaqdır. Xidmətlərin icra müddəti: sentyabr 2014 - fevral 2015 Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • əsas heyət haqqında məlumat; • nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: • Təhsil tədqiqatları sahəsində uğurlu təcrübə; • Müəllim peşə hazırlığı sahəsində təcrübə; • Ümumi orta təhsil kurikulumu üzrə layihələrdə təcrübə; • Təhsil sektorunda beynəlxalq donorlar tərəfindən maliyyələşən layihələrdə təcrübə. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 30 iyun 2014-cü il tarixinədəkaşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: (+99 412) 488 66 47/48 Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
Maraqların ifadəsi üçün dəvət
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ CREDIT No: 4595 AZ Tapşırığın adı: “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzi üçün peşə standartlarının və kurikulumların hazırlanması. Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitlərin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Tapşırığın məqsədi “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə dəstək verməkdir. Bu tapşırıq mexatronika, kimya və inşaat sahələrində 6 prioritet ixtisas profillərinin müəyyən edilməsi üçün peşə təliminin hazırlanması və tətbiqi üçün tərtib edilmişdir. Tapşırığın müddəti: 5 ay Tapşırığın icra olunacağı yer: “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzi, Sumqayıt şəhəri. Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq xidmətlərin göstərilməsi məqsədilə qeyd olunan tələblərə cavab verən məsləhətçi şirkətləri maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər öz maraq ifadələrini məsləhətçi xidmətlərin göstərilməsi üzrə ixtisas tələblərinə cavab verdikləri barədə ətraflı məlumatlarla (oxşar tapşırıqların təsviri, şəraitlərdə qazanılmış təcrübə və s.) birgə təqdim etməlidirlər. Məsləhətçi şirkətlə bağlı seçim meyarları: • Əmək bazarı ilə bağlı təcrübə; • Sənaye və bazar tələblərinə cavab verən, səriştə əsaslı peşə standartlarının hazırlanmasında təcrübəsi; • Peşə Təhsili Mərkəzləri üçün kurikulumların, təlimatların/dərsliklərin və təlim materiallarının hazırlanması və inkişaf etdirilməsi sahəsində təcrübə; • Oxşar tapşırıqların həyata keçirilməsində və müqayisə edilə bilən konteksdə layihələrin idarə olunmasında təcrübəyə malik olmalıdırlar. Xidmətlərə maraq göstərən şirkətlərin diqqəti Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”nın (May 2004, düzəliş edilib: Oktyabr 2006) Maraqların Ziddiyyəti üzrə Dünya Bankının siyasətini ifadə edən 1.9 paraqrafına yönəldilir. Məsləhətçi şirkət öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında əməkdaşlıq edə bilərlər. Məsləhətçi şirkət Dünya Bankının Məsləhətçilər üçün Təlimatın Məsləhətçinin Keyfiyyət Göstəricilərinə əsaslanan satınalma metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür. Maraqların İfadəsi sənədi yazılı şəkildə 15 avqust 2014-cü il tarixinə qədər aşağıdakı ünvana (şəxsən və/ya poçt və/ya faks və/ya e-mail vasitəsilə) təqdim edilməlidir: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Nobel prospekti, 15, 10-cu mərtəbə, 60-cı otaq Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: + 994 (12) 488 66 47/48; Fax: +994 (12) 488 66 49 Email: rustamov@edu.gov.az
08/07/2015 16:52
Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi
08/07/2015 16:52
Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərin VII, VIII və IX siniflərinə şagird qəbulu elan edilir.
Liseylərdə yüksək qabiliyyətli şagirdlərin təhsili üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq şərait yaradılacaqdır. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcəkdir. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar. Liseylərə qəbul imtahanları 15-16 avqust 2014-cü il tarixlərində iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələdə namizədlərin intellektual potensialını müəyyən etmək üçün psixoloji test təşkil olunacaq. İkinci mərhələdə VII sinif şagirdləri Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən liseylərin profilinə uyğun olaraq imtahan verəcəklər. Müsabiqədə iştirak etmək istəyənlər liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər. Sənəqlərin qəbulu hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 16:00-dək qeyd olunan liseylərdə aparılır. Müraciət üçün son tarix: 12 avqust 2014-cü il Ünvanlar: Fizika-riyaziyyat və informatika təmayüllü lisey: Yasamal rayonu, S.Dadaşov küçəsi, 555-vi məhəllə Əlaqə telefonu: (012) 510-76-28 Kimya-biologiya təmayüllü lisey: Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsi, Ş.Mirəziyev küç. 53 Əlaqə telefonu: (012) 323-77-95
08/07/2015 16:52
Qırğızıstan-Türkiyə Manas Universiteti tərəfindən 2014-2015-ci tədris ili üzrə Azərbaycan vətəndaşlarının qəbulu üçün 10 yer ayrılıb.
Abituriyentlər 2014-cü ilin avqust ayının sonuna qədər qeyd edilən universitetin Türkdilli və Avrasiya ölkələri vətəndaşlarının qəbulu üzrə komissiyasında müsahibədən keçməlidirlər. Namizədlər orta və ya ali təhsil müəssisəsinin bitirilməsini təsdiq edən attestatın və ya diplomun əslini, ümumvətəndaş pasportunu və sağlamlıq haqqında arayışı komissiyaya təqdim etməlidirlər. Orta məktəbi və ya liseyi yüksək qiymətlərlə bitirən abituriyentlərə üstünlük veriləcəkdir. Qırğızıstan-Türkiyə Manas Universiteti tərəfindən kvota çərçivəsində təklif olunan ixtisaslar barədə və digər məlumatları bu universitetin www.manas.edu.kg saytından və ya +996(312)541942-47 nömrəli telefonlarla əldə etmək olar. Universitetin elektron poçt ünvanı: manas@manas.edu.kg
08/07/2015 16:52
Məktəb icmaları ilə işin təşkili üzrə milli məsləhətçi
Tapşırığın adı: Məktəb icmaları ilə işin təşkili üzrə milli məsləhətçi İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) İcra müddəti: oktyabr 2014 – mart 2016 Məkan: Təhsil Nazirliyi, Bakı şəhəri Tapşırıq və vəzifələr: • Valideynlərin və icmanın məktəb həyatında iştirakının yaratdığı vəziyyətə, problemlərə və imkanlara dair hesabatın hazırlanması; • Məktəb icmaları ilə məsləhətləşmələrin təşkili; • Dövlət agentliklərinin, yerli hakimiyyət orqanlarının, məktəb və birliklərin rol və öhdəliklərinin ətraflı təsviri ilə təhsil xidmətlərinin göstərilməsi üzrə mövcud hüquqi baza və institusional tədbirlərin nəzərdən keçirilməsi; • Təhsil sahəsində icmanın iştirakının cari vəziyyətinin təhlil edilməsi; • Valideynlərin və icmanın iştirakını əhatə edəcək siyasət sənədinin və əhatəli təlimatların işlənib hazırlanması; • Tapşırıq ilə bağlı digər vəzifələrin Təhsil Nazirliyinin tələb etdiyi qaydada yerinə yetirilməsi. İxtisas tələbləri: • Təhsil, idarəetmə və ya digər müvafiq sahədə ali təhsil; • Təhsil, xüsusilə təhsilin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi; • İdarəetmə və təşkilati sahədə təcrübə; • Azərbaycan və ingilis dillərində yüksək bilik; • Kompüter proqramları ilə yüksək işləmə bacarığı; Müraciət forması: Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər. Son təqdim edilmə tarixi: 27 avqust 2014-cü il, 18:00 Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az
08/07/2015 16:52
Layihənin nailiyyət indikatorlari üzrə tədqiqat
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ Azərbaycan HökumətiTəhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi: TSİİL daxilində icra olunan işlər və layihənin nəticələrinin əldə olunması istiqamətində nail olunan irəliləyişin qiymətləndirilməsi məqsədi ilə tədqiqatın həyata keçirilməsi nəzərdə tutulur. Xidmətlərin icra müddəti: dekabr 2014-cü il– dekabr 2015-ci il Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: · müraciət məktubu; · yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; · əsas heyət haqqında məlumat; · nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: · Sorğuların hazırlanması və əhali arasında sorğuların keçirilməsi sahəsində təcrübə; · Təhsil sektorunda tədqiqatlar/araşdırmalar üzrə təcrübə; · Beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələr ilə iş təcrübəsi. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 05 sentyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49. Email: rustamov@edu.gov.az Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust 2014-cü il tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcəkdir.
Müəllimlərin nəzərinə! 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust 2014-cü il tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcəkdir. Namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaqdır. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcəkdir. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 (“İçərişəhər” metrosunun yaxınlığı)) müsahibə keçiriləcəkdir.
08/07/2015 16:52
Filter
Xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflıİyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı