Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Maraqların ifadəsi üçün dəvət
AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ
CREDIT No: 4595 AZ
Tapşırığın adı: “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzi üçün peşə standartlarının və kurikulumların hazırlanması.
Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitlərin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
Tapşırığın məqsədi “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə dəstək verməkdir. Bu tapşırıq mexatronika, kimya və inşaat sahələrində 6 prioritet ixtisas profillərinin müəyyən edilməsi üçün peşə təliminin hazırlanması və tətbiqi üçün tərtib edilmişdir.
Tapşırığın müddəti: 5 ay
Tapşırığın icra olunacağı yer: “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzi, Sumqayıt şəhəri.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq xidmətlərin göstərilməsi məqsədilə qeyd olunan tələblərə cavab verən məsləhətçi şirkətləri maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər öz maraq ifadələrini məsləhətçi xidmətlərin göstərilməsi üzrə ixtisas tələblərinə cavab verdikləri barədə ətraflı məlumatlarla (oxşar tapşırıqların təsviri, şəraitlərdə qazanılmış təcrübə və s.) birgə təqdim etməlidirlər.
Məsləhətçi şirkətlə bağlı seçim meyarları:
• Əmək bazarı ilə bağlı təcrübə;
• Sənaye və bazar tələblərinə cavab verən, səriştə əsaslı peşə standartlarının hazırlanmasında təcrübəsi;
• Peşə Təhsili Mərkəzləri üçün kurikulumların, təlimatların/dərsliklərin və təlim materiallarının hazırlanması və inkişaf etdirilməsi sahəsində təcrübə;
• Oxşar tapşırıqların həyata keçirilməsində və müqayisə edilə bilən konteksdə layihələrin idarə olunmasında təcrübəyə malik olmalıdırlar.
Xidmətlərə maraq göstərən şirkətlərin diqqəti Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”nın (May 2004, düzəliş edilib: Oktyabr 2006) Maraqların Ziddiyyəti üzrə Dünya Bankının siyasətini ifadə edən 1.9 paraqrafına yönəldilir.
Məsləhətçi şirkət öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında əməkdaşlıq edə bilərlər.
Məsləhətçi şirkət Dünya Bankının Məsləhətçilər üçün Təlimatın Məsləhətçinin Keyfiyyət Göstəricilərinə əsaslanan satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür.
Maraqların İfadəsi sənədi yazılı şəkildə 15 avqust 2014-cü il tarixinə qədər aşağıdakı ünvana (şəxsən və/ya poçt və/ya faks və/ya e-mail vasitəsilə) təqdim edilməlidir:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Nobel prospekti, 15, 10-cu mərtəbə, 60-cı otaq
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: + 994 (12) 488 66 47/48; Fax: +994 (12) 488 66 49
Email: rustamov@edu.gov.az
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
