Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Milli qiymətləndirmə tədqiqati MQT-2014 üçün sahə fəaliyyətinin həyata keçirilməsi

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)   Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafıüzrəİkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Milli Qiymətləndirmə Tədqiqatı-2014 çərçivəsində Azərbaycan Respublikasının seçilmiş məktəblərində 4-cü və 6-cı sinif şagirdləri arasında əsas məlumatların toplanması üçün sahə fəaliyyətinin idarəolunması və toplanmış məlumatların elektron bazaya daxil edilməsi   Xidmətlərin icra müddəti: mart-dekabr 2014-cü il   Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; əsas heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:   Məsləhətçi təşkilat təhsil və/və ya sosial sahələrdə sorğuların keçirilməsində geniş təcrübəyə malik olmalıdır; Məsləhətçi təşkilat yerlərdə aparılacaq işləri və texniki məlumatların bazaya daxil edilməsi prosedurlarını həyata keçirmək üçün təcrübəyə malik olmalıdır; Məsləhətçi təşkilat zəruri ixtisaslı və təcrübəli əsas heyətə və digər resurslara malik olmalıdır; Təhsil sahəsində təcrübəsi olan təşkilat üstün dəyərləndiriləcək.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının“Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılışəkildə 03 mart 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+99 412) 496-37-59/60; faks: (+99 412) 496-93-68. Email: y.manafova@edu.gov.az     Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.

Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ Universitetlərində bir semestrlik ÖDƏNİŞSİZ təhsil almaq imkanı – Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD) ərizə qəbulu başlayıb.

Əziz tələbələr,   Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ Universitetlərində bir semestrlik ÖDƏNİŞSİZ təhsil almaq imkanı – Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD) ərizə qəbulu başlayıb. Proqram üçün son ərizə qəbulu tarixi 28 fevral, saat 17:00-a kimidir.   Proqram IREX təşkilatı tərəfindən həyata keçirilir, ABŞ Dövlət Departamenti tərəfindən maliyələşdirilir və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.   Bütün iştirakçılar:   1) Bir akademik semestr ərzində dərslərdə iştirak edəcəklər 2) Ən azı 20 saat vaxtlarını yaşadıqları şəhərin icma işlərinə sərf efəcəklər 3) Təcrübə keçəcəklər   Proqramla bağlı aşağıda qeyd olunan bütün xərclər ödənilir:   Vizanın alınması (J1) Yaşadığınız şəhərdən ABŞ-da təhsil alacağınız universitetə və geriyə yol xərcləri Tibbi və bədbəxt hadisələrdən sığorta Aylıq təqaüd və təhsil xərcləri Gözlənilməz kiçik xərclər ABŞ-da yaşayış Dərs ədəbiyyatının alınması üçün məhdud vəsait Məzunlar arasında əməkdaşlıq və treninq təşkil etmə imkanları   Proqram haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən (ingilis dilində) əldə edə bilərsiniz.   Əlavə suallarınız varsa, education-az@irex.org ünvanina yaza bilərsiniz və ya 4973902/03 nömrələrinə zəng vura bilərsiniz.     FB: https://www.facebook.com/IREXAzerbaijan  http://irex.az/now-accepting-applications-for-global-ugrad-program-2014/

Xaricdə təhsil almış məzunların 3-cü Təhsil Forumu

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə”nin 2.5-ci maddəsinə uyğun olaraq 3 mart 2014-cü il tarixindən 18 mart 2014-cü il tarixinədək Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün aşağıdakı sahələr üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik  mütəxəssislərin ərizələrini elektron formada (z.rzayeva@edu.gov.az) qəbul edir

 Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə”nin 2.5-ci maddəsinə uyğun olaraq 3 mart 2014-cü il tarixindən 18 mart 2014-cü il tarixinədək Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün aşağıdakı sahələr üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik (bu tələb 7, 8 və 9-cu bəndlərdə göstərilən şəxslərə aid deyil) mütəxəssislərin ərizələrini elektron formada (z.rzayeva@edu.gov.az) qəbul edir (ərizə forması əlavə olunur): 1. tədris dilləri; 2. ədəbiyyat; 3. riyaziyyat-informatika; 4. təbiət fənləri; 5. ictimai-sosial fənlər; 6. ibtidai təhsil; 7. təhsilin məzmunu – kurikulum; 8. yaş psixologiyası və fiziologiya; 9. dərslik nəşri və dizayn.       Əlaqə telefonu: 496-34-97 Azərbaycan Respublikası Təhsil Nazirliyi     Ərizə forması   

Azərbaycan Respublikası və Çin Xalq Respublikası Təhsil nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişi əsasında Çin hökuməti 2014-2015-ci tədris ili üzrə Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.

  Çin Xalq Respublikasında Təhsil (elan) Tez-tez verilən suallar Anket  

Azərbaycan Respublikasının Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir:

Azərbaycan Respublikası Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 11-18 may 2014-cü il tarixlərində Moskva şəhərində keçiriləcək kimya fənni üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə orta ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdlərinin seçim mərhələsini elan edir.

 SEÇİM MƏRHƏLƏSİNDƏ QEYDİYYAT QAYDALARI   Saytda yerləşdirilmiş “Qeydiyyat forması”nı kompüterinizdə saxlayaraq (Save as) çap edin, tam doldurun və imzalayın. Sizinlə əlaqə formasına DİQQƏT  yetirin. Qeydiyyat forması təşkilat komitəsinə aşağıda göstərilən qaydalardan biri ilə çatdırıla bilər:   A)     Elektron poçt vasitəsilə (scan olunmuş formada): olymp@msu.az B)      Təşkilat komitəsinin aşağıda göstərilən ünvanına şəxsən təqdim etməklə:    AZ 1143, Bakı şəhəri, B.Vahabzadə küç. 14 (Elmlər Akademiyası metro stansiyasının yaxınlığında).   M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı. İş günləri saat 09:00-dan 18:00-dək . Son qeydiyyat tarixi: 11 aprel 2014-cü il.    Tel: (012) 598-93-20     Seçim turu yazılı formada azərbaycan və rus dillərində aparılacaq və 12 aprel 2014-cü il saat 10-00-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yuxarıda göstərilən ünvanında keçiriləcəkdir.   Qeydiyyat forması

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı olaraq Proqram təqaüdçülərinin illik qeydiyyat formasında dəyişiklik edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan keçməlidir. Qeydiyyatla bağlı tələb olunan sənədlər və s. barədə aşağıdakı linkdən tanış ola bilərsiz: http://xaricdetehsil.edu.gov.az/c-dptelebesi/qeydiyyat/ "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcəkdir.   İllik qeydiyyat forması

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunda aparıcı məsləhətçi vakant dövlət qulluğu vəzifənin tutulması ilə bağlı müsahibə elan edir.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək etmək üçün aşağıda sənədlər təqdim edilməlidir: • ərizənin surəti • əmək kitabçasının surəti • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədinin müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə) • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) • bir ədəd ağ trəngli foto şəkil • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 5 may 2014-cü il tarixindən 19 may 2014-cü il tarixi saat 18:00-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edə bilər. Telefonlar: 496-34-00 (dax: 2-28)   Tabe təşkilat: Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sturuktur bölmə: İnsan resursları sektoru Vakant vəzifə: aparıcı məsləhətçi Vəzifənin kodu: 1090092 İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 17 Qulluq funksiyaları: • kadr məsələləri ilə bağlı hesabatların tərtib olunması; • kadr məsələlərinə dair təlimatı və normativ hüquqi sənədlərin icrasına nəzarət; • təhsil müəssisələrində kadra olan tələbatın düzgün müəyyənləşdirilməsi və sifariş edilməsi; • nomenklatura üzrə kadrların şəxsi işlərinin tərtibi, onların aparılması, arxivə verilməsi işinin təşkili; • kadr məsələləri ilə bağlı direktiv orqanlardan daxil olan sənədlərin icrası; • kadrların say və keyfiyyət tərkibini, onların inkişaf və hərəkətini əks etdirən məlumat bazasının tərtibi və aparılması, hərbi mükəlləfiyyətlilərin və çağırışçıların hərbi qeydiyyatının aparılması; • pedaqoji işçilərin ixtisasartırma təhsilinə olan ehtiyacının müəyyənləşdirilməsi və müvafiq ixtisasartırma təhsil müəssisələrinə sifarişlərin verilməsi; • təhsil müəssisələri üzrə təhlillərin aparılması, ümumiləşdirilməsi və müvafiq təkliflərin hazırlanması, tabel uçotu, məzuniyyət qrafikinin tərtibi və icrası; • dövlət qulluqçularının xidməti qiymətləndirilməsi üzrə işlərin həyata keçirilməsi və müvafiq təkliflərin hazırlanması və s.   Vəzifənin tutulması şərtləri: təhsil: maarif, filologiya, tarix, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya ixtisas istiqamətləri, təhsilin təşkili və idarə olunması, informatika ixtisasları üzrə ali təhsil; kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə)

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə elan olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 11 nömrəli, 10.02.2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “prioritet ixtisas istiqamətləri”nə uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə elan olunur. Müsabiqənin şərtləri, tələb olunan sənədlər və digər məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz. http://xaricdetehsil.edu.gov.az/uploads/elan2014.pdf  

27/07/2026

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
25/07/2026

✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
24/07/2026

İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı