Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 11-18 may 2014-cü il tarixlərində Moskva şəhərində keçiriləcək kimya fənni üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə orta ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdlərinin seçim mərhələsini elan edir.
SEÇİM MƏRHƏLƏSİNDƏ QEYDİYYAT QAYDALARI
Saytda yerləşdirilmiş “Qeydiyyat forması”nı kompüterinizdə saxlayaraq (Save as) çap edin, tam doldurun və imzalayın. Sizinlə əlaqə formasına DİQQƏT yetirin.
Qeydiyyat forması təşkilat komitəsinə aşağıda göstərilən qaydalardan biri ilə çatdırıla bilər:
A) Elektron poçt vasitəsilə (scan olunmuş formada):
B) Təşkilat komitəsinin aşağıda göstərilən ünvanına şəxsən təqdim etməklə:
AZ 1143, Bakı şəhəri, B.Vahabzadə küç. 14 (Elmlər Akademiyası metro stansiyasının yaxınlığında).
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı.
İş günləri saat 09:00-dan 18:00-dək .
Son qeydiyyat tarixi: 11 aprel 2014-cü il.
Tel: (012) 598-93-20
Seçim turu yazılı formada azərbaycan və rus dillərində aparılacaq və 12 aprel 2014-cü il saat 10-00-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yuxarıda göstərilən ünvanında keçiriləcəkdir.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
