Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Həyat bilgisi fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Təsviri incəsənət fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Texnologiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

“Ümumi Təhsildə Kurikulum İslahatı və Onun İdarə Olunması” mövzusunda təhsil rəhbərləri üçün təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

Maraqların ifadəsi üçün dəvət (məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə üzrə təlim   Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Təlim kursu təhsil sisteminin keyfiyyətini yüksəltmək və şagirdin təliminin səviyyəsini artırmaq məqsədilə müxtəlif qiymətləndirmə növlərindən (beynəlxalq və geniş miqyaslı qiymətləndirmə, imtahan və sinifdaxili qiymətləndirmə) əldə edilmiş məlumatın daha səmərəli istifadə edilmə üsulları haqqında məlumat verəcəkdir. Təlim kursunun əsas məqsədi təhsil peşəkarlarının qiymətləndirmə nəticələrindən səmərəli üsullarla istifadə etmək bacarıqlarının gücləndirilməsinə kömək etməkdir ki, bu da nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verəcəkdir. Xidmətlərin icra müddəti: dekabr 2012-ci il - sentyabr 2013-cü il Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Müvafiq sahədə təlim və seminarların keçirilməsi üzrə geniş təcrübə; Qiymətləndirmə və monitorinq tədqiqatları sahəsində layihələrin həyata keçirilməsində təcrübə; Azərbaycan dilində, xüsusilə Azərbaycanın regionlarında təlimlərin keçirilməsi üzrə təcrübə; Əsas heyətin qiymətləndirmə və monitorinq sahəsində geniş təcrübəsi.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 2012-ci il, noyabrın 23-nədək aşağıdakı ünvana təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Maraqların ifadəsi üçün dəvət (məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

Məktəb kitabxanaçıları üçün təlim və mentorluq   Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Təlim proqramının məqsədi bütün lazımi bacarıqlardan, İKT və internet resurslarından istifadə etməklə kitabxanaçıların məktəb kitabxanasının istifadəçilərinə mükəmməl xidmətlər göstərməyinə kömək etmək və ixtisaslı kitabxanaçıların hazırlanmasıdır. Mentorluq fəaliyyətinin əsas məqsədi təlimdən keçmiş kitabxanaçıların növbəti tədris ili ərzində kitabxanalardakı vəzifə öhdəliklərinin səmərəliliyini təmin etmək və təlim zamanı kitabxanaçıların təlimi nəticəsində əldə edilən yeni bilik və bacarıqları tətbiq etməkdir. Xidmətlərin icra müddəti: dekabr 2012-ci il - dekabr 2013-cü il Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Müvafiq sahədə təlim və seminarların keçirilməsi üzrə geniş təcrübə; Əsas heyətin təhsil sahəsində geniş təcrübəsi; Məktəb kitabxanaları ilə bağlı layihələrin həyata keçirilməsində təcrübə; Azərbaycan dilində, xüsusilə Azərbaycanın regionlarında təlimlərin keçirilməsi üzrə təcrübə.     Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.  Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 2012-ci il, noyabrın 23-nədək aşağıdakı ünvana təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və fəaliyyətinə icazə verilmiş digər əlavə təhsil müəssisələrinin rəhbərlərinə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsili modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməlidir. İxtisasartırma təhsilində yeni modelə keçidi təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən “İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə” 18 aprel 2012-ci il tarixli, 597 nömrəli əmr verilmişdir. Həmin əmrlə ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi ilə bağlı işlərin yerinə yetirilməsi üçün müvafiq komissiya yaradılmışdır. İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimata əlavədə (Əlavə 1) proqramların qiymətləndirməyə təqdim edilməsi üçün formalar və onların doldurulmasına dair göstərişlər qeyd olunmuşdur. Əlavə təhsil müəssisələri məktəbəqədər, ümumi, ilk peşə ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün hazırladıqları ixtisasartırma təhsili proqramlarını qiymətləndirmədən keçirmək üçün cari ilin dekabr ayının   29-dək Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edə bilərlər.        Ünvan: Bakı şəhəri, Xətai prospekti 49 Əlaqə telefonları: 496-16-55; 489-99-83; 496-34-93

Rusiya Federasiyası Aviasiya Sənayesi İşçilərinin Klubu, Aviasiya və Təyyarəçilik Elmlər Akademiyası tərəfindən Rusiya Federasiyası Maşınqayırma İşçiləri İttifaqının dəstəyi ilə Aviasiya və təyyarəçilik tarixi üzrə X Beynəlxalq Olimpiada keçirilir.

Olimpiadanın I turu internet şəbəkəsində onlayn rejimində keçirilir. Olimpiadada 12 yaşdan 18 yaşa qədər rus dilində danışmağı bacaran qız və oğlanlar iştirak edə bilərlər. Bunun üçün heç bir sənəd və icazə tələb olunmur. Bu turun qalibləri II turda iştirak etmək üçün xüsusi dəvət alacaqlar. II tur Moskva şəhərində keçiriləcək. Olimpiada haqqında ətraflı məlumat almaq üçün olymp.as-club.ru saytına və ya +(495)685-19-30 telefonuna müraciət etmək olar.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) bakalavr və ya bakalavrdan sonrakı dərəcəyə malik universitet əməkdaşları üçün Koreyanın Ajou Universitetində Beynəlxalq Ticarət və Beynəlxalq Biznes təqaüd proqramını təklif edir:

Proqram 12 fevral 2013-cü ildən 4 iyul 2014-cü ilədək 16 aylıq müddəti əhatə edir. Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: namizəd ən azı bakalavr dərəcəsinə malik dövlət rəsmisi, həmçinin dövlət sektorunda çalışan olmalı və ya müvafiq nazirlik tərəfindən tövsiyə olunmuş QHT nümayəndələri olmalı (həmçinin, ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edə bilərlər); ingilis dilini yüksək səviyyədə bilməli; Azərbaycan Respublikasının vətəndaşı olmalı; tibbi cəhətdən sağlam olmalı; namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş təqaüd proqramlarında iştirak etməməlidir.   Təqaüd proqramında iştirakla bağlı bütün xərclər KOICA tərəfindən maliyyələşdiriləcəkdir. Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Aqil Vəliyev, tel: 496-34-14) Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər ərizə formasını və digər lazımi sənədləri 16 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər. QEYD: müraciət edən namizədlər, həmçinin çalışdığı qurumun müvafiq tövsiyə məktubunu da Təhsil Nazirliyinə təqdim etməlidirlər.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) bakalavr və ya bakalavrdan sonrakı dərəcəyə malik universitet əməkdaşları üçün Koreyanın Evha Voman Universitetində Beynəlxalq Tədqiqatlar (Qadınlar və İnkişaf) təqaüd proqramını təklif edir:

Proqram 4 fevral 2013-cü ildən 15 iyul 2014-cü ilədək 16 aylıq müddəti əhatə edir. Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: namizəd ən azı bakalavr dərəcəsinə malik dövlət rəsmisi və ya dövlət sektorunda çalışan olmalı və ya müvafiq nazirlik tərəfindən tövsiyə olunmuş QHT nümayəndələri olmalı (həmçinin, ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edə bilər); ingilis dilini yüksək səviyyədə bilməli; Azərbaycan Respublikasının vətəndaşı olmalı; tibbi cəhətdən sağlam olmalı; namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş təqaüd proqramlarında iştirak etməməlidir.   Təqaüd proqramında iştirakla bağlı bütün xərclər KOICA tərəfindən maliyyələşdiriləcəkdir. Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Aqil Vəliyev, tel: 496 34 14 ) Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər ərizə formasını və digər lazımi sənədləri 16 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər. QEYD: müraciət edən namizədlər, həmçinin çalışdığı qurumun müvafiq tövsiyə məktubunu da Təhsil Nazirliyinə təqdim etməlidirlər.  

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı