Azərbaycan Respublikasının Təhsil Nazirliyi Sumqayıt Şəhər Təhsil Şöbəsində aparıcı məsləhətçi dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir:
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər. Musahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir. - ərizə (2 nömrəli əlavə) - ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə ) Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 11 may 2012- cil il tarixdən 25 may 2012-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə istirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edilə bilər. Telefonlar: 496-34-00 (2-28) Sumqayıt Şəhər Təhsil Şöbəsi, aparıcı məsləhətçi vakansiya sayı: 1 vəzifə kodu: 1090401 İş yerinin ünvanı: Sumqayıt şəhəri, Sülh küçəsi, 3 İnzibatı vəzifənin təsnifatı: 9-cu təsnifat Vəzifə maaşı: 182 manat Qulluq funksiyaları: Təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və təkliflərin hazırlanması; Müəyyənləşdirilmiş formalar üzrə stastik hesabatların qəbulu, ümumiləşdirilməsi və yuxarı orqanlara təqdim olunması; Ümumi təhsilin təşkili və idarəolunmasının təkminləşdilirməsi istiqamətində təhlilləri aparılması və təkliflərin veilməsi; Ümumi təhsil müəssisələri şəbəkəsinin təhlili və onların optimallaşdırılması üzrə təkliflərin hazırlanması; Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himyəsindən məhrum uşaqların təhsili və sosial müdafiəsi sahəsində işin təşkili ilə bağlı məlumatların toplanması, ümumiləşdirilməsi və təkliflərin hazırlanması; Ümumi təhsil sistemində yeni kurrikulumların tətbiqi üzrə işin təşkili; təhsil müəssisələrini pedaqoji kadrlara olan tələbatının düzgün müəyyənləşdirilməsi və vaxtında sifarişlərin verilməsinin təmin edilməsi; xüsusi istedada malik uşaqların aşkara çıxarılması və onlarla işin aparılmasında iştirak və s. Vəzifənin tutulması şərtləri: təhsil: təhsilin təşkili və idarəolunması ixtisası, maarif, filologiya ixtisas istiqamətləri üzrə ali təhsil; kompüter MS WINDOWS MS OFFİCE İNTERNET və s. (orta, yüksək səviyyədə) ; xarici dil, rus dili (orta- yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)
08/07/2015 16:52
Beş Azərbaycanlı tələbə üçün Almaniya Bundestaqında Beynəlxalq Təqaüd Proqramı elan edilmişdir.
Dünyanın 28 ölkəsini təmsil edən gənclərə Almaniyanın parlament sistemini nəzəri və praktiki cəhətdən öyrənmək imkanını verən bu proqramın növbəti tədbirinin keçirilməsi 2013-cü il 1 mart -31 iyul tarixlərində və alman dilini mükəmməl bilən, ali təhsilə malik olan beş nəfər gəncə Azərbaycan vətəndaşının iştirakı ilə nəzərdə tutulub. Yarım il ərzində Bundestaqda təcrübə keçəcək və Berlin universitetlərinin birində təhsil alacaq namizədlərin yaş həddi təqaüd başlayan zaman 30 yaşa qədər olmalıdır. Proqramda iştirak üçün sənədlər 30 iyun 2012-ci il tarixinədək Almaniya Səfirliyinə təqdim edilməlidir. Müraciət üçün sənədlər və təqaüdlə bağlı ətraflı məlumat Almaniya səfirliyindən və www.bundestag.de/ips internet səhifəsindən əldə edilə bilər.
08/07/2015 16:52
Malayziyanın Kuala Lumpur Universitet İslam Əməkdaşlığı Təşkilatı üzv Dövlətlərindən olan tələbələr üçün 10 təqaüd (5 magistr, 5 aspirant) ayırmışdır.
Sözügedən təqaüdlər İƏT Baş Katibliyinin “Təhsil Mübadiləsi Proqramı”: Müsəlman aləmində Elm vasitəsilə Həmrəylik adı altında təqdim edilmişdir. Proqram barədə ətraflı məlumat aşağıdakı internet səhifələrində yerləşdirilmişdir: www.oic-oci.org www.unikl.edu.my Qeyd olunmuş təqaüd proqramında iştirak etmək istəyən namizədlər barədə məlumatlar, 31 iyul tarixinədək İƏT Baş Katibliyi və Kuala Lumpur Universitetinin məktubda əlavə olunmuş ünvanlarına eyni anda birbaşa göndərilməlidir.
08/07/2015 16:52
Filter
Xəbərlər
-
Həsən Həsənli Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri ilə görüşüb
24.09.2026 - 18:40 -
Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
24.09.2026 - 15:11 -
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı