Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və fəaliyyətinə icazə verilmiş digər əlavə təhsil müəssisələrinin rəhbərlərinə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsili modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməlidir. İxtisasartırma təhsilində yeni modelə keçidi təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən “İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə” 18 aprel 2012-ci il tarixli, 597 nömrəli əmr verilmişdir. Həmin əmrlə ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi ilə bağlı işlərin yerinə yetirilməsi üçün müvafiq komissiya yaradılmışdır.
İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimata əlavədə (Əlavə 1) proqramların qiymətləndirməyə təqdim edilməsi üçün formalar və onların doldurulmasına dair göstərişlər qeyd olunmuşdur. Əlavə təhsil müəssisələri məktəbəqədər, ümumi, ilk peşə ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün hazırladıqları ixtisasartırma təhsili proqramlarını qiymətləndirmədən keçirmək üçün cari ilin dekabr ayının 29-dək Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edə bilərlər.
Ünvan: Bakı şəhəri, Xətai prospekti 49
Əlaqə telefonları: 496-16-55; 489-99-83; 496-34-93
10 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
