Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

QİYMƏTLƏNDİRMƏ STANDARTLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ FƏNLƏR ÜZRƏ MÜƏLLİMLƏR ÜÇÜN TƏLİMATLARIN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   QİYMƏTLƏNDİRMƏ STANDARTLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ FƏNLƏR ÜZRƏ MÜƏLLİMLƏR ÜÇÜN TƏLİMATLARIN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bütün növ qiymətləndirmə tədqiqatlarına dəstək olmaq, 5-9–cu siniflər üçün fənlər üzrə kurikulumların tərkib hissəsi kimi qiymətləndirmə standartlarının təkmilləşdirilməsi, bu standartlardan müəllimlərin Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə  və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”na uyğun olaraq praktik istifadəsini asanlaşdırmaq məqsədilə müəllimlər üçün təlimatların hazırlanması, onları zəruri göstəriş və qiymətləndirmə vasitələri nümunələri ilə təmin etməkdir.   Təhsil Nazirliyi bu layihə çərçivəsində aşağıdakı fənlər üzrə məsləhətçiləri müsabiqədə iştirak etməyə dəvət edir:   1 Azərbaycan dili 12 Kimya 2 İngilis dili 13 Coğrafiya 3 Rus dili 14 Azərbaycan tarixi və ümumi tarix 4 Alman dili 15 Fizika 5 Fransız dili 16 Həyat bilgisi 6 Ərəb dili 17 İnformatika 7 Fars dili 18 Musiqi 8 Ədəbiyyat 19 Fiziki tərbiyə 9 Ədəbiyyat rus bölməsi üçün 20 Texnologiya 10 Riyaziyyat 21 Təsviri incəsənət 11 Biologiya 22 Gənclərin çağırışaqədərki hazırlığı   Namizədlər üçün ixtisas tələbləri: Ali pedaqoji təhsili və kurikulumun hazırlanmasında və ya təhsil alanların qiymətləndirilməsində təcrübəsi; Qiymətləndirmə standartlarının hazırlanması sahəsində iş təcrübəsi; Azərbaycan dilini mükəmməl bilməsi; Kompüterdən istifadə bacarıqları; Kurikulum layihələrində iştirak edənlərə üstünlük veriləcəkdir.   İcra müddəti: 2011-ci il ərzində 10 ay   Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir.   Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və ya çap variantını Azərbaycan dilində 2011-ci il fevralın 14-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net

ENERJİ VƏ EKOLOGİYA SEKTORLARI ÜZRƏ TƏLİM KOORDİNATORUNUN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   ENERJİ VƏ EKOLOGİYA SEKTORLARI ÜZRƏ TƏLİM KOORDİNATORUNUN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ     Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Enerji və Ekologiya sektorları üzrə təlim koordinatoru”nun maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Tapşırığın məqsədi: Təlim koordinatoru Təhsil Nazirliyində layihə çərçivəsində enerji və ekologiya sektorlarına aid təlim tədbirlərinin gündəlik icrası üçün cavabdeh olacaqdır.   Namizədlər üçün ixtisas tələbləri: Bakalavr dərəcəsi; Təlim sahəsində 3 illik müvafiq peşəkar iş təcrübəsi;  Azərbaycanda enerji və ekologiya sektorlarında iş təcrübəsi üstünlük hesab edilir. Beynəlxalq Maliyyə Qurumları layihələrinin icrası ilə tanışlıq üstünlük hesab edilir. Azərbaycan və ingilis dillərini sərbəst bilməsi.   İcra müddəti: 2011-2013   Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir.   Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və ya çap variantını Azərbaycan və ya ingilis dillərində 2011-ci il fevralın 15-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:     Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60 Email: smasimova@ultel.net

TƏRCÜMƏ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   TƏRCÜMƏ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Tərcümə xidmətləri”nin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Xidmətin məqsədi: Keyfiyyətli, dəqiq və vaxtında olan yazılı və şifahi tərcümə xidmətləri göstərməklə layihə çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etməkdir.   Təchizatçı üçün ixtisas tələbləri: Tərcümə xidmətlərinin göstərilməsi sahəsində uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Tərcüməçi heyəti ən azı 5 illik təcrübəyə malik olmalıdır. Xarici şirkətlərlə təcrübəyə malik olan şirkətlərə üstünlük verilir.   İcra müddəti: fevral - dekabr 2011-ci il   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan xidmətlərin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il fevralın 15-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60 Email: erustamov@ultel.net

RİSKLƏRİN İDARƏOLUNMASI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

  DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   RİSKLƏRİN İDARƏOLUNMASI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Risklərin idarəolunması üzrə təlim”in maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Təlimin məqsədi: Təlim kursu layihə risklərinin müəyyən edilməsi və idarəolunmasında cəlb olunan əməli addımları və bacarıqları tədris edəcək. Bu kurs mühüm və hələ az tətbiq olunan layihənin idarə edilməsi elementlərini göstərəcəkdir. Təlim, iştirakçılara əsas layihə risklərinin idarə olunması konsepsiyalarını və ən yaxşı təcrübələri, eləcə də layihə risklərini fəal idarə etmək üçün istifadə olunan alətləri öyrənməyə yardım edəcəkdir.   Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı layihə risklərinin idarəolunması üzrə təlimlər keçirmək potensialı olan və bu sahə üzrə uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil ixtisas tələblərinə cavab verməli və layihə risklərinin idarəolunması üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan və ya ingilis/rus/türk dillərini bilən heyətə malik olan şirkətə üstünlük verilir.   İcra müddəti: mart – iyun 2011-ci il   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il fevralın 18-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

ISO STANDARTLARI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit №4595AZ)   ISO STANDARTLARI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “ISO Standartları üzrə təlim”in maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Təlim 3 mövzunu əhatə edir:   1. Keyfiyyətin İdarəolunması Standartları (QMS-9001) 2. Ətraf Mühitin İdarəolunması üzrə Keyfiyyət Standartları (EMS-14001) 3. Əmək Gigiyenası və Təhlükəsizliyin İdarəolunması Keyfiyyət Standartları (OHSAS 18001)   Təlimlərin məqsədi iştirakçıları ISO Standartları ilə tanış etməkdir.   Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı ISO Standartları üzrə təlimlər keçirmək potensialı olan və bu standartların icrasında və auditində uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Təchizatçı müvafiq yerli qanunvericilik üzrə biliyə və səriştəyə malik olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil ixtisas tələblərinə cavab verməli və ISO Standartları üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan və ya ingilis/rus/türk dillərini bilən heyətə malik olan şirkətə üstünlük verilir.   İcra müddəti: mart – iyun 2011-ci il   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il fevralın 21-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ İDARƏÇİLİYİ PLANI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ İDARƏÇİLİYİ PLANI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Ətraf mühitin mühafizəsi və idarəçiliyi planı üzrə təlim”in maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Təlimin məqsədi: Təlim kursunun əsas məqsədi ətraf mühit idarəçiliyi planının hazırlanmasında və icrasında təlim iştirakçılarının bilik və bacarıqlarını gücləndirməkdən ibarətdir.  Təlim, dövlət investisiya sektorunda ətraf mühitə nəzarət və icra keyfiyyətinin yaxşılaşdırılması üçün sistemli məsələlərə; ətraf mühitə təsirin qiymətləndirilməsi və ətraf mühitin idarəçiliyi planlarının hazırlanmasında xüsusi məsələlərə; ətraf mühitin monitorinq planının hazırlanması və icrasına, eləcə də çatışmazlıqların aradan qaldırılması üsullarını əks etdirən monitorinq və ətraf mühitə nəzarət hesabatının hazırlanması məsələlərinə toxunacaq.     Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı ətraf mühitin mühafizəsi və idarəçiliyi planı üzrə təlimlər keçirmək potensialı olan və bu sahə üzrə uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil və ixtisas tələblərinə cavab verməli və ətraf mühitə təsirin qiymətləndirilməsi və ətraf mühit idarəçilik planı üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan və ya ingilis/rus/türk dillərini bilən heyətə malik olan şirkətə üstünlük verilir.   İcra müddəti: mart – iyun 2011-ci il   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il fevralın 25-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

KURİKULUMLA BAĞLI MATERİALLARIN TƏRCÜMƏ EDİLMƏSİ ÜÇÜN AZƏRBAYCAN-İNGİLİS DİLLİ TƏRCÜMƏÇİNİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

Tapşırığın adı:   Kurikulumla bağlı materialların tərcümə edilməsi üçün Azərbaycan-İngilis dilli tərcüməçi İcra olunduğu yer:   Təhsil Nazirliyi İcra müddəti:   2011-2013 Tapşırıq və vəzifələr:   Tərcüməçi aşağıdakı əsas tapşırıqları və vəzifələri yerinə yetirəcəkdir: Kurikulumla bağlı ingilis dilində mövcüd olan materialları “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatorundan əldə etmək və Azərbaycan dilinə tərcüməsini təmin etmək; Kurikulumla bağlı Azərbaycan dilində mövcüd olan materialların “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatorundan əldə etmək və ingilis dilinə tərcüməsini təmin etmək; Kurikulum portalında yerləşdiriləcək məlumat və materialları Kurikulum Mərkəzindən əldə etmək və ingilis dilinə tərcüməsini təmin etmək; “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatorunun tapşırığı ilə digər sənədləri tərcümə etmək.   İxtisas tələbləri: Tərcüməçi və ya buna yaxın ixtisas üzrə ali təhsili; Azərbaycan-ingilis dilli tərcüməçi vəzifəsində azı üç (3) il iş təcrübəsi (təhsil sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir); Kompüterdən istifadə etmə bacarığı. Tələb olunan sənədlər:   Tərcümeyi-hal (CV)    Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 2 mart 2011-ci il Əlaqə üçün məlumat:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi,   Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,   Bakı şəhəri, Xətai prospekti, 49.   Əlaqə telefonları: 496-37-59/60   Email: smasimova@ultel.net

İNFORMASİYA SİSTEMLƏRİNİN SATINALINMASI ÜZRƏ MÜTƏXƏSSİS SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

Tapşırığın adı:   İnformasiya Sistemlərinin satınalınması üzrə mütəxəssis İcra olunduğu yer:   Təhsil Nazirliyi İcra müddəti:   2011-2013 Tapşırıq və vəzifələr: İnformasiya Sistemləri ilə əlaqədar hər bir satınalma fəaliyyətinin icra qrafikinin işlənilib hazırlanması, nəzərdə tutulan əməliyyatların icra edilməsi və bütün lazımi təşkilati tədbirlərin  həyata keçirilməsi; İnformasiya Sistemlərinin satınalınması məqsədilə texniki spesifikasiyalarının hazırlanması; Benefisiarlarla sıx əməkdaşlıq edərək tender sənədlərinin hazırlanması, TSİİL çərçivəsi daxilində informasiya sistemlərinin satınalınması məqsədilə tenderlərin həyata keçirilməsi; İnformasiya Sistemlərinin satınalınmasına dair elanın hazırlanması və dərc edilməsinin təmin edilməsi; Tender/rəqabətə əsaslanan tender proseslərinə dair yazışmalarda (məktublar, müqavilələr, şərhlər və s. ilə əlaqədar)  lazımi sənədlərin işlənilib hazırlanması; Zəruri hallarda tenderqabağı konfransların planlaşdırılması və həyata keçirilməsi; Tenderin açılması ilə əlaqədar protokolların hazırlanması,  tender təklifləri/maraqlarının qiymətləndirilməsi və standart hesabatlar və müqavilələrin hazırlanması; Benefisiarlarla sıx əlaqələndirmə aparmaqla, İnformasiya Sistemlərinin idarəolunmasının həyata keçirilməsi, müqavilənin cari vəziyyətinin nəzərdən keçirilməsi və nəticələrlə bağlı LƏQ Direktoruna hesabat verilməsi; Kompüter  avadanlıqlarının quraşdırılması, təminatı və yekun qəbul proseduralarında iştirak etmək; İnformasiya Sistemlərinə dair müqavilələrin icra prosesində LƏQ-ə daxil olan sənədlərin təhlili və lazımi təşkilati tədbirlərin müəyyənləşdirilməsi; İnformasiya Sistemlərinin satınalınması prosesi ilə əlaqədar müqavilələrin müvafiq arxivləşdirmə və fayl sisteminin hazırlanması; Tapşırılan digər vəzifələrin yerinə yetirilməsi. İxtisas tələbləri: Kompüter, İnformasiya Sistemləri, mühəndislik və digər müvafiq  sahələr üzrə ali təhsil; İnformasiya prosesləri texnikasının idarəedilməsinin tətbiqi üzrə, əsasən İnformasiya Sistemlərinin satınalınması üzrə üç (3) il peşəkar təcrübə; İnformasiya Sistemlərinin satınalınması üzrə Dünya Bankının və ya digər beynəlxalq təşkilat və agentliklərin proseduraları ilə tanışlıq;  Azərbaycan və İngilis dillərində səlis yazı, şifahi ünsiyyət, anlama və əməkdaşlıq bacarıqları. Tələb olunan sənədlər:   Tərcümeyi-hal (CV)   Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi:   2 mart 2011-ci il Əlaqə üçün məlumat:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi,   Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,   Bakı şəhəri, Xətai prospekti, 49.   Əlaqə telefonları: 496-37-59/60   Email: smasimova@ultel.net      

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq istəyənlərin diqqətinə

Respublikamızın kadrlara olan tələbatı nəzərə alınaraq 2010-2011-ci tədris ilindən etibarən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq istəyənlərin seçim prosesində aşağıdakı ixtisas sahələri üzrə mütəxəssislərin hazırlanmasına üstünlük veriləcəkdir:   - informasiya texnologiyaları; - mühəndislik; - neft sənayesi; - tibb; - riyaziyyat; - fizika; - biologiya; - kimya; - ekologiya; - kənd təsərrüfatı.   Azərbaycan Respublikası Təhsil Nazirliyi

MƏKTƏBƏQƏDƏR TƏHSİL KURİKULUMUNUN HAZIRLANMASI MƏQSƏDİLƏ MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

  TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   MƏKTƏBƏQƏDƏR TƏHSİL KURİKULUMUNUN HAZIRLANMASI MƏQSƏDİLƏ MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Milli kontekstə uyğunlaşdırılmış beynəlxalq təcrübəni inteqrasiya edərək məktəbəqədər kurikulumun hazırlanmasına və tətbiqi prosesinə dəstək verməkdir.   Təhsil Nazirliyi bu layihə çərçivəsində aşağıdakı ixtisaslar üzrə məsləhətçiləri müsabiqədə iştirak etməyə dəvət edir:   Namizədlər üçün ixtisas tələbləri:   1. Məktəbəqədər təhsil kurikulumu üzrə psixoloq Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Beynəlxalq perspektiv daxil olmaqla məktəbəqədər təhsil kurikulumuna psixoloji yanaşma sahəsində təcrübə və biliyə malik olmaq; Məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq; Məktəbəqədər təhsil sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; Kurikulum və proqramların hazırlanması üzrə layihələrdə əvvəllər iştirak edənlərə üstünlük veriləcək; İngilis dilini bilənlərə üstünlük veriləcək.   2. Məktəbəqədər təhsil metodologiyası üzrə mütəxəssis Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Məktəbəqədər təhsil kurikulumu üzrə səmərəli metodologiya əsas olmaqla məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq; Xüsusi qayğıya ehtiyacı olan uşaqlara istiqamətlənən məktəbəqədər təhsil proqramları sahəsində təcrübəyə malik olmaq; Tərbiyəçilərin təlimləndirilməsi, spesifik olaraq yaşlıların təlimi ilə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; Kurikulum və proqramların hazırlanması üzrə layihələrdə əvvəllər iştirak edənlərə üstünlük veriləcək; İngilis dilini bilənlərə üstünlük veriləcək.   3. Məktəbəqədər təhsil kurikulumu üzrə dil və kommunikasiya mütəxəssisi Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Dil və savadlılığın inkişafına diqqət verməklə məktəbə qədər təhsil kurikulumuna inteqrativ yanaşma sahəsində təcrübəyə və bununla bağlı biliyə malik olmaq; Xüsusi qayğıya ehtiyacı olan uşaqlara istiqamətlənən beynəlxalq məktəbəqədər təhsil kurikulumu modelləri ilə bağlı biliyə malik olmaq; Məktəbəqədər təhsil sahəsində təcrübəyə malik olmaq; Tərbiyəçilərin təlimində, xüsusilə də yaşlı öyrənənlərlə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; Kurikulum və proqramların hazırlanması üzrə layihələrdə əvvəllər iştirak edənlərə üstünlük veriləcək; İngilis dilini bilənlərə üstünlük veriləcək.   4. Məktəbəqədər təhsil kurikulumu üzrə mütəxəssis Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq; Beynəlxalq qurumlarla spesifik əlaqəli məktəbəqədər təhsil kurikulumu modelləri ilə tanışlıq və biliyə malik olmaq; Beynəlxalq məktəbəqədər təhsil standartları xüsusilə də erkən yaş dövrü üzrə kurikulumla tanışlıq və biliyə malik olmaq; Xüsusi məktəbəqədər təhsil sahəsində beynəlxalq standartlarla tanışlıq və biliyə malik olmaq; İnklüsiv məktəbəqədər təhsil sahəsində təcrübəyə malik olmaq; Tərbiyəçilərin təlimində, xüsusilə də yaşlı öyrənənlərlə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; İngilis dilini bilənlərə üstünlük veriləcək.   5. Məktəbəqədər təhsil üzrə qiymətləndirmə mütəxəssisi Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Qiymətləndirməyə diqqət verilməklə məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq; Beynəlxalq qurumların məktəbəqədər təhsilin qiymətləndirməsi ilə tanışlıq və bu haqda biliklərə malik olmaq; Kurikulum tərtibatı, eləcə də tipik və xüsusi qayğıya ehtiyacı olan məktəbəqədər yaşlı uşaqlar ilə bağlı beynəlxalq qiymətləndirmə standartları ilə tanışlıq və biliyə malik olmaq; Tərbiyəçilərin təlimində, xüsusilə də yaşlı öyrənənlərlə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; İngilis dilini bilənlərə üstünlük veriləcək.   İcra müddəti: aprel 2011-ci il-oktyabr 2013-cü il     Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir.   Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və/və ya çap variantını Azərbaycan dilində 2011-ci il martın 17-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:   Xahiş olunur, müraciət etdiyiniz vakansiyanın adını dəqiqliklə qeyd edəsiniz.   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net

16/06/2026

Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu

Ətraflı
15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı