Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
QİYMƏTLƏNDİRMƏ STANDARTLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ FƏNLƏR ÜZRƏ MÜƏLLİMLƏR ÜÇÜN TƏLİMATLARIN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ
TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT № 4394AZ
QİYMƏTLƏNDİRMƏ STANDARTLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ FƏNLƏR ÜZRƏ MÜƏLLİMLƏR ÜÇÜN TƏLİMATLARIN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR
MÜSABİQƏ
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
Xidmətlərin məqsədi: Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bütün növ qiymətləndirmə tədqiqatlarına dəstək olmaq, 5-9–cu siniflər üçün fənlər üzrə kurikulumların tərkib hissəsi kimi qiymətləndirmə standartlarının təkmilləşdirilməsi, bu standartlardan müəllimlərin Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”na uyğun olaraq praktik istifadəsini asanlaşdırmaq məqsədilə müəllimlər üçün təlimatların hazırlanması, onları zəruri göstəriş və qiymətləndirmə vasitələri nümunələri ilə təmin etməkdir.
Təhsil Nazirliyi bu layihə çərçivəsində aşağıdakı fənlər üzrə məsləhətçiləri müsabiqədə iştirak etməyə dəvət edir:
| 1 | Azərbaycan dili | 12 | Kimya |
| 2 | İngilis dili | 13 | Coğrafiya |
| 3 | Rus dili | 14 | Azərbaycan tarixi və ümumi tarix |
| 4 | Alman dili | 15 | Fizika |
| 5 | Fransız dili | 16 | Həyat bilgisi |
| 6 | Ərəb dili | 17 | İnformatika |
| 7 | Fars dili | 18 | Musiqi |
| 8 | Ədəbiyyat | 19 | Fiziki tərbiyə |
| 9 | Ədəbiyyat rus bölməsi üçün | 20 | Texnologiya |
| 10 | Riyaziyyat | 21 | Təsviri incəsənət |
| 11 | Biologiya | 22 | Gənclərin çağırışaqədərki hazırlığı |
Namizədlər üçün ixtisas tələbləri:
-
Ali pedaqoji təhsili və kurikulumun hazırlanmasında və ya təhsil alanların qiymətləndirilməsində təcrübəsi;
-
Qiymətləndirmə standartlarının hazırlanması sahəsində iş təcrübəsi;
-
Azərbaycan dilini mükəmməl bilməsi;
-
Kompüterdən istifadə bacarıqları;
-
Kurikulum layihələrində iştirak edənlərə üstünlük veriləcəkdir.
İcra müddəti: 2011-ci il ərzində 10 ay
Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir.
Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və ya çap variantını Azərbaycan dilində 2011-ci il fevralın 14-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
Email: smasimova@ultel.net
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
