Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
RİSKLƏRİN İDARƏOLUNMASI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit № 4595AZ)
RİSKLƏRİN İDARƏOLUNMASI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Risklərin idarəolunması üzrə təlim”in maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
Təlimin məqsədi:
Təlim kursu layihə risklərinin müəyyən edilməsi və idarəolunmasında cəlb olunan əməli addımları və bacarıqları tədris edəcək. Bu kurs mühüm və hələ az tətbiq olunan layihənin idarə edilməsi elementlərini göstərəcəkdir. Təlim, iştirakçılara əsas layihə risklərinin idarə olunması konsepsiyalarını və ən yaxşı təcrübələri, eləcə də layihə risklərini fəal idarə etmək üçün istifadə olunan alətləri öyrənməyə yardım edəcəkdir.
Təlim təchizatçısı üçün ixtisas tələbləri:
Təlim təchizatçısı layihə risklərinin idarəolunması üzrə təlimlər keçirmək potensialı olan və bu sahə üzrə uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil ixtisas tələblərinə cavab verməli və layihə risklərinin idarəolunması üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan və ya ingilis/rus/türk dillərini bilən heyətə malik olan şirkətə üstünlük verilir.
İcra müddəti: mart – iyun 2011-ci il
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il fevralın 18-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
- müraciət məktubu;
- yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
- müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
- nizamnamə.
Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
Email: erustamov@ultel.net
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
