Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi pilot seçilmiş Suraxanı rayonunda “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” layihəsi çərçivəsində Təhsil Nazirliyinin öhdəliklərini layihədə icra edəcək mütəxəssislərin seçilməsi ilə əlaqədar müsabiqə elan edir.
Mütəxəssislər aşağıdakı öhdəlikləri yerinə yetirəcəklər:
- Pilot layihənin digər tərəfdaş qurumlarla əlaqələndirilməsi;
- Uşaqların müəssisəyə düşməsinin qarşısının alınması ilə ailələrə dəstək göstərilməsi;
- Suraxanı rayonunda Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plana uyğun olaraq ailələrə dəstək xidmətlərinin təşkili və yaradılması;
- Suraxanı rayonunda təhsildən kənarda qalan və sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsi;
- Suraxanı rayonunda yerləşən müəssisələrdə yaşayan uşaqların fərdi qayğı planının işlənib hazırlanması və alternativ qayğıya cəlb edilməsi;
- Uşaqların sosial yönümlü xidmətlərə yönəldilməsi üçün mexanizmin tətbiq edilməsi;
- Layihə çərçivəsində bioloji və alternativ ailələrə veriləcək uşaqların vəziyyətinə dair dövri monitorinqin aparılması;
- Pilot layihə üzrə hesabatların hazırlanması.
Vəzifəyə dair əsas tələblər və bacarıqlar :
- Pedaqoji-psixoloji ali təhsil;
- Ən azı 2 il uşaqlarla - ailələrlə iş təcrübəsi;
- Uşaqlarla və böyüklərlə səmərəli ünsiyyət qurmaq bacarıqları;
- Komandada işləmək bacarıqları, digərlərinin fikrinə hörmətlə yanaşmaq;
- Uşaq inkişafı və onların ehtiyaclarını müəyyənləşdirmək sahəsində praktiki bilik və bacarıqlar;
- Ailə psixologiyası, ailənin ehtiyaclarını müəyyənləşdirmək sahəsində praktiki bilik və bacarıqlar;
- Dinləmək qabiliyyəti;
- Müstəqil və komanda üzvü kimi yaxşı təşkilatçılıq bacarıqları;
- Gərginlik şəraitində işləmək bacarığı;
- İş prosesində yeniliklərə dair çevik olmaq;
- İşin planlaşdırılması və işçilər arasında vəzifələrin paylanması bacarıqları;
- Konfliktlərin həll edilməsi bacarıqları;
- İKT bacarıqları;
- Təhlil etmə bacarıqları;
- İşlə bağlı Respublikanın digər rayonlarına ezam olunma imkanları.
Qeyd: Seçim zamanı Suraxanı rayonu sakinlərinə və ya bu rayona yaxın ərazidə yaşayanlara üstünlük veriləcəkdir.
Arzu edənlər sənədlərini təqdim etmək üçün 10 gün müddətində Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə və ya kadr.dumi@gmail.com internet ünvanına CV göndərməklə müraciət edə bilərlər. Tel.: 496-34-98
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
