Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
"BEYNƏLXALQ MALİYYƏ HESABAT STANDARTLARI" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit No 4595AZ)
"BEYNƏLXALQ MALİYYƏ HESABAT STANDARTLARI" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ
MARAĞIN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT
Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.
Təlim proqramının məqsədi:
Seçilmiş təcrübəli Azərbaycanlı mühasiblərə-maliyyə menecerlərinə təcrübi biliklər vermək və peşə bacarıqları aşılamaq, nəticə etibarilə, onların Beynəlxalq maliyyə hesabat standartları üzrə beynəlxalq attestasiyadan keçmələrini təmin etməkdir. Beynəlxalq maliyyə hesabat standartları təliminin əsas vəzifələri bunlardır:
- Maliyyə hesabatlarının hazırlanması üçün beynəlxalq standartların dərk edilməsini təmin etmək;
- Beynəlxalq maliyyə hesabatları standartlarının tələblərinə əsasən hesabatların tərtibi və tətbiqi üzrə bacarığın yaradılması.
İcraçı təşkilat üçün ixtisas tələbləri:
- Ümumi maliyyə idarəetməsi və yaxud mühasibat üzrə təlim kursunun keçirilməsi sahəsində geniş təcrübə və bacarığa malik olmaq;
- Əsas heyətin müvafiq sahələrdə və təlim kursu sahəsində 3 ildən artıq iş təcrübəsinə malik olması;
- Azərbaycanda nümayəndəliyi olan və Azərbaycan dilində danışmağı bacaran heyətə malik olanlara üstünlük verilir.
İcra müddəti və yer: fevral-mart 2010-cu il, Bakı, Azərbaycan
Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il fevralın 3-nə qədər aşağıdakı ünvana təqdim edə bilərlər:
- müraciət məktubu;
- yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
- müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
- nizamnamə.
İcraçı Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən seçimi və cəlb edilməsi üzrə Qaydalar”ına əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
Email: erustamov@ultel.net
10 il əvvəl
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
