"İnsan kapitalı" işçi qrupunun növbəti iclası keçiriləcək
15 fevral saat 15:00-da Elm və Təhsil Nazirliyində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı işçi qrupunun onlayn formatda növbəti iclası keçiriləcək.
Maraqlanan şəxslər, dövlət və özəl sektor nümayəndələri müvafiq linkə daxil olaraq iclasın gündəliyi ilə tanış ola və linkdəki “Təklif göndər” bölməsi vasitəsilə müvafiq mövzuda öz təkliflərini yaza bilərlər.
Bundan başqa, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "onlayn müraciət (https://azranking.az/online-apply)" bölməsində də ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində müvafiq sahə üzrə təklifləri qeyd etmək mümkündür.
Yekunda təkliflər Komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticəsi barədə təklif verən tərəfə məlumat göndərilir.
3 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
