Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir.
Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. Vakant vəzifələr barədə buradan http://eservices.dim.gov.az/dqq/docs/elanlar/elan2.html tanış ola bilərsiniz.
12/01/2018 12:31
Azərbaycan Respublikasının Təhsil İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu 2017-2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır. Doktorant və dissertant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq həyata keçirilir. Doktorantura və dissertantura yolu ilə təhsil almaq istəyən şəxslərə şamil edilən tələblər: “Fəlsəfə doktoru” proqramı üzrə: - Ali təhsil müəssisələrinin magistratura səviyyəsi və ya ona bərabər tutulan təhsil səviyyəsi; - İxtisas uyğunluğu; - Dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün ixtisası üzrə elmi və elmi-pedaqoji iş stajına malik olması; - Dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərin olması; - Xarici dil bacarıqları. Elmlər doktoru proqramı üzrə: - Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi; - Seçilən ixtisas üzrə pedaqoji staj; - Elmi və ya elmi-pedaqoji nailiyyətlər; - Fundamental tədqiqatları yüksək səviyyədə aparmaq bacarığı; - Yüksək səviyyədə xarici dil bacarıqları; Tələb olunan sənədlər Doktorantura və dissertanlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər üçün - Ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adına); - Kadrların şəxsi-qeydiyyat vərəqi; - Tərcümeyi-hal; - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); - İş yerindən xasiyyətnamə; - İş stajı olanlar üçün əmək kitabçasından çıxarış; - Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat; - Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici - ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); - Şəxsiyyəti təsdiq edən sənədin surəti. Elmlər doktoru proqramı üzrə - Ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adına); - Kadrların şəxsi-qeydiyyat vərəqi; - Tərcümeyi-hal; - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); - İş yerindən xasiyyətnamə; - Əmək kitabçasından çıxarış; - Çap olunmuş elmi işlərin siyahısı; - “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; - Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə); - Şəxsiyyəti təsdiq edən sənədin surəti. Tarixlər Sənədlərin qəbulu: 28 dekabr 2017-ci il – 29 yanvar 2018-ci il. Sənədlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96) Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq 17) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) səhər saat 10:00-dan axşam saat 17:00-dək qəbul olunur. Qəbul imtahanları (dissertant təhkim olunmaq istəyən şəxslərlə müsahibələr) 5-23 fevral 2018-ci il aralığında keçiriləcəkdir. İmtahan formatı Doktoranturaya fəlsəfə doktoru proqramı (əyani və qiyabi) üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil müəssisələrinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində imtahan verirlər. Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir. Əlaqə www.arti.edu.az Tel: (012) 493 82 71 Email: arti@arti.edu.az
09/01/2018 15:22
2018/19-cu tədris ili üçün Macarıstan təqaüd proqramına dair elan
08/01/2018 11:04
Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün musabiqə üzrə müsahibə elan edir
Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. Vakant vəzifə barədə məlumatla aşağıdakı linkdən tanış olmaq mümkündür. http://eservices.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=1
29/12/2017 15:49
Kotirovka sorğusunun nəticələri haqqında bildiriş
Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün kartric və İKT avadanlıqlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən “Zərif-5” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 11 dekabr 2017-ci il tarixində satınalma müqaviləsi bağlanmışdır.
11/12/2017 14:09
Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur
Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər. Xidmətlərin təsviri: İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri: Azərbaycan dili (tədris dili) Həyat bilgisi Познание мира Технология Изобразительное искусство Музыка Русский язык (язык обучения) Русский язык (иностранный язык) Riyaziyyat Математика Информатика Ümumi və tam orta təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri: 1. Математика 2. Информатика 3. История Азербайджана 4. Всеобщая история 5. Познание мира 6. Физика 7. Химия 8. География 9. Биология 10. Физическое воспитание 11. Технология 12. Изобразительное искусство 13. Музыка 14. Допризывная подготовка Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır. Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.01.2018-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilər. Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir. Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: aynure.hesenova@edu.gov.az Avtobioqrafiya (CV) formatı
01/12/2017 10:15
Kotirovka sorğusunun nəticələri haqqında bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün yeni kondisionerin və müxtəlif avadanlıqların alınması, eləcə də kondisionerlərdə təmir, quraşdırma və profilaktik işlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən ““Luna LM” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 24 noyabr 2017-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.
24/11/2017 15:44
XI sinif dərslik komplektləri ilə bağlı tender nəticələri haqqında bildiriş
“Xalq qəzeti”nin 15 mart 2017-ci il və 06 aprel 2017-ci il tarixli saylarında dərc edilmiş elana və 18 sentyabr 2017-ci il tarixli bildirişə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2018-2019-cu tədris ilinə ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik komplektlərinin nəşrinin və nəşr üzərində müstəsna hüquqların satın alınması məqsədilə 8 noyabr 2017-ci il tarixdə açıq tender keçirilmişdir. 19 lot üzrə keçirilmiş açıq tenderə daxil olmuş VI, VIII və XIII lotlar üzrə tender baş tutmuşdur. I, II, III, IV, V, VII, IX, X, XI, XII, XIV, XV, XVII və XVIII lotlar üzrə təkliflərin sayı üçdən az olduğu və XVI, XIX lotlar üzrə isə heç bir təklif daxil olmadığı üçün həmin lotlar üzrə tenderin davamından imtina edilmişdir. Tender komissiyası
17/11/2017 18:31
Kotirovkalar sorğusu ilə satın alınmaya dair bildiriş
Azərbaycan Respublikasının Təhsil Nazirliyi müxtəlif kartric və İKT avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 17 noyabr 2017-ci il tarixindən 23 noyabr 2017-ci il tarixinədək (saat 18:00-dək) qəbul olunacaq. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
17/11/2017 14:22
“Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili” mövzusunda qrant müsabiqəsi
Tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının təşkil olunması və digər işlərin təşkili məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili” mövzusunda qrant müsabiqəsini elan edir. Müsabiqədə iştirak: Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştiraka dair tələblər: • Tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 2 illik təcrübəyə malik olmaq; • Təqdim ediləcək layihələr ali təhsil müəssisələrində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidir; • Hər bir hüquqi şəxs yalnız bir layihə ilə müraciət edə bilər. Layihələrin təqdim edilməsi: Layihə təklifləri 10 noyabr 2017-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: • QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; • Təşkilatın Nizamnaməsinin surəti; • Təşkilatın dövlət reyestrindən çıxarışının surəti; • Təşkilatın VÖEN-nin surəti; • Təşkilatın fəaliyyəti haqqında qısa məlumat; • Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV). Qiymətləndirmə meyarları: 1. Qurumun təcrübəsi; 2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması; 3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi; 4. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması; 5. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi. Müsabiqənin müddəti: Layihələrin qəbulu 2 noyabr 2017-ci il tarixdən başlayır, 10 noyabr 2017-ci il saat 18:00-da isə başa çatır.
02/11/2017 14:25
Filter
Xəbərlər
-
Emin Əmrullayev Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
28.11.2024 - 18:20 -
Azərbaycan Milli Konservatoriyasının yeni rektoru kollektivə təqdim olunub
28.11.2024 - 17:50 -
Elm və təhsil naziri Qazaxıstan səfiri ilə görüşüb
28.11.2024 - 16:00 -
“Qlobal İnnovasiya İndeksi"nin insan kapitalı ilə bağlı göstəricilərin yaxşılaşdırılması üzrə müzakirələr aparılıb
28.11.2024 - 09:34 -
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
26.11.2024 - 16:41
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat ilə bağlı təlimat.
ƏtraflıDostluq daha gözəldir!
ƏtraflıNoyabrın 27-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21739-1
Ətraflı