• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin açıq tender elanı

9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin açıq tender elanı

14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2018 – ci il üçün satınalma ilə əlaqədar açıq tender elanı

14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2018 – ci il üçün istilik enerjisi satınalması ilə əlaqədar açıq tender elanı

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi nazirliyin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 20.02.2018-ci il tarixdə saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edir.   Müsabiqənin mövzuları aşağıdakılardır:   1) Təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması (nümunələr: öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərinn tətbiqi, məktəb assosiasiyalarının yaradılması, mübadilə proqramlarının təşkili); 2) Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi (nümunələr: pedaqoji işçilər üçün vəsaitlərin hazırlanması, peşəkarlığın artırılmasına yönəlik fəaliyyətlər); 3) Zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı (nümunələr: metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin tətbiqi, uğurlu təcrübənin tətbiq edilməsi); 4) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi (nümunələr: istedadlı uşaqlar üçün vəsaitlərin hazırlanması, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssiələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin və xüsusi kursların təşkili); 5) Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması (nümunələr: innovativ təcrübələrin tətbiq edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi); 6) Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması (nümunələr: Erkən psixoloji yardım xidmətlərinin yaradılması və inkişaf etdirilməsi, psixoloqların peşəkarlığının artırılması istiqamətində tədbirlər, metodik vəsaitlərin hazırlanması, psixoloji xidmətin təkmilləşdirilməsinə dair tədbirlər); 7) Tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması (nümunələr: məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər, buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsi); 8) Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi (nümunələr: müxtəlif fənlərin innovativ formada tədrisi üzrə pilot proqramların hazırlanması, İKT-nin tətbiqi); 9) Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi (nümunələr: məktəblilərin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar tədbirlər, peşə yönümü və karyera quruculuğu istiqamətində fəaliyyətlər).   Müsabiqədə iştirak: Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az   saytından qeydiyyatdan keçməli və müvafiq sənədləri qeyd edilən tarixədək sistemə yükləməlidirlər.   Layihələrin icra müddəti:   Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına 2018-ci il aprel ayının 15-dən başlanıla bilər.   Layihələrin məbləği:   Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), Fərdi kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır.   Layihələrin təqdim olunmasına dair əsas tələblər:   • Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. • Fərdi kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müraciət edə bilərlər. • Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. • Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və texniki tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.   Müsabiqənin müddəti: Layihə təklifləri 2018-ci il fevral ayının 14-dən başlayaraq qəbul edilir. Tələb olunan sənədlər doldurulmaqla 16 mart 2018-ci il  saat 18:00-dan gec olmayaraq göndərilməlidir.   Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49 Telefon: 146         Email: grants@edu.gov.az

2018-2019-cu tədris ilində Çin Xalq Respublikasında təhsil

İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün Təqaüd Proqramı

  İslam İnkişaf Bankı (İİB) 2018-2019-cu tədris ili üçün təqaüd proqramı elan edir. Bu proqram İİB-ə üzv olan ölkələrdən olan şəxslərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almalarına və doktoranturadan sonrakı tədqiqat işi aparmalarına imkan verəcəkdir. Proqram çərçivəsində qarşılanan xərclər: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti. Tələb olunan sənədlər: ərizə forması, CV (tərcümeyi-hal), bakalavr təhsili üzrə diplom və diploma əlavə, magistratura təhsili üzrə diplom və diploma əlavə, 2 ədəd fotoşəkil, ümumvətəndaş pasportunun surəti, xarici dil sertifikatı (olduğu təqdirdə), iş yerindən arayış, qəbul haqqında sənəd (olduğu təqdirdə). Qeyd: Bütün sənədlər ingilis dilində tərcümə-təsdiq olunmalıdır.   Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından ərizə formasını doldurmaları və 15.02.2018-ci il 12:00-a kimi tələb olunan bütün sənədləri İqtisadiyyat Nazirliyinə (əlaqələndirici şəxs Elnur Şükürov – tel:0124938867, daxili 2036, e-poçt: elnur.shukurov@economy.gov.az) təqdim etmələri xahiş olunur.   Ətraflı məlumat üçün: http://www.isdb.org/irj/portal/anonymous?NavigationTarget=navurl://c28c70fde436815fcff1257ef5982a08 

2018-2019-cu tədris ili üçün Latviyanın təqaüd proqramı

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq, Latviya Hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir: Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura Tədris dili: İngilis və ya latış Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/ ) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri əlavə etməlidirlər.   Tələb olunan sənədlər: • ərizə forması; • CV (tərcümeyi-hal); • niyyət məktubu; • təhsil sənədlərinin və qiymət cədvəllərinin surəti; • 2 ədəd tövsiyə məktubu; • təqaüd ərzində dərs planı; • xarici dil sertifikatının surəti; • şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;   Maliyyə şərtləri: Bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır. Ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq mümkündür: http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/   İxtisas və universitetlərlə aşağıdakı keçiddən tanış olmaq mümkündür: http://www.studyinlatvia.lv/niid_search?level_1=&qy=&x=73&y=7   Seçim prosesi: Bütün namizədlərin sənədləri yoxlanıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcəkdir.   Son müraciət tarixi: 01.04.2018 Əlaqədar şəxs: Ms. Aija Jakovica (DTİA-nın əməkdaşı) Tel: + 371 67814331, e-mail: scholarships@viaa.gov.lv

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018/19-cu tədris ili üzrə təqaüd proqramı elan edir   Təhsil səviyyəsi: Magistratura Tədris dili: İngilis dili İxtisaslar: Heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi Qarşılanan xərclər: Təhsil haqqı, yaşayış xərci və tibbi sığorta Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Son müraciət tarixi: 28.02.2018   Qeyd: Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlər REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlaya bilərlər.   Ərizə forması

28/11/2024

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat ilə bağlı təlimat.

Ətraflı
28/11/2024

Dostluq daha gözəldir!

Ətraflı
28/11/2024

Noyabrın 27-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21739-1

Ətraflı