Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş
Noyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibində institutun direktoru akademik Qriqori Trubnikov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Otiliya-Aka Kulikov, eləcə də laboratoriya müdirləri O.Belov və N.Kuçerka təmsil olunublar.
Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Elm və ali təhsil siyasəti, Beynəlxalq əməkdaşlıq şöbələrinin, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri iştirak ediblər.
Görüş zamanı qonaqlara Azərbaycan təhsil sistemində aparılan islahatlar, eləcə də Elm və Təhsil Nazirliyinin yaradılmasının zəruriliyi barədə məlumat verilib. BNTİ-nin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra elm və ali təhsil müəssisələrinin rəhbərləri ilə baş tutan görüşlərdə müzakirə edilən əməkdaşlıq perspektivlərindən danışılıb.
Qriqori Trubnikov 16 ölkənin üzv olduğu BNTİ-nin elmin müxtəlif istiqamətləri, xüsusilə nüvə və aerokosmik texnologiyaların inkişaf etdirilməsində nailiyyətlərini xüsusi vurğulayıb və institutda aparılan tədqiqatların elmi aktuallığını diqqətə çatdırıb.
Görüşün sonunda nazir müavini Firudin Qurbanov və akademik Qriqori Trubnikov qarşılıqlı əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə səylərin atılacağını bir daha vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan BNTİ-yə üzv olduğu dövrdən nüvə fizikası sahəsindəki tədqiqatları bu beynəlxalq statuslu institutla, digər beynəlxalq qurumlarla, o cümlədən Avropa Nüvə Tədqiqatlar Mərkəzi (CERN) ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirib. Ətraf mühitin qorunması və radioekologiya sahəsində aparılmış tədqiqatlar, ölkəmiz üçün çox əhəmiyyətli tibbi müalicə üsulları (onkologiya və s.) sahəsində yüksək hazırlıqlı radioloqların hazırlanmasını buna misal olaraq göstərmək mümkündür.
26.11.2024 - 14:00
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00