Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumi təhsil müəssisələrinə texniki suyun satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “MASTER OFİS” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 2 aprel 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
04/04/2018 10:17
Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Viləş-2018” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 2 aprel 2018-ci il tarixində satınalma müqaviləsi bağlanmışdır.
02/04/2018 13:09
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi aparatında və tabeliyindəki qurumlarında mövcud olan elektrotexniki avadanlıqlara texniki xidmətlərin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 4 aprel 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
30/03/2018 11:41
Dünya EXPO 2025-nin Bakıda keçirilməsi ilə bağlı müsabiqə
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Ekspo 2025 Bakı" Əməliyyat Katibliyi tərəfindən 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi çərçivəsində esse müsabiqəsinə start verildi! Müsabiqə gənclər arasında "Ekspo 2025 Bakı” layihəsi haqqında məlumatlılıq səviyyəsini artırmaq, ölkə üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə gənclərin iştirakına şərait yaratmaq, onların kreativlik potensialını müasir cəmiyyətin inkişaf istiqamətləri və sərginin fəlsəfəsinə yönəltmək məqsədilə keçirilir. Mövzu: Müsabiqə “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu üzrə keçirilir. İştirakçılar aşağıdakı 3 alt mövzudan birinə müraciət etməlidirlər: Təhsilin gələcəyi Sağlamlığın gələcəyi Əməyin gələcəyi Əsas şərtlər: Müsabiqədə16-29 yaş arasında gənclər iştirak edə bilər. Hər müəllif yalnız bir esse ilə müsabiqədə iştirak edə bilər. Yalnız heç bir mətbuat orqanında çap olunmamış esselər müsabiqəyə buraxılır. Təqdim edilən esselər 1000 sözdən artıq olmamalıdır. Esselər Azərbaycan, rus və ya ingilis dillərində yazıla bilər. Mükafat: Müsabiqə qalibləri I, II və III yerlər üzrə müəyyən olunur. I yerin qalibinin Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Sərgilər Bürosunun gərargahına səfəri təşkil olunacaq, II və III yerin qalibləri xüsusi diplom və qiymətli hədiyyələr ilə təltif ediləcəklər. Qeyd: Təqdim edilən esselər xüsusi proqram vasitəsilə yoxlanılır. Mətnin 25%-dən çoxu əvvəl dərc edimiş mətnlə eynilik təşkil etdiyi təqdirdə o plaqiat hesab olunur və müsabiqəyə buraxılmır. Müsabiqəyə işlər 2018-ci il martın 12-dən aprelin 10, saat 18.00-dək competition@bakuexpo2025.com elektron poçt ünvanında qəbul olunur.
28/03/2018 17:33
Açıq tender elanı
27/03/2018 16:43
Rumıniyanın Milli Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün təqaüd proqramı elan edir
19/03/2018 21:17
Satınalma müqavilələrinin bağlanılmasına dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilinə ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik komplektlərinin nəşrinin və nəşr üzərində müstəsna hüquqların satın alınması məqsədilə keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən VI lot (“Riyaziyyat” dərslik komplekti) üzrə “Radius” MMC, XIII lot (“Kimya” dərslik komplekti) üzrə “Bakı” nəşriyyatı tenderin qalibi olmuş və 15 mart 2018-ci il tarixdə həmin müəssisələr ilə satınalma müqavilələri bağlanılmışdır. VIII lot (“Azərbaycan tarixi” dərslik komplekti) üzrə tender təkliflərindən heç biri qənaətbəxş olmamışdır. Tender komissiyası
15/03/2018 15:36
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatında istifadə olunacaq müxtəlif blankların, qovluqların, qeydiyyat kitablarının, malların təsərrüfatdaxili yerdəyişməsi qaimə - fakturasının çapı və seçilmiş sənədlərin tikilməsi və cildlənməsi işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 27.03.2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
15/03/2018 10:53
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin aparatı üçün şaquli, üfüqi jalüzlərin və ştor pərdələrin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 27.03 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
15/03/2018 10:51
Kotirovkalar sorğusu üsulu ilə satınalınma
Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət Agentliyi arasında imzalanmış “Erasmus+ eTvinninq Milli Dəstək Xidmətləri/Tərəfdaş Dəstək Agentliyi” adlı qrant müqaviləsi çərçivəsində “eTwinning layihəsinin Azərbaycan üzrə fəaliyyət planına əsasən təşviqat işlərinin təşkili”nin kotirovkalar sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar 012 5650237 (daxili 2022) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 16 mart 2017-ci il saat 1800 -dək qəbul olunur. Ünvan: Azadlıq prospekti 909
12/03/2018 10:38
Filter
Xəbərlər
-
Həsən Həsənli Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri ilə görüşüb
24.09.2026 - 18:40 -
Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
24.09.2026 - 15:11 -
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı