Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Kotirovka sorğusu barədə bildiriş

Bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Nazirliyin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovka sorğusu metodu ilə satın alınması haqqında bildiriş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmi internet saytında (www.tender.gov.az) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) 25 may 2018-ci il tarixində yerləşdirilmişdir. Kotirovka sorğusunda iştirak barədə 2 (iki) müəssisə müraciət etmiş və müvafiq sənədləri ilə birlikdə təkliflərini bağlı zərfdə 29 və 30 may 2018-ci il tarixlərində Təhsil Nazirliyinin vətəndaşların qəbul otağına təqdim etmişlər. Təhsil Nazirliyinin tender komissiyasının 31 may 2018-ci il tarixində keçirdiyi iclasda  təkliflərin sayı üçdən az olduğu üçün  “Dövlət satınalmaları haqqında” Qanunun 11.1.-ci maddəsinə əsasən tender prosedurunun baş tutmaması və onun davamından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bu barədə kotirovka sorğusu iştirakçılarına rəsmi məlumat verilmiş və təklif zərfləri açılmadan onlara geri qaytarılmışdır.   Tender komissiyası

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparatı üçün mal və materialların satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Səma-AF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 31 may 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılmışdır.

Açıq tenderə dəvət

Satınalma müqaviləsi bağlanılmasına dair məlumat

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi əhatə dairəsinə aid rayonların yerli təhsili idarəetmə orqanının tabeliyində olan və mərkəz tərəfindən maliyyələşdirilən müəssisələr  üçün oduncaq yanacağının alınması üçün keçirilmiş açıq tender prosedurunda  iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açır tender prosedurunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən  “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 30 may 2018-ci il tarixində satınalma müqaviləsi bağlanmışdır.

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı üçün təsərrüfat ləvazimatlarının, mal və materialların kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən  “Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 30 may 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.

Təhsil Nazirliyinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsinin elanı

Təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktik nəticələr əladə etmək və kadr hazırlığını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafı üzrə qrant müsabiqəsi elan edir.   Müsabiqədə iştirak: Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan Qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.   Müsabiqədə iştiraka dair tələblər: Qeyri-hökumət təşkilatları qranta müraciətlə bağlı aşağıdakı sənədləri təqdim etməlidir: 1. Layihə təklifi (Əlavə 2); 2. Layihənin icra planı (Əlavə 6); 3. Layihənin xərclər smetası (Əlavə 5); 4. Qeyri-hökumət təşkilatının reyestr məlumatı (reyestrdən çıxarış); 5. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti 6. Təşkilatın Nizamnaməsinin surəti 7. Təşkilatın VÖEN-nin surəti 8. Təşkilat haqqında məlumat 9.Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti; 10. Layihə heyətində iştirak edən şəxslərin CV-ləri; 11. Qeyri-hökumət təşkilatının bank hesabı haqqında arayış; 12. Ümumi təhsil pilləsində, xüsusilə də, ibtidai təhsil səviyyəsində təhsilalanların fiziki-psixi sağlamlığı baxımından  müstəsna rolu olan (ətraf aləmin tam şəkildə dərk edilməsini, emosional stabilliyin qorunması və təlim marağının yüksəldilməsini təmin edən) inteqrativ təlim  texnologiyalarının  tətbiqi ilə bağlı təcrübəsini  təsdiq edən aşağıda qeyd edilən məlumatların təqdim edilməsi: - təlimlərin təşkili və keçirilməsi prosesinin qısa xülasəsi; - təlimdən keçmiş müəllimlərin siyahısı; - ətraf aləmin tam dərk edilməsini təmin edən inteqrativ dərs modelinə dair dərsin cari planlaşdırılması  nümunələri;   Layihələrin təqdim edilməsi: Ərizələr  elektron formada st2018@edu.gov.az ünvanına göndərilməlidir.   Qiymətləndirmə meyarları: 1.   Təhsil sahəsi üzrə layihələrdə qurumun təcrübəsi. 2.   Layihənin icrasına dair  dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin  olması. 3. Layihənin icrasına cəlb ediləcək mütəxəssilərin oxşar məqsədli  layihələrdə iştirak təcrübəsi; 4. İcraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrində iştirakı. 5.   Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması. 6.   Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi. 7. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.   Müsabiqənin müddəti: Layihələrin qəbulu 29 may 2018-ci il tarixindən başlayır və 04 iyun 2018-ci il tarixində başa çatır. Layihələrin qəbulu üçün son tarix: 04 iyun 2018-ci il, saat 18:00.   Əlaqə: Ünvan: Bakı şəhəri, Xətai 49 Telefon: 146 Elektron poçt: st2018@edu.gov.az

Açıq tender elanı

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyi nazirliyin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 30.05. 2018-ci il saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Kotirovka sorğusunun nəticələri haqqında bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar müxtəlif işlərin və xidmətlərin satın alınması üçün keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Artishok - KM” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 23 may 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanılmışdır.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair elan

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan, içməli su üçün nəzərdə tutulan çənlərin təmizlənməsi, yuyulması və dezinfeksiyası xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər  24  may 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

25/07/2026

✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
24/07/2026

İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
24/07/2026

İyulun 24-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris-istehsalat emalatxanasının açılışı olub. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli peşə təhsilinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Aparat rəhbəri vurğulayıb ki, bu cür layihələr peşə təhsilinin keyfiyyətinin artırılmasına, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığına və ölkənin sosial-iqtisadi inkişafına töhfə verir. Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan 642 kvadratmetrlik müasir tədris-istehsalat sahəsində tələbələr qida məhsullarının emalı, qurudulması və saxlanılması proseslərini müasir avadanlıqlarla öyrənəcək, eyni zamanda nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirəcəklər. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23248-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #PeşəTəhsili

Ətraflı