Təhsil Nazirliyinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsinin elanı
Təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktik nəticələr əladə etmək və kadr hazırlığını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafı üzrə qrant müsabiqəsi elan edir.
Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan Qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
Müsabiqədə iştiraka dair tələblər:
Qeyri-hökumət təşkilatları qranta müraciətlə bağlı aşağıdakı sənədləri təqdim etməlidir:
1. Layihə təklifi (Əlavə 2);
2. Layihənin icra planı (Əlavə 6);
3. Layihənin xərclər smetası (Əlavə 5);
4. Qeyri-hökumət təşkilatının reyestr məlumatı (reyestrdən çıxarış);
5. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti
6. Təşkilatın Nizamnaməsinin surəti
7. Təşkilatın VÖEN-nin surəti
8. Təşkilat haqqında məlumat
9.Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti;
10. Layihə heyətində iştirak edən şəxslərin CV-ləri;
11. Qeyri-hökumət təşkilatının bank hesabı haqqında arayış;
12. Ümumi təhsil pilləsində, xüsusilə də, ibtidai təhsil səviyyəsində təhsilalanların fiziki-psixi sağlamlığı baxımından müstəsna rolu olan (ətraf aləmin tam şəkildə dərk edilməsini, emosional stabilliyin qorunması və təlim marağının yüksəldilməsini təmin edən) inteqrativ təlim texnologiyalarının tətbiqi ilə bağlı təcrübəsini təsdiq edən aşağıda qeyd edilən məlumatların təqdim edilməsi:
- təlimlərin təşkili və keçirilməsi prosesinin qısa xülasəsi;
- təlimdən keçmiş müəllimlərin siyahısı;
- ətraf aləmin tam dərk edilməsini təmin edən inteqrativ dərs modelinə dair dərsin cari planlaşdırılması nümunələri;
Layihələrin təqdim edilməsi:
Ərizələr elektron formada st2018@edu.gov.az ünvanına göndərilməlidir.
Qiymətləndirmə meyarları:
1. Təhsil sahəsi üzrə layihələrdə qurumun təcrübəsi.
2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.
3. Layihənin icrasına cəlb ediləcək mütəxəssilərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi;
4. İcraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrində iştirakı.
5. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması.
6. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi.
7. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 29 may 2018-ci il tarixindən başlayır və 04 iyun 2018-ci il tarixində başa çatır.
Layihələrin qəbulu üçün son tarix: 04 iyun 2018-ci il, saat 18:00.
Əlaqə:
Ünvan: Bakı şəhəri, Xətai 49
Telefon: 146
Elektron poçt: st2018@edu.gov.az
6 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00