Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İsveçdə magistratura səviyyəsində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı

Ölkə: İsveç  Tədris ili: 2019-2020 Təhsil səviyyəsi: Magistratura Kvota sayı: 7 ölkə üzrə 65 yer Maliyyələşmə: Yaşayış, yol, sığorta xərcləri və təhsil haqqı Son müraciət tarixi: 15.01.2019 Müraciət səhifəsi: https://si.se/en/apply/scholarships/visby-programme-masters/ Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi qaydada həyata keçirilir.   Əlaqədar şəxslər: Rəvan Süleymanov (0125991155 dax. 5231) Günəş Övsətova  (0125991155 dax. 5265)

Kotirovkalar sorğusu üsulu ilə satınalınmaya dair bildiriş

Təhsil Nazirliyinin aparatı üçün yeni kondisionerlərin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012)599 -11-55 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 6 dekabr 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: Bakı şəhəri, Xətai prospekti 49

Kotirovkalar sorğusu üsulu ilə satınalınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən müəssisələr üçün dəftərxana və təsərrüfat ləvazimatlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 30 noyabr 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Kotirovkalar sorğusu üsulu ilə satınalınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən müəssisələr üçün mal və materialların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 3 dekabr 2018-ci il saat 17:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin fənn kabinetlərində kommunal və kommunikasiya xətlərinin yenilənməsi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Gəmiqaya-S” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 23 noyabr 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Macarıstanda Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) - 2019/20

Tenderə dəvət barədə bildiriş

Açıq tenderin nəticələri barədə bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.07.2018-ci il tarixində elan etdiyi dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınmasına dair keçirilən açıq tenderin 1-ci, 2-ci, 3-cü və 4-cü lotları üzrə nəticələri aşağıdakı kimi olub: 1. 1-ci lot üzrə Odlar Yurdu Universiteti qalib elan olunub və onunla 2018-ci il noyabrın  14-də müvafiq satınalma müqaviləsi imzalanıb. 2. 2-ci lot üzrə Odlar Yurdu Universiteti qalib olub və onunla 30 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb. 3. 3-cü lot üzrə Azərbaycan Müəllim İnkişafı Mərkəzi qalib olub və onunla 30 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb. 4. 4-cü lot üzrə Azərbaycan Müəllim İnkişafı Mərkəzi qalib olub və onunla 30 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb.    Tender komissiyası

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan kondisionerlərin təmiri işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Gəmiqaya-S” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 13 noyabr 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin fənn kabinetlərində kommunal və kommunikasiya xətlərinin yenilənməsi işlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 13 noyabr 2018-ci il tarixdə, saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı