Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üçün təqaüd proqramı
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir.
Təhsil səviyyəsi: Magistratura
Tədris dili: İngilis dili
İxtisaslar: Bitkilərin mühafizəsi;
Kənd təsərrüfatının inkişafı və aqrobiznes;
Kənd təsərrüfatı üzrə biotexnologiya.
Universitetlər: University of Pannonia, Szent István University
Maliyyələşmə: Təhsil haqqı, yataqxana və yaşayış xərci, tibbi sığorta
Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər.
Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.
Son müraciət tarixi: 28.02.2019
Qeyd: Yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.
Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.
7 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
