Qrant müsabiqəsi elanı
Təhsil Nazirliyinin “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili” mövzusunda qrant müsabiqəsinin elanı Tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının təşkil olunması və s. işlərin təşkili məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsini elan edir. Müsabiqədə iştirak: Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştiraka dair tələblər: Tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 3 illik təcrübəyə malik olmalı Təqdim ediləcək layihələr ən azı 25 ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidirlər. Hər bir hüquqi şəxs yalnız bir (1) layihə ilə müraciət edə bilər. Layihələrin təqdim edilməsi: Layihə təklifləri 27 mart 2019-cu ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron poçt (layihe2019@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: • QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti • Təşkilatın Nizamnaməsinin surəti • Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti • Təşkilatın VÖEN-nin surəti • Təşkilatın fəaliyyəti haqqında qısa məlumat • Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV) Qiymətləndirmə meyarları: 1. Qurumun təcrübəsi. 2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması. 3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi; 4. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması. 5. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi. Müsabiqənin müddəti: Layihələrin qəbulu 14 mart 2019-cu il tarixdən başlayır və 27 mart 2019-cu il tarixdə başa çatır. Layihələrin qəbulu üçün son tarix: 27 mart 2019-cu il, saat 18:00.
13/03/2019 16:40
Satınalma müqaviləsinin bağlanması barədə bildiriş
Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumtəhsil müəssisələrinə texniki suyun satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, fiziki şəxs Muradov Kərim Abasqulu oğlu qalib elan edilib və həmin təşkilat ilə 11 mart 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
13/03/2019 15:20
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi
11/03/2019 11:35
Satınalma müqaviləsinin bağlanması barədə bildiriş
Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumtəhsil müəssisələrinə İstilik enerjisi (quru odun yanacaginin) işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “MASTER-OFİS” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 16 yanvar 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
07/03/2019 17:01
Açıq tender elanı
07/03/2019 16:38
Satınalma müqaviləsinin bağlanması barədə bildiriş
Təhsil Nazirliyinin inzibati binasının zirzəmiləri, qazanxanası, generator otağı və yeməkxanasında dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “San Prof” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 4 mart 2019-cu il tarixdə satınalma müqaviləsi bağlanılıb.
04/03/2019 15:25
Satınalma müqaviləsinin bağlanması barədə bildiriş
Təhsil Nazirliyinin aparatında istifadə olunacaq müxtəlif blank, qovluq və qeydiyyat kitablarının çapı, seçilmiş sənədlərin tikilməsi və cildlənməsi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “İlkin-Ko” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 27 fevral 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
01/03/2019 10:43
Təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün tələblər: - Ali təhsil - Təhsil və ya idarəetmə sahəsində minimum 3 (üç) illik iş təcrübəsi - Bölgələrdə təhsil sahəsində çalışmaq istəyi Namizədlərdən gözlənilən digər keyfiyyətlər: - İKT-dən sərbəst istifadə bacarığı - Səmərəli qərar qəbuletmə bacarığı - Məntiqi düşüncə bacarığı - Liderlik bacarığı - Yüksək motivasiya - Nəticəyönümlülük - Təhsil qanunvericiliyi üzrə biliklər - Xarici dil biliklərinin olması arzuolunandır. Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar: Qeyd: https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/edit Müraciət üçün son tarix: 28 mart 2019-cu il Seçim qaydaları: I mərhələ: https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/edit linki vasitəsilə elektron qeydiyyatın aparılması; II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin qiymətləndirilmə mərhələsinə cəlbi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.
28/02/2019 14:47
Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində içməli su üçün nəzərdə tutulan ehtiyat su təchizatı mənbələrinin (çənlərin, anbarların) dezinfeksiya işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 5 mart 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
27/02/2019 17:49
Açıq tenderdə iştirak üçün dəvət
27/02/2019 17:14
Filter
Xəbərlər
-
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
03.09.2026 - 14:05 -
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub
31.08.2026 - 14:21 -
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
28.08.2026 - 17:45 -
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib
28.08.2026 - 17:36 -
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək
27.08.2026 - 15:39
Şagirdin uğuru yalnız bildikləri ilə ölçülürmü❓ ? Bilikləri real həyatda tətbiq etmək, məlumatı təhlil etmək, sübutları qiymətləndirmək, problem həll etmək və düzgün qərar vermək də ən az bilik qədər vacibdir. ? PISA 15 yaşlı şagirdlərin məhz bu bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #PISA #OECD
Ətraflı? Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb. ? 2026–2027-ci tədris ili üzrə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi seçilib. Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23286-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #TəhsildəQrantlar #MəktəbəqədərTəhsil
ƏtraflıŞagird nə bilir, yoxsa bildiyi ilə nə edə bilir? Məktəbdə öyrənilən bilikləri real həyatda tətbiq etmək nə dərəcədə vacibdir? PISA (Programme for International Student Assessment) - beynəlxalq qiymətləndirmə tədqiqatı məhz bu suallara da cavab axtarır. PISA-nın yanaşması yalnız şagirdin nə bildiyini deyil, əldə etdiyi bilik və bacarıqlardan yeni və real həyat situasiyalarında necə istifadə etdiyini qiymətləndirməyə əsaslanır. “Azərbaycan müəllimi” qəzetinin təhlil yazısında PISA-nın mahiyyəti, nəticələrin necə şərh olunmalı olduğu və təhsil sistemi üçün hansı sualları yaratdığı ətraflı izah edilir. Ətraflı: https://muallim.edu.az/sagirdin-oz-biliyini-heyatda-tetbiq-ede-bilmesi-ne-qeder-vacibdir-pisa-tedqiqati-esasinda-tehlil #ElmVəTəhsilNazirliyi #AzərbaycanMüəllimi #PISA
Ətraflı