Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəsi
Qrant müsabiqəsinin elanı Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsi məqsədilə 2021-ci il üçün “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsi elan edir. Müsabiqəyə təqdim olunan layihə təklifləri aşağıdakı istiqamətləri əhatə etməlidir: 1. Ali təhsil müəssisələri arasında əməkdaşlığın təşviqi, tələbə gənclər hərəkatı və şəbəkəsinin qurulması, inkişaf etdirilməsi; 2. Tələbə-gənclər hərəkatını (şəbəkəsini) dövlətin xarici və daxili siyasəti üzrə prioritet mövzuların (vətənpərvərlik duyğusunun gücləndirilməsi, xüsusilə I və II Qarabağ müharibəsi qəhrəmanlarının tanıdılması, qazi və şəhid ailələri, onların övladları üçün mənəvi və sosial dəstək proqramlarının keçirilməsi və s.), həmçinin xalqımızın milli və ümumbəşəri mənəvi dəyərlərin cəmiyyətdə təbliği/təşviqi istiqamətində fəaliyyətə yönləndirilməsi; 3. Tələbə-gənclərin elm-təhsil sahəsində, eləcə də keçirilən ölkə əhəmiyyətli tədbirlərdə könüllülük fəaliyyətinə cəlb olunması. Müsabiqə fondu və maliyyələşəcək layihələrin sayı: • Müsabiqə fondunun büdcəsi 350 000 (üç yüz əlli min) manat təşkil edir. • Sadalanan istiqamətləri əhatə edən və qiymətləndirmə meyarları üzrə ən yüksək nəticəni toplayan layihə qalib olacaqdır. Müsabiqə iştirakçılarına verilən tələblər: 1. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış ictimai birliklər iştirak edə bilər və aşağıdakı sənədləri təqdim etməlidirlər: • İctimai birliyin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; • İctimai birliyin Nizamnaməsinin surəti; • İctimai birliyin dövlət qeydiyyatının reyestr çıxarışının surəti; • İctimai birliyin VÖEN-nin surəti; • İctimai birliyin vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarının arayışları; • İctimai birliyin fəaliyyəti haqqında qısa məlumat; • İctimai birliyin bank hesabı haqqında arayış; • İctimai birliyin rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti. 2. İctimai birlik ali və orta ixtisas təhsili müəssisələrində tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində təcrübəyə malik olmalı, yerinə yetirdiyi xidmətlər və müqavilələr, həmçinin bu məlumatları təsdiq etmək məqsədi ilə müraciət edilə biləcək sifarişçi təşkilatların (şəxslərin) əlaqə məlumatları təqdim edilməlidir. Müsabiqəyə təqdim olunan layihə təkliflərinə verilən tələblər: 1. Layihə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır: • Layihə təklifi forması (Əlavə 1); • Layihənin xərclər smetası (Əlavə 2); • Layihənin icra planı (Əlavə 3); 2. Layihəyə rəhbərlik edəcək şəxsin və əsas işçi heyətinin əməkdaşlarının tərcümeyi-halı (CV). 3. Müsabiqəyə təqdim olunmuş layihə təklifləri üzrə fəaliyyət 9 aydan 12 ayadək müddəti əhatə etməlidir. Müsabiqəyə təqdim olunan layihə təkliflərinin məzmun ekspertizası üçün qiymətləndirmə meyarları: 1. Təqdim olunmuş layihənin icra istiqamətlərinə dair dəqiq ifadə edilmiş əsaslandırılma; 2. Təqdim olunmuş layihə üzrə fəaliyyətlərin zaman bölgüsü; 3. Qrant layihəsi üçün tələb olunan maliyyə vəsaitinin əsaslandırılması; 4. Layihənin səmərəliliyi, davamlılığı və icrası ilə bağlı risklərin qiymətləndirilməsi. Müsabiqənin müddəti: Müsabiqədə iştirak üçün müraciət sənədləri 7 iyul 2021-ci il – 27 iyul 2021-ci il tarixlərində elektron formada konullu@edu.gov.az elektron poçt ünvanı üzərindən qəbul edilir. Layihələrin qəbulu üçün son müddət: 27 iyul 2021-ci il, saat 21:00
05/07/2021 19:05
Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş
Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-ci ildə təhsil müəssisələri üçün poliqrafiya məhsullarının istehsalı məqsədilə keçirilmiş açıq tenderlərin Tender Komissiyasının qərarına əsasən nəticələri: - 2021-2022-ci tədris ilinə ümumi təhsil pilləsi üçün dərsliklərin komplektinə daxil olan kağız müəllim vəsaitlərinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Radius” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 23 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb; - 2021-2022-ci tədris ilinə məktəbəhazırlıq qrupları üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Radius” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 23 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
01/07/2021 15:32
Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş
Təhsil Nazirliyi tərəfindən 2 iyun 2021-ci il tarixində 2021-2022-ci tədris ilinə ümumi orta təhsil səviyyəsi (5-9-cu siniflər) üçün kiçik ölçülü kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair açıq tender keçirilib. Tender Komissiyasının qərarına əsasən, tenderin qalibi “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti olub və 24 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
30/06/2021 10:10
2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili
30/06/2021 09:13
Satınalma müqaviləsinin bağlanmasına dair bildiriş
Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-2022-ci tədris ilinə tam orta təhsil səviyyəsi (10-11-ci siniflər) üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair açıq tender keçirilib. Tender Komissiyasının qərarına əsasən, “İndiqo” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub və 23 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
25/06/2021 16:45
Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş
Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-2022-ci tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satınalınmasına dair açıq tender keçirilib. Tender Komissiyasının qərarına əsasən, tenderin qalibi “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti olub və 21 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
24/06/2021 09:23
Satınalınma barədə bildiriş
Təhsil Nazirliyinin aparatının balansında olan xidməti minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin alınması və digər nəqliyyat xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (051) 201-29-71 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 25 iyun 2021-ci il tarixdə saat 15:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
23/06/2021 16:32
Satınalma müqaviləsinin bağlanmasına dair bildiriş
Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-ci ildə təhsil müəssisələri üçün poliqrafiya məhsullarının istehsalı məqsədilə keçirilmiş açıq tenderlərin Tender Komissiyasının qərarına əsasən nəticələri: - 2021-2022-ci tədris ilinə ibtidai təhsil səviyyəsinin 2, 3 və 4-cü sinifləri üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Təhsil Nəşriyyat-Poliqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 17 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb; - 2021-2022-ci tədris ilinə peşə təhsil pilləsi üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Aspoliqraf LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 17 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
22/06/2021 16:11
Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş
Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-ci ildə təhsil müəssisələri üçün poliqrafiya məhsullarının istehsalı məqsədilə keçirilmiş açıq tenderlərin Tender Komissiyasının qərarına əsasən nəticələr: - 2021-2022-ci tədris ilinə ümumi orta təhsil səviyyəsi (5-9-cu siniflər) üçün böyük ölçülü kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Çaşıoğlu Elm-İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 17 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb. - 2021-2022-ci tədris ilinə ibtidai təhsil səviyyəsinin 1-ci sinfi üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Çaşıoğlu Elm-İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 17 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
22/06/2021 11:15
Bildiriş
Təhsil Nazirliyinin aparatında istifadə olunacaq müxtəlif blankların, qovluqların, dərkənarların və qeyd kitablarının çapı işlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (051) 201-29-71 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 23 iyun 2021-ci il tarixdə, saat 15:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
21/06/2021 16:25
Filter
Xəbərlər
-
Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
24.09.2026 - 15:11 -
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı