• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Satınalma müqaviləsinin bağlanmasına dair bildiriş

Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-ci ildə təhsil müəssisələri üçün poliqrafiya məhsullarının istehsalı məqsədilə keçirilmiş açıq tenderlərin Tender Komissiyasının qərarına əsasən nəticələri:


-       2021-2022-ci tədris ilinə ibtidai təhsil səviyyəsinin  2, 3 və 4-cü sinifləri üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Təhsil Nəşriyyat-Poliqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 17 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb;


-       2021-2022-ci tədris ilinə peşə təhsil pilləsi üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Aspoliqraf LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 17 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.


3 il əvvəl