• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

Fevralın 11-də Bakı Dövlət Universitetində (BDU) SABAH III Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib.

Tədbirdə təhsil nazirinin müavini, BDU-nun rektoru vəzifəsini icra edən Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə SABAH qruplarının İcra Komitəsinin tədris işləri üzrə meneceri Eldar Qocayev bu qrupların fəaliyyəti haqqında təqdimat edib.

SABAH III Karyera Qış Məktəbinin iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb.

SABAH qruplarının əsas məqsədinin ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir müavini bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb.

Firudin Qurbanov əlavə edib ki, SABAH qruplarının 2018-ci il məzunlarının 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub, 30 faizi işlə təmin edilib.

Daha sonra çıxış edənlər Azərbaycan gənclərinin inkişafına göstərilən dövlət dəstəyi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlər barədə fikirlərini bölüşüblər.

SABAH Karyera Akademiyası 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib.

SABAH III Karyera Qış Məktəbində 80 tələbə iştirak edəcək. Fevralın 14-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual  mövzuları üzrə təlimlər keçiriləcək. Təlimlər Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində təşkil olunacaq.

SABAH III Karyera Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər. 

Karyera Qış Məktəbi ilə yanaşı, SABAH layihəsinin əməkdaşları üçün də “Ali təhsillin idarə olunmasının qanunvericilik ve texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil ediləcək.

SABAH Karyera Akademiyası 2017-ci ildən SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə yaradılıb. Akademiyanın təlimləri peşəkar karyera, sahibkarlıq, elmi araşdırma istiqamətləri üzrə tələbələrin biliklərinin artırılmasına yönəlib.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni və 600-dən artıq müəllimi əhatə edir.


5 il əvvəl