• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Vətən" komandası qalib oldu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkil etdiyi Bakcell U-17 Liqanın qalibi müəyyənləşib.Çempionatın final yarışında "AZAL" komandası ilə qarşılaşan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 17 yaşlılardan ibarət yığma komandası 3:1 hesabı ilə qalib gələrək liqanın qalibi olub.

Qaliblərə AFFA-nın baş katibi Elxan Məmmədov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, Bakcell şirkətinin rəsmi nümayəndəsi tərəfindən mükafatlar təqdim olunub.


7 il əvvəl